xaricde tehsil

  • İtaliyada erasmus təhsili haqqında ümumi məlumat;
  • İtaliyada erasmus təhsili almağın üstünlükləri?
  • İtalyada erasmus təqaüdü haqqında;
  • İtalyada erasmus üçün hansı sənədlər lazımdır ?

 

Salam Nüşabə xanım, zəhmət olmasa özünüz haqqında biraz məlumat verə bilərsinizmi?

– Salam,

Mən, Nüşabə Məmmədova, UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsi Maliyyə ixtisası üzrə 4-cü kurs bakalavr tələbəsiyəm. 2021/22-ci il tədris ilinin payız semetrində Italiyada erasmus təhsili qazanmış, Romanın Sapienza Universitetinə ləbə mübadilə proqramıyla mübadilə etmək şansı qazanmışam.

Xaricdə, xüsusilə İtaliyada təhsil almaq necə bir hissdir?

– Mən universitetə başlayandan bəri ailəmdən kənar yaşadığım və problemlərimi özüm həll etməyə öyrəşdiyim üçün bununla bağlı çox da fərqli bir hiss keçirmirəm, amma burda daha rahat (çünki insanlar tərəfindən mühakimə olunmuram) və daha sərbəst hiss edirəm.

 

https://www.instagram.com/p/CTkOR8_MGce/?utm_medium=copy_link

İtaliyada erasmus təhsili almağın nə kimi üstünlükləri var?

– Sırf İtaliyada erasmus təhsili üçün yox, amma Sapienza üçün onu deyə bilərəm ki, araşdırmaya xüsusi önəm verən universitetdə mübadilə etmək şansı qazanmaq, tələbə aktivlikləriylə dolu mühitdə özünü maraqlarına uyğun inkişaf etdirmək məni çox həvəsləndirir. Bundan əlavə, tədris ilinin ilk həftəsində xarici tələbələr üçün “xoş gəldiniz həftəsi” “welcome week” çərçivəsində unversitetdə tələbə klublarıyla tanışlıq, fakültə görüşləri və bəzi “networking” görüşləri təşkil olunur, bu, kampus qaydalarıyla daha yaxından tanış olmaq, şəhərin müxtəlif yerlərini tanımaq, əsl İtaliyanı italiyalıların gözündən görmək imkanı verir,  xaricdən erasmus və digər mübadilə proqramlarıyla gələn tələbələri tanımağımıza, dolayısıyla onların mədəniyyətləri, situasiyalara yanaşma tərzlərini daha yaxından izləməyə şərait yaradır.

Digər üstün saydığım məqam isə, İtaliyada höküm sürən bürokratik sistemdə sənəd işləri, yaşama qaydalarıyla başa çıxdıqca digər problemlərimi daha rahat həll edə bilərəm özgüvəni yaranır.

IELTS dərsləri haqqında məlumat üçün klik edə bilərsiniz. IELTS tələbələrimizin 95%-i 7.0 və üzəri nəticə əldə edir.

ingilis dili kursu

İtaliyada erasmus zamanı Təqaüd nə qədər olur? Orada olan xərcləri qarşılamağa yetərli olurmu?

– Təqaüd Azərbaycandan gələn tələbələr üçün aylıq 850 avro təşkil edir. Qarşılamaq mövzusunda məncə insandan insana dəyişir. Sapienzada mübadilə tələbələri üçün yataqxanada qalmaq imkanı verilmir, ona görə ev kirayələməli oluruq. Təxmini 250-650 avro arası dəyişir qiymətlər, daha çox 300-400 arası olur. Mənim 250 avro kirayə (+ 50 avro kommunal), 35 avro aylıq nəqliyyat kartı, 10 avro telefon və internet, təxmini 180-200 arası yeməyə xərcim çıxır. Əlavə qalan pullu da səyahət və əyləncəyə xərcləyirəm.

Hər hansısa çətinliklər olurmu? Mümkünsə biraz çətinliklərdən danışa bilərsinizmi?

– İtaliyalılar çox tənbəl insanlardılar. Əgər bir probleminiz varsa, onun həll olunması günlər çəkir. Məsələn bizim evin vayfayında problem var, 5 gündür qaydasına qoymurlar.

İtaliyalılar ingiliscə yaxşı bilmirlər, hətta bankda belə kommunikasiya qurmaq çətindir, amma hansısa yolla: google translate, dili bilən kolleqanı çağırmaq və ya tanışlarına zəng etməklə kömək olmağa çalışırlar.

İctimai nəqliyyat bərbaddır, avtobus və tramvaylar həmişə gecikir.

Şəhər məncə çox çirklidir, zibil qabları gec-gec təmizlənir, bu da iylənməsinə səbəb olur.

İtaliyalılar evdə ayaqqabı ilə gəzirlər 😀 əgər italiyalı ev yoldaşınız varsa, sıxıntı ola bilər, amma mənim ispan ev yoldaşım vəziyyəti çox anlayışla qarşıladı.

İtaliyada taxıclıq (razetka) 3 gözdən və ya çox yaxın 2 deşikdən ibarətdir, buna görə də müəyyən çətinliklər çəkmişdim.

İtaliyalılar səhər 12:00-dan sonra kofe içmirlər, içənlərə də qəribə baxırlar, mağazalar 19:00-20:00 arası bağlanır, bəzi mağaza və kafelər həftəsonları işləmir, günün 13:00-15:00 aralığında insanlar istirahət edirlər, bütün müəssisələr fasilədə olur.

İtaliyalılar yeməkdən həqiqətən zövq almağı sevirlər və bunu mütləq oturaraq etmək lazım olduğunu düşünürlər, yəni dondurmamı alım əlimə şəhəri gəzə-gəzə yeyim desəniz, diqqət çəkə bilərsiniz 😀

italiyada erasmus təhsili almaq üçün hara müraciət etmək lazımdır?

– Tələbələr İtaliyada erasmus təhsili ilə mübadilə etmək üçün universitetimizin Beynəlxalq Əlaqələr Departamentinə yaxınlaşmaq lazımdır. Orada müraciət prosesi və digər detallar haqda bilgi əldə etmək olar.

ingilis dili kursu

Erasmusdan qəbul almaq üçün hansı sənədlər lazımdır, nə kimi tələblər var?

– Universitetlərə uyğun dəyişir, amma əsasən,

 Erasmus üçün tələblər:

• I,II,III kurs bakalavr, I kurs master tələbəsi olmalıyıq.

• Minimum B2/C1 səviyyəsində ingilis dili biliyi olmalı, bəzən sertifikat tələb edilə bilir, amma universitetdə ingilis bölməsində təhsil alırsınızsa, bu haqda arayış kifayət edir.

• 90+ ÜOMG olmalı, bəzi universitetlərdə rəqabət güclü olduğu üçün 95+ ortalamalı tələbələrə üstünlünlük verilir.

Lazımlı sənədlər:

• Pasport, yoxdursa, şəxsiyyət vəsiqəsi olar

• Transkript

• Motivasiya məktubu

• CV

Tələbələrə nə kimi tövsiyələr edə bilərsiniz? İş tapmaq mümkündürmü? Ümumiyyətlə, həmin dönəmdə işləmək məsləhətlidirmi?

– Açığını desəm, bu haqda dərindən maraqlanmamışam. Tələbə olaraq həftədə 20 saat işləmək icazəsi var deyə bir şey eşitmişdim, lakin italiyan dilini bilmədən iş tapmaq, məncə, çox çətin olar. Mənim şəxsi düşüncəmə görə, Erasmus dönəmində yeni insanlar tanımaq, səyahət etmək, müxtəlif aktivliklərə qoşulmaq daha unudulmaz anlar yaşadar, nəinki işləmək.

Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik, sizə xarici diyarda xoş mütaliələr və bol əyləncələr arzu edirik.

– Grazie mille!

Erasmus haqqında əlavə suallarımıza necə cavab tapa bilərik?

İnsanlara yardımcı ola bilmək üçün @nushaba.overseas hesabımdan Erasmus haqqında faydalı məlumatlar paylaşıram. Bu sualın daha dəqiq cavabını isə aşağıda linkini qeyd etdiyim postdan tapa bilərsiniz.

Əlavə olaraq Avropada təhsil alan digər tələbə ilə olan müsahibəni oxumaq üçün klikləyə bilərsiniz.

# italiyada erasmus təhsili # italyada erasmus proqramı # italyada erasmus tehsili #italyada erasmus proqrami #italyada tehsil ucun senedler #italyada teqaudlu erasmus