xaricde tehsil

Avropada təhsil, yaşam və iş imkanları haqqında

Avropanın bir neçə ölkəsində təhsil almış Şamil Mustafayev sizə Avropada təhsil almaq üçün nə etmək lazım olduğunu izah edir. Bloqumuzda Avropada təhsil, yaşam və iş imkanları baradə ətraflı danışmışıq. Xaricdə təhsil ilə bağlı müsahibəmizi sizə təqdim edirik:

SALAM ZƏHMƏT OLMASA, ÖZÜNÜZÜ TƏQDİM EDİN.

– Salam, mən Şamil Mustafayev Gəncə şəhərində anadan olmuşam.Orta təhsilimi Gəncə özəl türk liseyində almışam. Daha sonra Bolqarıstanda Amerikan universitetində bakalavr dərəcəsinə qəbul olmuşam. İkili ixtisas üzrə xaricdə təhsil almışam. Orada kompüter elmləri və informasiya təhlükəsizliyi, həmçinin bakalavr təhsilim müddətində Amerikada mübadilə proqramı ilə 1 semestr təhsil almışam. Magistr təhsilimi isə Hollandiyada Tu Eindhoven universitetində biznes və informasiya sistemləri üzrə almışam. 2017 – ci ildə təhsilimi bitirmişəm. 2018 – ci ildən isə dünyanın ən böyük konsultinq olan Campgemini şirkətində çalışıram.

Bakalavr təhsilinə müraciət mərhələsindən məlumat verə bilərsiniz?

– Mən 2010 – cu ildə müraciət etmişdim və həmin illərdə qəbul mərhələsi biraz fərqli idi. TOEFL ilə müraciət etmişəm. Lakin həmin illərdə yalnız paper ilə müraciət etmək olurdu. Xaricdə təhsil üçün eyni zamanda SAT imtahanı vermişəm. Ən minimal bal ilə qəbul olmuşam və heç bir təqaüd almamışam. Yalnız 20% endirim qazanmışdım. Onuda ailənin gəlir mənbəyini göstərərək əldə edə bilərsiniz.

ingilis dili kursu

Magistr təhsilinə müraciət mərhələsindən məlumat verə bilərsiniz?

– Mən ingilis dilində təhsil aldığım üçün, magistr təhsilinə müraciət zamanı xüsusi imtahanlar verməmişəm. Sadəcə sənədlərimi təqdim edib, dövlət təqaüd proqramına müraciət etmişəm.

Bəs siz tələbə yataqxanasında yaşamamısınız?

– Mənim xaricdə yaşamaq üzrə təcrübəm 2 ölkədə olub. Bolqarıstan və Hollandiya. Hər 2 ölkədə şərtlər fərqli idi. Bolqarıstanda hər universitetin yataqxanası olur və yataqxanalarda qalmaq məcburi idi. Hollandiyada isə demək olar ki, tələbə yataqxanası yoxdur.

İlk dəfə tək yaşamaq necə bir hiss idi və siz hansı çətinliklərlə qarşılaşdınız?

– Təbii ki, mən də ilk günlərdən mədəni şok yaşamışam. Üstəlik mən Amerika universitetinə getdiyim üçün, Avropa mühitindən də fərqlənirdi. Bizim universitetdə mühitə uyğunlaşmaq biraz daha asan oldu, çünki hərkəsin istədiyi sahə üzrə inkişafı və vaxt keçirməsi üçün şərait var idi. Universitetimizdə 1000 tələbə təhsil almasına baxmayaraq, 50- ə yaxın tələbə klubu var idi. İstəyən gitara çalırdı, istəyən voleybol, futbol oynayırdı və s. Mən də özümü fərqli klublarda sınadım. Onlardan biri tələbə gənclər təşkilatlı idi. Oda özlüyündə senat, vitse-prezident və prezidentə bölünürdü. Mən 4 il ərzində senatın üzvü, həmçinin xəzinədar oldum. Yəni təşkilat üçün ayrılan pul bir başa olaraq bizim nəzarətimizdə idi. Buda mənə çox böyük təcrübə qazandırdı. Belə deyim tələbələrin problemlərini işıqlandırırdım. Dekanlara və rəhbərliyə onların problemlərini çatdırırdım.

17 yaşımda tək xaricdə yaşamaq. Heç vaxt ölkədən çıxmayan biri ilk dəfə xarici ölkədə yaşayarkən dil problemi ilə qarşılaşır. Həmçinin aksent problemi olur. Eyni zamanda digər mədəniyyətdən olan çoxlu insan tanıyırsan və bunlara uyğunlaşmalısan. Sənin üçün fərqli gələn şey onun üçün normal və ya tam əksi ola bilər. Bunlara uyğunlaşmaq lazımdır.

Bəs bir tələbənin iş tapma imkanı nə qədərdir? Yəni tələbələrə bu şans nə qədər yaradılır?

– Yarı günü işləyə bilərsiniz. Yəni ümumilikdə 20 saata qədər. Əgər siz müvəqqəti işlərdə işləmək istəyirsinizsə, yəni ofisant və ya wolt, bolt və s bu zaman mümkündür. Əgər siz hansısa şirkətdə yarı günlük işləmək istəyirsinizsə, bu qeyri-mümkündür. Həm viza buna imkan vermir, həm də xaricdə iş tapmaq çətindir . İş yerləri adətən tam gün istəyirlər. Təbii ki, siz magistr oxuyursunuzsa, son semestr sırf təcrübə üçün ayrılır. Bu zaman siz şirkətə müraciət edib, tam gün işləyə bilərsiniz.

Hal hazırda çalışdığınız şirkətə müraciət prossesindən danışa bilərsiniz?

Bu suala iki tərəfdən cavab verəcəm.

1. Əgər siz xaricdə yaşayıb xaricdəki iş imkanlarıdan danışırıqsa.

2. Ölkədə yaşayıb xaricdə iş düşünürsə.

Əksər ölkələrdə belədiki siz təhsilinizi bitirdikdən sonra 1 il əlavə yaşam icazəsi verillər ki, iş axtarasınız Niderlandda da bu belədir. Prosses belədir ki, siz davamlı olaraq CV – lərinizi göndərirsiniz. Məsələn mənim üçün çox çətin oldu 6 aya yaxın iş axtardım. Amma bu o demək deyil ki, iş tapmaq çətin idi .Sadəcə mən xüsusi sahə üzrə prosses mühəndisliyi üzrə axtarırdım deyə hər şirkətdə çox az işçiyə tələbat olur və ya yerli dili bilməlisiniz bu tipli maneələr də olur. Niderlandda əgər texniki sahədəsinizsə 99% yerli dilə ehtiyyac yoxdu. Mən həmçinin davamlı olaraq iş yarmarkalarına gedirdim. Təsadüfi şəkildə yarmarkada iş tapdım.

Daha sonra digər məsələyə gəldikdə isə artıq günü – gündən Niderlandda çalışan azərbaycanlıların sayı artır. Biz hətta burda şəbəkə qurmuşuq. Bura yeni gələn azərbaycanlılara deyirik ki, hansısa şirkətə müraciət etdikdə bizlərdən biri orada çalışırsa, onda birbaşa sənədinizi göndərməyin bizimlə əlaqə saxlayın biz özümüz sizin Cv-nizi verək. Əgər Azərbaycandan gəlirsinizsə, texniki sahədəsinizsə minimum 5il təcrübəniz olmalıdır.

Müsahibəyə görə təşəkkürlər!

ingilis dili kursu

Xaricdə iş tapmaq üçün istifadə edə biləcəyiniz bir neçə platforma: linkedin.com , eurojobs.com , usajobs.gov

Xaricdə təhsil almaq istəyən gənclər, sizin üçün faydalı olacaq bloqlarımızı sıraladıq. Linklərə keçid edərək faydalana bilərsiniz.

  1. Erasmus+ proqramı ilə İspaniyada təhsil imkanı
  2. Xaricdə təhsil almaq üçün atılması vacib olan addımlar 2024
  3. Xaricdə təhsil üçün təqaüd saytları
  4. Xaricdə təhsil almaq üçün hansı imtahanlar vacibdir? IELTS, GMAT, GRE, SAT, TOEFL
  5. Xaricdə təhsil üçün lazım olan sənədlər