RUs dili öyrənməyin üstünlükləri

Rus dili

Dil bilməyin üstünlüklərini bilirsiniz. Bəs rus dilinin necə? Cavabınız “xeyr”dirsə, o zaman, bloqu oxumağa davam edin. Bilirik ki, SSRİ dövründən bəri bu dil Azərbaycanda danışıq dili kimi istifadə olunurdu. Bu da təsadüfi deyildi. Azərbaycan və rus xalqlarının eyni coğrafiyada, eyni ərazidə yaşaması və eyni siyasi sistem altında birləşməsi rus dilinin Azərbaycanda ikinci dil kimi istifadəsinə səbəb oldu. Ancaq bu gün də rus dili çox istifadə olunan və çox öyrənilən dünya dilləri arasındadır. Bu baxımdan, rus dili bilməyin üstünlükləri xeylidir.

Əgər sizin üçün də maraqlıdırsa, rus dilini bilməyin nə kimi üstünlükləri var? Elə isə gəlin, birlikdə baxaq:

# Rus dilini nə üçün öyrənmək lazımdır?

Yəqin ki, bu sualı özünüzə tez-tez vermisiniz. Bildiyiniz kimi, rus dilini bilmək ən az ingilis dili qədər əhəmiyyətlidir. Dünyada təxminən 158 milyon insan bu dildə danışır. Bundan əlavə, rus dili dünyada ən çox danışılan dillər arasında 7-ci sıradadır. Bu o deməkdir ki, rus dili istifadə dairəsinə və işləklik səciyyəsinə görə digər dillərdən heç də geri qalmır. Rus dili bilməyin üstünlükləri ilə siz 158 milyondan biri olmaq fürsətini əldə edəcəksiniz. Düşünürəm ki, məhz bu, rus dilini öyrənmə səbəbiniz ola bilər. Dil öyrənərkən, ən çox rast gəlinən problemlərdən biri də vaxtı düzgün idarə edə bilməməkdir. Əgər siz də bu problemlə tez-tez rastaşırsınızsa, Zamanı necə səmərəli edək? adlı bloqa keçid edərək, oxuya bilərisiniz. Bloqda zamanı düzgün idarə etmək üçün texnikalardan bəhs etmişik.

# Rus dili bilməyin üstünlükləri rus dilində ədəbiyyatı oxumaq şansı əldə edəcəksiniz

Dünyanın məşhur rus şair və nasirlərindən olan Aleksandr Puşkin, Maksim Qorki, Lev Tolstoy, Dostoyevski, Mixayıl Şoloxov, Boris Pasternak və başqalarının əsərlərini hər kəs istəyər ki, yazıçının öz dilində oxusun. Əlbəttə ki, siz rus dilini öyrənməklə sevimli yazıçılarınızın əsərlərini rus dilində oxumaq şansı qazana bilərsiniz. Bu sizdə sanki müəllif və oxucu arasında keçən bir söhbət hissi yaradacaqdır. Özünüzü bu hissdən məhrum etmyin.

# Rusiyaya səyahət etmək

Rusiyaya səyahət etmək fikriniz varsa, bu dili öyrənmək sizin üçün vacib məqamdır. Nəzərə alsaq ki, Rusiyanın rəsmi dili rus dilidir. Buna görə, bu dili öyrənib, səyahət etmək, daha məqsədəuyğundur. Səyahətinizin daha da maraqlı olmağını istəyirsinizsə, seçiminiz “Bəyaz gecələr” və “Ermitaj” muzeyi ola bilər. Dostayevskinin “Bəyaz gecələr” əsərini yəqin ki, hər kəs bilir. Bu, Rusiyanının Sankt Peterburq şəhərində rast gəlinən qeyri-adi hadisədir. Dünyanın hər yerindən yüzlərlə turist xarici ölkədən məhz bu anı görmək üçün gəlir. Bu zaman gecə olmağına baxmayaraq, hava aydın olur. Bu səbəbdən bəyaz gecələr adlanır. Bəyaz gecələr may ayının sonunda başlayır, avqust ayının sonuna kimi davam edir. Bu dili öyrənmək sizə rusdilli ölkələrin mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmağa səbəb olacaqdır.

Peterburq şəhərində yerləşən “Ermitaj” muzeyi isə dünyanın ən böyük və ən qədim muzeyidir. Muzey 3 milyona yaxın sənət əsərindən ibarətdir. Bu muzeydə sərgilənən əsərlərin, çox az bir qismidir. Hətta muzey sənət əsərlərinin çoxluğuna görə, Guiness-in Rekordlar kitabında yer almışdır.

# Rus dilini ikinici dil kimi öyrənin!

Bildiyimiz kimi, rus dili təkcə Rusiyada deyil, həmçinin digər rusdilli ölkələrdə danışılan və hətta ikinci dil kimi istifadə olunan dildir. Dünyanın ən çox yayılmış dillərindən biri – ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlərə görə sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun isə ikinci dövlət dilidir. Bu da göstərir ki, rus dilinin işlənmə arealı genişdir.

# Rus dili ilə seçilən siz olun!

Rus dilini öyrənməklə, siz də fərqlənə bilərsiniz. Az öncə qeyd etdiyimiz kimi, rus dili Azərbaycanda danışılan və iş müsahibələrində çox tələb olunan dildir. Rus dili bilməyin üstünlükləri çoxdur. Rus dilini öyrənmək istər işə müraciət zamanı, istərsə də şəxsi inkişaf istiqamətində sizə üstünlük yaradacaq. Fərz edək ki, siz tələbəsiniz və sizin oxumalı, bilməli olduğunuz vəsaitin yalnız rus dilindədir və siz bu dili artıq bilirsiniz. Bu zaman rus dili bilməyin üstünlükləri ilə siz hər zaman bir addım öndə olacaqsınız. Rusdilli informasiya mənbəyinin qapıları üzünüzə açıqdır. Rusdilli xalqların adət-ənənələri, məişəti və mədəniyyəti barədə məlumatları əldə etmə üstünlüyü sizin əlinizdədir. Öz intellektuallığı ilə fərqlənmək sizin seçiminizdir. Şəxsi inkişaf göstəricisi olaraq, sizin dil biliklərinizin olması işə qəbul mərhələsində də işinizə yarayacaq. Məhz rus dilini bilməyiniz sizi digər namizədlərdən üstün edəcəkdir.

Ümid edirəm ki, rus dilinin üstünlüklərini bilmək bu dili  öyrənməyinizə motivasiya olar. Və bundan sonra ilk addımı atıb, rus dilini öyrənmək olacaqdır. Sizə bu yolda uğurlar!

Həmidə Vəliyeva

uşaqlar üçün ingilis dili dərsləri

Teq :
rus dili danışıq öyrənmək,Rus dili oyrenmek,rus dili oyrenmek yolları,rus dili öyrənmək,rus dili öyrənməyin üstünlükləri,rus dilində danışmaq
Paylaş :

Son yazılar

Sualınız var?

Lorem ipsum dolor sit amet, consecte adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore

(+994 50) 684 05 65