Rumıniyada təhsil almaq üçün təqaüd proqramına sənəd qəbulu davam edir!

Xəbərlər

Rumıniyada təqaüdlü təhsil. Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyinin 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına sənəd qəbulu davam edir.

İngilis Dili kursu – ink academy

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramı ilə təhsil almaq istəyənlər aprelin 5-dək müraciət edə bilərlər.

Digər xəbərlər üçün daim yenilənən “Xəbərlər” bölməmizə nəzər yetirə bilərsiniz.

Teq :
Paylaş :

Son yazılar

Sualınız var?

Lorem ipsum dolor sit amet, consecte adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore

(+994 50) 684 05 65