
İnk Academy təhsil mərkəzi olaraq gənclərə dəstək məqsədi ilə “PeakPath” IELTS təqaüd proqramı elan edirik. Təqaüd proqramı çərçivəsində seçilmiş şəxslər İnk Academydə 2.5 aylıq ielts hazırlıq proqramını TAM ÖDƏNİŞSİZ şəkildə əldə etmiş olacaq. Eyni zamanda seçilən şəxslər Xaricdə Təhsil xidmətləri üzrə də 50% endirim əldə etmiş olacaqlar.
“PeakPath” təqaüd proqramı kimlər üçündür və əsas şərtlər nələrdir:
- Təqaüd proqramı 10-11 ci sinif şagirdi, bakalavr və ya magistr tələbəsi olan Azərbaycan vətəndaşları üçündür.
- Təqaüd proqramına müraciət üçün minimum B2 səviyyəsində ingilis dili biliyi olmalıdır (xüsusi test əsasında əyani yoxlanılacaq)
- Hazırlıq proqramı bitdikdən sonra maksimum 2 həftə ərzində rəsmi imtahan verilməlidir. Rəsmi imtahan bileti ikinci hazırlıq ayı başladıqdan sonra alınmalıdır.
Qeyd: Seçim zamanı sosial fəaliyyətləriniz, IELTS sertifikatı əldə etmə səbəbiniz və təqaüdə olan motivasiyanız nəzərə alınacaq.
“PeakPath” IELTS təqaüd miqdarları:
- Tam tədaüd üçün limit: 10 nəfər.
- 50% güzəşt üçün limit: 40 nəfər
- 25% güzəşt üçün limit: 50 nəfər
- 15% güzəşt üçün limit: 150 nəfər
- Müraciət edən bütün şəxslər üçün 5% endirim tətbiq ediləcək.
Təqaüd proqramında iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat linki: https://forms.gle/jkSSGXSzPMGPaZeo9

Niyə İnk Academy-də IELTS dərsləri?
- 5 ildən çox iş təcrübəli, 8.5 IELTS speaking nəticəli, TKT 1, TKT 2, TKT 3, TESOL sertifikatlarına sahib IELTS müəllimləri ilə dərslər;
- Rəsmi İmtahan Sualları ilə Speaking dərsləri;
- 7.0 IELTS nəticəsinə Rəsmi zəmanət;
- Hər dərs esse yoxlanılması və detallı “feedback”;
- Tələbələrimizin 95%-i 7.0+ nəticə göstərir;
- Ayda 2 dəfə ödənişsiz sınaq imtahanı;
- İmtahana tam şəkildə uyğunlaşdırılmış proqram;
- 8.0+ IELTS nəticəsi qazandıqda Rəsmi İmtahan bileti hədiyyə;
IELTS imtahanı haqqında ən çox verilən suallar
IELTS imtahanına hazırlaşmaq üçün ingilis dili biliyim necə olmalıdır?
IELTS imtahanına hazırlıq üçün dərslərə başlamazdan əvvəl ödənişsiz şəkildə səviyyə imtahanı təşkil edilir. Səviyyə imtahanı zamanı speaking və writing də daxil olmaqla bütün bölmələr ödənişsiz şəkildə yoxlanılır. İngilis dili biliyi uyğun olan şəxslər dərslərə birbaşa başlaya bilir. Adətən intermediate, upper-intermediate dil səviyyəsində olan tələbələrin ingilis dili biliyi uyğun olur.
IELTS imtahanı nə zamandır?
IELTS imtahanı ilin hər ayda 3-4 dəfə olmaqla təşkil edilir.
IELTS dərslərinin müddəti nə qədərdir?
IELTS dərsləri 2.5 aylıq proqramı əhatə edir. Daha qısa zamanda nəticə əldə etmək istəyən şəxslər üçün də 5 həftəlik intensiv proqramımız mövcuddur.
IELTS Speaking dərsləri necə təşkil edilir?
IELTS Speaking dərsləri hər qrupa özəl olaraq təşkil edilir. Əvvəlcədən tələbələrə uyğun vaxt üçün qrupa özəl olaraq xüsusi vaxt təyin edilir. Hər həftə stabil olaraq eyni qrafiklə keçirilir. Speaking dərsləri bütün proqram müddətində ielts tələbələrimiz üçün ödənişsiz olaraq təşkil edilir. IELTS speaking sualları rəsmi imtahanda düşən sualların eynisi olmaqla praktika edilir. Bütün tələbələrə pdf kitab halında hazırlanaraq təhvil verilir.
Dərslər haqqında daha ətraflı məlumat üçün 050 684 05 65 nömrəsindən və ya inkacademy.az instagram hesabımızdan bizə yaza bilərsiniz.