Miq müsahibə mərhələsinin icmalı açıqlandı 2020
Miq müsahibə mərhələsinə dekabr ayının 14-dən etibarən start verilib.
AzEdu.az xəbər verir ki, bu günə qədər dəvət olunan 1252 namizədən 1245-i müsahibədə iştirak edib.
İnsan Resursları Mərkəzindən verilən məlumata görə, indiyə qədər rus dili və ədəbiyyati(4), ingilis dili (282), alman dili(8), fransız dili (11), fizika (48), rus dili (49), kimya (64), musiqi( 82), tarix (101), təsviri incəsənət (113), coğrafiya( 136) , texnologiya( 143), riyaziyyat(204) fənləri üzrə namizədlər müsahibəyə qatılıb.
Miq üzrə onlayn müsahibə zamanı həftə ərzində iştirak nisbəti 99.4 faiz olub. Qeyd edək ki, namizədlərin nəticələri bütün müsahibələr yekunlaşdırıldıqdan sonra şəxsi səhifəyə göndəriləcək.

Digər xəbərlər üçün daim yenilənən Xəbərlər bölməmizə nəzər yetirə bilərsiniz.
