Müəllimlərin işə qəbulu müsabiqəsi onlayn müsahibələrlə davam edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi məlumata görə, ilk 3 turdan keçmiş və işə qəbul olunmuş namizədlərin müsahibə prosesi dekabrın 14-dən etibarən həyata keçirilir. Müsahibədə indiyə qədər 1497 namizəd iştirak etmişdir.
Qeyd edək ki, müsahibə prosesi “Microsoft Teams” proqramı ilə həyata keçirilir. Onlayn müsahibədə iştirak edəcək olan namizədin e-mail adreslərinə link göndərilir. Namizədlər müsahibəyə telefon və ya kompyuterlə qoşula bilərlər.
İndiyə kimi müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində ən çox namizəd iştirak etmiş 3 Fənn aşağıdakılardır:
- İngilis dili (282)
- Riyaziyyat (204)
- Texnologiya (143)
Müəllimlərin işə qəbulu müsabiqəsi prosesindəki nəticənizi öyrənmək üçün şəxsi səhifənizə tez-tez nəzər yetirməyi unutmayın.
Müsahibələr dekabrın 23-nə qədər davam edəcəkdir. Ümumilikdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində 2209 nəfərin iştirak etməsi gözlənilir. Hazırda hərbi xidmətdə olan və müsahibəyə qoşula bilməyən namizədlərə gələcək günlərdə müsahibədə iştirak üçün şərait yaradılacaqdır.
Qeyd edək ki, müsahibə prosesində istifadə olunacaq mövzular MİQ-in saytında azərbaycan və rus sektorları üçün ayrı fayllar şəklində yerləşdirilmişdir. Mövzularla tanış olmaq üçün MİQ-in saytına nəzər yetirə bilərsiniz.
Bütün namizədlərə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində uğurlar arzulayırıq.
İngilis dilini özünüz öyrənmək istəyirsinizsə ingilis dili öyrənmək üçün filmlər haqqındakı bloq yazımızı oxuya bilərsiniz.