Enter your keyword

post

Dövlət Qulluğuna Qəbul Üçün Müsabiqənin Müsahibə Mərhələsinə Qeydiyyat Davam Edir

Dövlət Qulluğuna Qəbul Üçün Müsabiqənin Müsahibə Mərhələsinə Qeydiyyat Davam Edir

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi 10 dekabr 2020-ci il tarixində başlanmışdır və qeydiyyat 11 yanvar 2021-ci il tarixinə qədər davam edəcəkdir. Müsabiqənin müsahibə mərhələsi ümumilikdə 54 dövlət orqanında 243 vakant yerin tutulması üçün həyata keçirilməktədir.

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilmişdir.

Müsahibədə iştirak etmək istəyən namizədlər  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə cavab verməlidirlər. Qeyd edək ki, vakant vəzifə üçün lazım olan tələblərə cavab verməyən namizədlər müsahibədə iştirak edə bilməzlər.

Müsahibədə iştirak etmək üçün namizəd portala forma vasitəsilə məlumatlarını daxil etməlidir. Daha sonra namizədin əlavə etdiyi məlumatların doğruluğu, tamlığı və vəzifəyə uyğunluğu yoxlanılır. Namizədin müraciəti təsdiq edildikdən sonra onun adı müsahibə üçün qeydiyyata alınır.

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər göndərdikləri məlumatlarda əksiklik olmamasına xüsusilə diqqət etməlidirlər. Müraciətlə bağlı çatışmazlıqlar olduğu təqdirdə bu çatışmazlıqların aradan qaldırılması üçün 3 gün vaxt verilir. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmazsa namizədin müraciəti qeydə alınmır.

Əgər namizədin bilərək yanlış sənəd təqdim etdiyi müəyyənləşərsə onun nəticəsi etibarsız hesab olunacaqdır. Bu barədə isə namizədə 3 iş günü ərzində portal vasitəsilə məlumat veriləcəkdir.

Qeyd edək ki, portalda qeydiyyat mərhələsi sona çatdıqdan sonra namizədlər imtahanın keçirilmə vaxtı və saatı ilə bağlı məlumatı Dövlət İmtahan Mərkəzinin internet saytından əldə edə bilərlər.

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə çıxarılan vakant vəzifələrdən ən çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (28) və Şəki Apellyasiya Məhkəməsi (17) tərəfindən təqdim olunmuşdur. Bu vəzifələrlə tanış olmaq istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytını ziyarət edə bilərlər.

Bu və ya digər xəbərlər haqqında vaxtında məlumat almaq istəyirsinizsə internet saytımızın Xəbərlər bölməsinə tez-tez baş çəkməyi unutmayın.

841