improve my english

İngilis dilində danışmağı öyrənmək

Digər hal isə maksimalist vəya “acgöz” adlandırdığım tələbə modelinin sıx-sıx qarşılaşdığı bir problemdir. Bu problem əsasən 2 istiqamətdə baş verir. 

İlk olaraq 

Maksimum həvəslə dil öyrənməyə başlayan tələbə 2 ay içərisində bütün materialları dərindən oxuyub,dinləyib,analiz edib başa düşəcəyini və fluent(səlis) bir şəkildə dildə danışacağını zənn edir. Bu isə anatomik faktorlar nöqteyi-nəzərindən çox da mümkün deyil. Ən azından öz ana dilimizdə səlis danışmağımız belə özümüzü dərk etməyə başladığımızdan 2-3 il sonraya təsadüf edir. Unutmamaq lazımdır ki Roma bir gündə tikilməyib (Rome wasn’t built in a day). 

İkinci bir hal

Əlinin altındakı fürsətləri görə bilməyib gözü hərzaman yüksəklərdə olan tələbələr üçün keçərlidir. Məsələn: Harry (Heri) adlı tələbə pre-intermediate səviyyəsindədir və davamlı olaraq inkişaf etmək istəyir. Bu hədəfinə daha tez çatmaq istəyən Harry tülkülük eləyərək digər insanların çatdığı səviyyəyə  1 ayda çatmaq istəyir. Bunu həyata keçirmək üçün Harry pre-inter səviyyəsində olduğunu bilə-bilə advanced səviyyədə filmlərə, documentarylərə baxır, qalın-qalın C1 vəya C2 səviyyədə məqalələr,kitablar oxuyur. Hərşeyin 1 anda inkişaf edəcəyini gözləyən Harry təəssüflər olsun ki 1 ayın sonunda hüsrana qapılır və başa düşür ki (əksərən başa düşürlər, başa düşməyənlər də var 🙂 ) əslində onun baxdığı qəliz filmlər və ya oxuduğu qalın ensiklopediyaların onun dil bacarıqlarına heçbir faydası olmayıb. Harry heç o öyrəndiyi qəribə-qəribə sözlərin birini belə öz nitqində istifadə edə bilmir. Siz siz olun, Harry kimi olmayın.

Unutmayın ki, easy come easy go (haydan gələn, huya da gedər). Bütün bu faktorları nəzərə alaraq seçəcəyiniz kitabın, filmin, documentariynin qısacası hərşeyin öz dil səviyyənizə uyğun və ya yaxın olmasını nəzərə alın və yorulmadan, bezmədən ən önəmlisi isə sevərək öyrənin.

Son yazılar

Sualınız var?

Kurslar haqqında məlumat əldə etmək və ödənişsiz sınaq dərsində iştirak üçün əlaqə saxlaya bilərsiniz

(+994 50) 684 05 65