Çində təqaüdlü təhsil almaq istəyən tələbələrin diqqətinə!

Çində təqaüdlü təhsil proqramı Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında imzalanan “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilməkdədir. Proqram qarşılıqlı olaraq iki ölkənin tələbə mübadiləsinə şərait yaradır. Qeyd edək ki, tələbələr müəyyən edilmiş ixtisaslar üzrə digər dövlətin ali məktəblərində təhsil ala bilirlər.

Təqaüd proqramına müraciət üçün lazım olan sənədlər və digər şərtlərlə bağlı məlumat almaq üçün elana nəzər sala bilərsiniz. 2024–2025-ci tədris ili üzrə HTP çərçivəsində Çində təhsil təqaüd proqramı |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Təhsillə bağlı digər xəbərlərimizdən vaxtında xəbərdar olmaq üçün Xəbərlər bölməmizə tez-tez nəzər salmağı unutmayın.