İngilis dilində düşünməyi öyrənmək niyə vacibdir, ingilis dilində düşünmək üçün nə etməliyik? Bugünki yazımızda məhz elə bu məqama toxunacayıq.

İngilis dili aktiv danışılan bir ölkədə yaşayırsınızsa bu dili gündəlik həyatınızda ən azı bir neçə saat da olsa istifadə edirsiniz. Bu artıq sizin daxili nitqinizin bir parçası halına gəlmiş olur. Başqa sözlə desək, siz artıq ingilis dilində düşünürsünüz. Beyniniz artıq cümlələri ana dilinizdən ingilis dilinə tərcümə etmir. Lakin bir çox ingilis dili öyrənən insanın başqa bir ölkəyə getmək kimi şansı olmaya bilir. Amma narahat olmayın, bu düşüncə formasını formalaşdırmaq mümkündür.

Bir çox hallarda ingilis dilində danışmaq istədikdə fasilələrə yol verir, axıcı və səlis danışmaqda çətinlik çəkirik. Bu problemin həlli isə özümüzdə İngilis dilində düşünməyi formalaşdırmaqdır.

Fikir versəniz, beynimizdə öz ana dilimiz ilə müqayisəli şəkildə tərcümə etdiyimiz cümlələr adətən səhv olur. Buna səbəb isə iki dil arasında grammatika, cümlə və söz quruluşlarında olan fərqlərlə əlaqədardır. Bir çox insanlar ingilis dilində düşünmək üçün yüksək dil səviyyəsinin lazım olduğunu zənn edirlər. Lakin bu doğru deyil. İngilis dilində düşünmək   istənilən dil səviyyəsində inkişaf etdirilməsi mümkün olan bir bacarıqdır. Bunu davamlı vərdiş halına gətirmək isə praktika ilə mümkündür.

Biz sizə bunu addım addım necə edə biləcəyinizi öyrədəcəyik.

Addım 1. Ayrı- ayrı sözləri ingilis dilində düşünün.

Misal üçün, səhər yuxudan durduqdan sonra aşağıdakı sözləri düşünə bilərsiniz:

Morning, bed, breakfast, tea, coffee

İşə gedəndə aşağıdakı sözlər haqqında düşünün:

Bus, job, office, computer, pen, colleague,  boss

Gün ərzində gördüyünüz obyektlərin adlarını ingilis dilində düşünməyə çalşın. Elə indi ətrafınızdakı obyekləri ingilis dilində adlandırmağa başlaya bilərsiniz.

ADDIM 2.  Bütöv cümlələri ingilis dilində düşünmək

Söz birləşmələrini və cümlələri ingilis dilində düşünməyə çalışın. Misal üçün yemək yeyərkən

I’m eating a burger.

I’m drinking coffee.

Qurduğunuz cümlələrin sadə olması sizi qətiyyən narahat etməsin. Vacib olan məqam bu vərdişi formalaşdırmaq və bunu davamlı hala gətirməkdir.

ADDIM 3. ingilis dilində düşünməyi öyrənmək üçün Xəyal gücünüzü işə salın.

Hər dəfə öz ana dilinizdə danışdıqdan sonra, bunu ingilis dilində necə deyərdim deyə düşünməyə çalışın.

Misal üçün, İngilis dilli bir ölkədə market alışverişində olduğunuzu xəyal edin.


Excuse me, could you help me?

How much is a bottle of milk?

Bu sizin real vəziyyətlərdə verəcəyiniz reaksiyaları gücləndirəcəkdir. Bilmədiyiniz sözlər olduqda isə lüğətdən istifadə edə bilərsiniz.

ADDIM 4. Hekayələr qurmaq.

Hər hansı bir yerdə növbə gözləyərkən bunu etmək əla olacaqdır. Dostunuza danışmaq istədiyiniz bir məsələ varsa bunu beyninizdə ona danışırmışcasına cümlələr qurun. Və ya qısa hekayələr qura bilərsiniz. Gününüzün necə keçdiyini ingilis dilində təsvir etməyə çalışın.

ADDIM 5. Dialoqlar qurmaq

Gəlin indi də ingilis dilində dialoqlarda düşünməyi formalaşdıraq.

Təsəvvürünüzdə başqa bir insanla dialoq qurduğunuzu  və qarşı tərəfin cavab verdiyini xəyal edin. Bu formada öz – özlüyünüzdən dialoq başladın. Bunu həm səsli, həm də səssiz formada edə bilərsiniz.

Qeydlər aparın

İngilis dilində düşünmək prosesini sürətləndirmək üçün qeydlər aparın.

Bütün bu addımları edəndə artıq sizdə bilmədiyiniz sözlər və söz birləşmələri yaranacaq. Bu zaman isə artıq lüğətə ehtiyacınız olacaqdır. Sözləri qeyd edin və lüğətə müaciət edin.

Əgər dil səviyyəniz çox da aşağı deyilsə, çalışın sözlərin mənasını ingiliscə izahını verən lüğətlərdən istifadə edin.

Bunun üçün aşağıdakı saytlardan istifadə edə bilərsiniz.

Longman Dictionary of Contemporary English | LDOCE (ldoceonline.com)

Oxford Learner’s Dictionaries | Find definitions, translations, and grammar explanations at Oxford Learner’s Dictionaries (oxfordlearnersdictionaries.com)

Qısa bir riyazi hesablama etsək, gündəlik 10 yeni söz öyrənsəniz, bu 1 aya 300 söz deməkdir. Sözlər təkrar olunmadığı müddətcə onlar bizim uzunmmüddətli yaddaşımıza həkk olmurlar. Buna görə də bir neçə gündən bir dəftərinizdə əvvəl qeyd etdiyiniz sözlərə oxumasanız belə nəzər salın. Bu sizin göz yaddaşınızla o sözü artıq xatırlamanıza kömək edir.

Qeydləri apardığınız dəftər yanınızda olsun ki, ehtiyac yarandıqda ona müraciət edə biləsiniz.

İngilis dilində düşünmək üçün nə qədər vaxt lazımdır

Bəs ingilis dilində düşünməyi öyrənmək üçün bunlara gündəlik nə qədər vaxt sərf etməliyəm?

Cavabımız 5 dəqiqə edin, amma hər gün edin. Əsas odur ki, prosessdən sıxılmayasınız. Beynimiz oyunları sevir, odur ki, bunu bir oyun kimi gündəlik həyatınızın bir parçası halına çevirin.

Zamanla bilik və bacarıqlarınız artacaq, vacib olan isə başlamaqdır. Artıq hardan başlayacağınızı da bilirsiniz. Yuxarıda qeyd etdiyimiz addımları sırası ilə tətbiq etməklə işə başlaya bilərsiniz.

Beynin bir prossesi normallaşdırma müddəti 21 gündür. Söz verin ki, İngilis dilində düşünməyi 21 gün müddətində hər gün edəcəksiniz. Birinci gün özünüzü telefonla videoya çəkə və ya səsinizi yaza bilərsiniz. İyirmi birinci gündə bir video daha çəkib ilk günlə müqayisə edin. Bu sizə inkişafınızı analiz etməyə, aradakı fərqi görməyə yardımçı olacaqdır.Müəyyən bir müddət sonra artıq istəmədən ingilis dilində düşündüyünüzü görəcəksiniz. Bizim çatmaq istədiyimiz nöqtə də məhz budur.

Əgər zamanın bölgüsünü səmərəli formada edə bilmirsinizsə. Bu mövzuda olan “Zamanı necə səmərəli edək?” adlı bloq yazımıza keçid edə bilərsiniz: https://inkacademy.az/zamani-nece-semereli-edek-vaxtin-duzgun-idare-edilmesi-2021/

“Mən 21 gündə  ingilis dilində düşünməkdə maksimum nəticə əldə etmək istəyirəm” deyənlər ola bilər aranızda. Onda yuxarıda sadaladıqlarımızdan əlavə  çoxlu dinləmə edə bilərsiniz. Yolda gedərkən, hər hansı bir işlə məşğul olarkən. Dinləyərkən bir çox şeyi başa düşməsəniz belə bunu edin. Çünki, siz fərqində olmadan beyniniz ingilis dilini qeyd etməyə başlayır. Əgər imkanınız varsa, ingilis dilində eşitdiyiniz sözləri təkrar edin. Axı bizlər, uşaq vaxtı öz ana dilimizi də bu şəkildə öyrənmişik.

İngilis dilində düşünmək  bu dildə səlis ifadələr qurmaq, danışarkən daha özgüvənli olmağınıza və fasilə vermədən danışmağınıza kömək edəcəkdir.

Amma sizin ingilis dil səviyyənizi inkişaf etdirmək üçün həmçinin digər bacarıqlara da ehtiyacınız var. Güclü söz bazası, sözlərin doğru tələffüzü, söz birləşmələri və ideomları anlama qabiliyyəti bu bacarıqlardan bəziləridir.

Siz bütün bu bacarıqları İnk Academydə İngilis Dili Kursları vasitəsilə inkişaf etdirə bilərsiniz. Dilinizi bilən biri olaraqdan müəllimlərimiz bu yolda dilin hər bir sahəsinə xüsusən toxunur.

İngilis dili kurslarımızla bağlı məlumat üçün linkə keçid edin: https://inkacademy.az/ingilis-dili-kursu/

Aygün Səfərova