Bu gün dünyada ən çox istifadə olunan dillərdən biri ingilis dilidir. Beynəlxalq iş görüşmələrindən tutmuş səyahətlərə, elmi məqalələrdən kinolara qədər həyatımızın bir çox sahəsində ingilis dili qarşımıza çıxır. Buna görə də ingilis dili öyrənmək artıq sadəcə əlavə bacarıq deyil, hər kəs üçün vacib bir ehtiyacdır.

Dil öyrənmək üçün ya onlayn resurslar vasitəsilə self-study (özünüz) hazırlaşmalı ya da keyfiyyətli ingilis dili kursu taparaq müraciət etmək lazımdır. Biz self study edən şəxslər üçün də faydalı məlumatlar bölüşərək dəstək olmağa çalışırıq. Məsələn, filmlərə baxaraq ingilis dili öyrənmək, yaxud ingilis dili lüğəti formatında yazılar hazırlayırıq. Self study bəzi hallarda çətin olabilir, xüsusilə işləyən və disiplinli öyrənmədən əziyyət çəkənlər üçün. İngilis dili kursları bu ehtiyacı qarşılamağın ən effektiv yollarından biridir.

İngilis dili kurslarında siz həm peşəkar müəllimlərdən öyrənir, həm də düzgün proqramlaşdırılmış dərslər və metodika ilə qısa müddətdə nəticə əldə edə bilirsiniz. Ən yaxşı ingilis dili kursları tələbələrə yalnız qrammatika öyrətməklə kifayətlənmir, həm də gündəlik danışıq bacarıqlarını inkişaf etdirmək üçün interaktiv məşğələlər, danışıq klubları və praktik dərslər təklif edir.

Əgər siz də “hansı ingilis dili kursu mənim üçün uyğundur?” sualını verirsinizsə, bir neçə məqama diqqət etməyiniz vacibdir:

  • Müəllimlərin təcrübəsi və peşəkarlığı
  • Tədris proqramının məqsədlərinizə uyğunluğu (danışıq, iş, səyahət, akademik və s.)
  • Kursun əlavə imkanları – online dərslər, danışıq klubları, fərdi dəstək
  • Qiymət və keyfiyyət balansı

ink academy olaraq biz bütün bu amilləri nəzərə alaraq tələbələrimizə fərdi yanaşma tətbiq edən ingilis dili kursu olaraq fəaliyyət göstəririk. Məqsədiniz hansı olursa-olsun – səyahət üçün ingilis dili öyrənmək, karyeranızı inkişaf etdirmək və ya beynəlxalq imtahanlara hazırlaşmaq – biz sizin üçün uyğun proqram təqdim edirik.

İngilis dili kursları ilə yeni imkanların qapısını açmaq istəyirsinizsə, ilk addımı bu gün atın.

Ən çox verilən suallar (FAQ)

1. Azərbaycanda ən yaxşı ingilis dili kursları hansılardır?
Ən yaxşı kurslar tələbənin məqsədinə uyğun proqram təqdim edən, peşəkar müəllim heyətinə və zəngin tədris resurslarına malik kurslardır. Kurs sadəcə tapşırıq verməməli, həmçinin metodika bilməli və inkişafı izləyəbilməlidir.

2. İngilis dili öyrənmək üçün neçə aya nəticə görmək olar?
Bu, tələbənin səviyyəsindən və dərs intensivliyindən asılıdır. Adətən 3–6 ayda gündəlik danışıq bacarıqlarında ciddi irəliləyiş müşahidə olunur.

3. İngilis dili kursları online şəkildə də keçirilirmi?
Bəli, bir çox kurslar – o cümlədən ink academy – online ingilis dili kursları təqdim edir. Bu, vaxt və məkandan asılı olmayaraq öyrənməyi asanlaşdırır. Həmçinin xarici resurslardan da istifadə edərək prosesi asanlaşdıra bilərsiniz. Məsələn, Busuu, Duolingo kimi məşhur platformalardan istifadə etmək olar.