ingilis dilində söz öyrənmək metodları və söz bilməyin ingilis dilində danışmağ üçün rolu çox adama maraqlıdır

Bu məqalədə tapa bilərsiniz:

  • ingilis dilində söz öyrənmək metodları;
  • İngilis dilində effektiv sözləri yadda saxlamaq üsulları:
  • Söz bilməyin ingilis dilində danışıq öyrənməyə təsiri;
  • Bildiyimiz sözləri ingilis dilində danışmaq üçün istifadə etmək.

ingilis dilində söz öyrənmək metodları

1. Əlaqələndirmə metodu. 

Bu metod ingilis dilində söz əzbərləmək üçün sizə kömək edə bilər. İstənilən söz seçin, yanına əlavə etdiyiniz söz sizə yeni sözü yadda saxlamağa kömək edəcək. Bu zaman həm söz sizin daha yaxşı yadınızda qalacaq, həm də həmin sözləri birləşmə şəklində ingilis dilində cümlə qurmaq üçün istifadə edərkən daha asan olacaq.

Məsələn: Sunny day – Günəşli gün

2. İngilis dilində sözləri Həyatınızın bir parçasına çevirin

İngilis dilində söz öyrənmək istəyirsinizsə və yeni söz bazanızı artırmaq istəyirsinizsə bunu həyatınızın bir parçası etməlisiniz. Bununla da siz ingilis dilində söz bazanızı gücləndirmiş olacaqsınız. Bunu etmək üçün həyatınıza ingilis dilini daxil edin. Telefonunuzun dilini dəyişin, gördüyünüz şeyləri ingilis dilinə tərcümə etməyə çalışın.

3. Öyrəndikləriniz yeni sözləri praktiki istifadə edin

İngilis dilində yenisözlər öyrəndiniz və əsas qorxu bu sözləri unutmaqdır. Bu problemin həlli üçün ingilis dilində öyrəndiyiniz sözləri əsas iki üsulla yazmaq və oxumaqla praktiki istifadə edin. Telefonunuzun qeyd hissəsinə, sosyal şəbəkə hesabına və s gündəlik yeni öyrəndiyiniz sözlərlə bağlı birşeylər yazın. Bunu sadəcə həmin anlıq edib silməniz belə sizə yardım edə bilər. Həmçinin bu yazdığınızı oxumaq sizin yaddaşınızda bu ingilis dilində sözlərin daha da möhkəmlənməsinə kömək edəcək.ingilis dilində söz öyrənmək metodları sizə faydalı olacaq.

ingilis dilində söz bilmək ingilis dilində danışmağa necə təsir edir?

Kimsə ingilis dilində danışmaq istəyirsə, ilk mərhələlərdən biri lüğətdir. Qrammatika öyrənməklə birlikdə ingilis dilində söz əzbərləmək üçün də vaxt sərf etməlisiniz. Bunun üçün yuxarıdakı metodlar effektiv ola bilər.

 İngilis dili öyrənənlər hər dəfə ana dili ingilis dili olan şəxslə görüşəndə, sevimli ingiliscə mahnısını dinlədikdə, altyazısız filmə baxdıqda, xarici dostunuza mesaj yazanda və ya mətn yazanda sözlərdən istifadə edəcək. Bu dili öyrənən şəxslər çox vaxt ingilis dilində səlis danışmaqda çətinlik çəkirlər və danışıq və yazı fəaliyyətini yorucu hesab edirlər. Çünki onlar həmişə eyni ifadə və sözləri işlədirlər. Eyni ifadə və sözləri işlətmələri nəticəsində nitqləri bloklanır, lüğət çatışmazlığı ilə qarşılaşırlar. Bu problemin ən böyük səbəbi söz ehtiyatının olmamasıdır. Bəzi şagirdlər isə sözü müəllimdən öyrənən kimi və ya mənasını lüğətdən axtaran kimi unudulmaq problemi ilə üzləşirlər və bu problemin əsas səbəbi lüğətin olmamasıdır. Şagirdlər nə qədər çox söz öyrənirsə, onları yadda saxlamaq bir o qədər asan olur.

İnsanların söz ehtiyatının inkişafında peşəkar müəllimlərin mühüm rolu var. Təəssüf ki, peşəkar olmayan müəllimlər düzgün metod və effektiv üsulları bilmirlər. Fərqli dərs metodları ilə ingilis dili öyrənməyə çalışan şəxslər var. Amma bunların hamısında siz sözlər öyrənməli və danışığa yer ayırmalısınız. Təkcə tapşırıqlar etməklə ingilis dili öyrənmək mümkün deyil.  

Bu günlərdə siz ingilis dili dərslərində hansı metoddan istifadə edəcəyinizi seçməkdə daha sərbəstsiniz. Amam seçimin çox olması da yanlış seçim etmənizlə nəticələnə bilər. Bu baxımdan diqqətli olmaq lazımdır.

ingilis dilinde söz öyrənmək
ingilis dilinde soz öyrənmək metodlari

ingilis dilində söz öyrənmək metodlarıingilis dilində çox söz öyrənməyin danışmaqda rolu haqqında məqaləmiz bu qədər.

İngilis dili öyrənmək üçün proqramlar və saytlar məqaləmizlə faydalı proqramlar və saytların siyahısı ilə tanış olun.

#ingilis dili #ingilis dili oyrenmek #ingilis dili soz oyrenmek #ingilis dili söz öyrənmək # ingilis dili söz öyrənmək # ingiliscə söz öyrənmək metodları # ingilis dilinde soz oyrenmeyin yollari #ingilis dili kurslari # ingilis dilinde danisiq oyrenmek # ingilis dilinde danismagi oyrenmek