IELTS İngilis dili biliyini ölçən Beynəlxalq imtahandır. Bu imtahanda Reading (Oxuma), Listening (Dinləmə), Writing (Yazı) və Speaking (Danışıq) olmaqla 4 fərqli sahədə imtahan edilir. Speaking (Danışıq) imtahanı sahəsində mütəxəssis olan təlimçilər tərəfindən həyata keçirilir. 11-14 dəqiqə qədər davam edən bu hissə 3 mərhələdə baş verir.
IELTS speaking bölməsi üzrə May-Avqust aylarında imtahana düşəcək sualları bu bloqda sizlərlə bölüşürük. Speaking bölməsi üzrə yüksək nəticə əldə etmək istəyən şəxslər suallar üzərindən hazırlaşa bilər.❗ Sualları əldə etmək üçün formu doldurmağınız kifayətdir. Suallar sizə WhatsApp və ya Mail üzərindən göndəriləcəkdir.
Form linki: https://forms.gle/KjeUA8qeyyYnXK126
IELTS Speaking “introduction and interview”, “individual long term” və “two-way discussion” olaraq 3 hissəyə ayrılır. Hər bir mərhələni ətraflı olaraq incələyək.
IELTS Speaking imtahanının birinci hissəsində iştirakçılar yaşadıqları yer, hobbilər, peşə, maraq sahələri kimi ümumi suallara cavab verirlər. Bu mərhələ təxminən 4-5 dəqiqə davam edir. Birinci mərhələnin mövzu başlıqları nümunələri aşağıdakılardır:
Daha əvvəl də qeyd etdiyimiz kimi, birinci mərhələ iştirakçıların özlərini tanıtması ilə keçir. Bu mərhələ üçün sual nümunələri bunlardır:
Bu mərhələdə iştirakçılar verilən dəstə içindən bir kart seçir. Seçdiyi kart ilə bağlı hazırlıq üçün 2 dəqiqə vaxt verilir. Vaxt bitdikdən sonra seçdiyi kart ilə bağlı danışır. Danışığın sonunda təlimçi iştirakçıya mövzu ilə bağlı suallar verə bilər. Bu hissə ümumilikdə 3-4 dəqiqə davam edir. Bu bölümün mövzu nümunələri aşağıdakılardır:
İkinci mərhələ üçün sual nümunələri bunlardır.
Bu hissədə iştirakçılardan ikinci mərhələdə seçdikləri mövzu ilə bağlı suallara cavab verərək daha ətraflı müzakirə etmələri gözlənilir. Bu mərhələ 4-5 dəqiqə davam edir.
IELTS Speaking imtahanının son mərhələsi üçüncü mərhələdir. Bu mərhələnin sual nümunələri bunlardır:
IELTS Speaking imtahanı necə keçirilir?
IELTS Speaking imtahanı İngilis dilində danışıq bacarıqlarınızın ölçüldüyü, təlimçi müşayiəti ilə 3 mərhələdə baş verən və 11-14 dəqiqə qədər davam edən bir imtahandır.
IELTS Speaking imtahanını necə keçmək olar?
IELTS Speaking imtahanını keçmək üçün ən vacib məqamlardan biri verilən suallar və seçdiyiniz mövzu ilə bağlı fikir yarada bilməyinizdir. Bunun üçün edəcəyiniz ən doğru yol fərqli mövzular üzərində araşdırma aparmaq və danışıq praktikası etməkdir. Digər vacib məqam isə İngilis dilində tez-tez istifadə olunan ifadələri öyrənmək və bunları IELTS Speaking imtahanınızda istifadə etməkdir. Bu mərhələdə serial və filmlər sizə böyük ölçüdə fayda verə bilər. Lakin IELTS Speaking hissəsi üçün imtahan öncəsi bir mütəxəssis müşayiəti ilə nə qədər çox praktika etsəniz, o qədər inkişaf edə bilər, nöqsanlarınızı və səhvlərinizi görə bilərsiniz.
Speaking imtahanında nələr soruşulur?
3 mərhələdən ibarət olan IELTS Speaking imtahanı sizə özünüzü tanıtmağınız üçün verilən suallarla başlayır. İkinci mərhələdə, yuxarıda qeyd edilən mövzu başlıqları ilə əlaqədar mövzu kartlarından bir kart seçməyiniz və bu kartla bağlı danışmağınız gözlənilir. Üçüncü mərhələdə isə, danışdığınız mövzu ilə bağlı suallar verilərək qarşılıqlı müzakirə aparmaqla mövzunu ətraflı izah etməyiniz tələb olunur.
IELTS Speaking imtahanında nələrə diqqət etmək lazımdır?
IELTS Speaking imtahanında diqqət etməyiniz lazım olan başlıca məqamlar bunlardır:
Ink academy-nin təşkil etdiyi IELTS dərslərində iştirak edərək yüksək IELTS nəticəsi əldə edə bilərsiniz. Dərslər 8.5 IELTS nəticəli və 5 ildən çox iş təcrübəsinə sahib Ramiz Səmədov tərəfindən tədris edilir.
Dərslərdə iştirak üçün 050 684 05 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.