2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir

Xəbərlər

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Proqramını İdarəetmə Qrupu tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdu. Bu proqram çərçivəsində 2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili səviyyəsi üzrə təhsil almaq istəyənlərin sənəd qəbulu aparılır.

Nazirlikdən  bildirilib ki, xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu dekabrın 25-i saat 23:59-dək davam edəcək. Proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər.

Digər yeni xəbərlər üçün daim yenilənən Xəbərlər bölməmizə nəzər yetirə bilərsiniz.

Teq :
Paylaş :

Son yazılar

Sualınız var?

Lorem ipsum dolor sit amet, consecte adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore

(+994 50) 684 05 65