Enter your keyword

post

Rus dili öyrənməyin 5 qısa yolu

Rus dili öyrənməyin 5 qısa yolu

QISA YOLLARla rus dili öyrənmək

Müasir dövrdə rus dili öyrənmək inandığınızdan daha asandır. Demək olar ki, mümkün olmayan bir iş deyil. Ancaq bəzi nüanslar var ki, onlara rast gəldikdə rus dili öyrənməkdən bir qədər çəkinirik.İnsanları yeni bir dildən uzaqlaşdıran ilk şey fərqli bir simvol və ya hərf öyrənməkdir.İnsanlar bunun nə qədər çətin olduğunu həddən artıq çox qiymətləndirirlər.Bundan başqa sözlərin yazılışı və tələffüzü də  ilk baxışda dili çətin görsədən  amillərdəndir.Lakin onu da qeyd edə bilərik ki, rus dili ingilis dili və bir çox dillərdən fərqli olaraq daha uzun sözlərə və bəzi çətin səslərə sahib olmağa meyilli olsa da, ən azından ingilis dilində olduğu kimi bir sözün necə tələffüz edildiyini təxmin etməyə ehtiyac yoxdur. Təsəvvür edə bilirsiz? Sən onu yazıldığı kimi tələffüz edirsən və tələffüz edildiyi kimi də yazırsan.Belə də olmalıdır!

Hal hazırda rus dili öyrənmək üçün müxtəlif texnikalar,metodlar, qrammatika və lüğət öyrənmək üçün kifayət qədər vəsaitlər mövcuddur.Lakin tez tez eşitdiyimiz və qarşılaşdığımız bəzi situasiyalar var ki, onlar sayəsində rus dilini öyrənməkdə çətinlik çəkən kifayət qədər insanın olduğunun fərqinə vara bilirik.Misal üçün ” bir neçə aydır rus dili öyrənirəm, amma hələ də ifadələr qurmaqda və danışıq dilini anlamaqda çətinlik çəkirəm,”Rus dili çox çətindir anlaya bilmirəm və s.”Ola bilsin ki, seçdiyiniz texnika sizin üçün işləməyə bilər.Özünüzə inanın! Rus dili öyrənməyin qısa yolları mövcuddur.Biz də öz növbəmizdə sizə rus dilini asanlıqla və ən əsası tez öyrənməyinizə dair qısa yollarla bağlı bir neçə ipucu verək.

1) Rus dili öyrənmək üçün rus dili mühitinə daxil olun

Mümkün olduğunca dil mühitinə daxil olun.Rus dili öyrənmək üçün rus dilli radiolar dinləyin, filmlərə və xəbərlərə baxın, rus dilində video dərsləri axtarın, sosial şəbəkələrdə ünsiyyət qurun.Öyrənmə zamanı vasitəçi dil istifadə edərək, bir tərəfdən özünüz üçün işi asanlaşdırırsınız, ancaq eyni zamanda şüuraltı zehniniz rahatlayır, leksik və qrammatik quruluşların intuitiv tanınmasını əngəlləyir.

2) Sözləri ən çox yayılmış ifadələrlə birlikdə əzbərləyin

Bu metod rus dili öyrənmək üçün effektiv qısa yollardan biridir.Beləliklə, lüğətlə birlikdə eyni zamanda olduqca mürəkkəb bir rus dilinin qrammatikasına yiyələnirsiniz.Sözləri düzgün kontekstdə istifadə etmək, cümlələr qurmaq və sualları düzgün formalaşdırmaq qabiliyyəti dəqiq ifadələr əzbərləyərək və sonra oxşar strukturları təhlil etməklə inkişaf etdirilir.

3) Rus dilini harda və necə istifadə edəcəyinizi konkretləşdirin

Öyrənməyə başladığınız dilin aspektinə daha çox diqqət yetirin.Özünüzdə bəzi sualları cavablayın.Məsələn,mənə rus dili öyrənmək nə üçün vacibdir?harda istifadə edəcəm?Rus dilində yazmaq sizin üçün vacibdirsə, qrammatika tapşırıqlarını yerinə yetirin, məlumatları eşidərək sərbəst qəbul etmək, filmlərə baxmaq, musiqi dinləmək istəyirsinizsə daha çox söz öyrənməyə fokuslanın. Ünsiyyət üçün rus dilini necə öyrənəcəyimizdən danışırıqsa, o zaman həmsöhbət axtarın. Yalnız davamlı məşq edərək tez danışa bilərsiniz.

4) Gündəlik məşğul olun

Günə rus diliylə başlayın.Ən azı 10 dəqiqə məşq edin, amma hər gün. Başladığınız materialı nəzərdən keçirin. Buradakı hər şey idman məşqlərinə bənzəyir: müntəzəm məşqlər, düşüncə və artikulyasiya beyninizi ana dilindəki kimi işləməyə öyrədir.Bu metod da rus dili öyrənmək üçün sadə üsullardan biridir.

5) ÖZÜNÜZÜ DAİM MOTİVASİYA EDİN

Uğur qazanmaq üçün motivasiya mütləqdir.Məqsəd və hədəfləriniz nəqədər aydindirsa bir o qədər də rus dili öyrənmək sizin üçün rahat olacaq. Bəlkə də rus yazıçılarının əsərlərini orijinalda oxumaq və ya təkbaşına ölkəni gəzmək və ya hətta bir dost,yoldaş tapmaq istəyirsən. Qoy bu məqsəd düşüncələrinizdə daim olsun, sizi ruhlandırsın və ən qısa zamanda rus dilini öyrənmək istəyinizi artırsın!

Sonda bildirmək istərdim ki, hər bir hədəfə çatmaq nə qədər əziyyətli,çətin olsa da, qısa yollarla daha asan yol qət etmək də mümkündür.Daim həvəsli olun,əylənərək,sıxılmadan məşğul olun və bu mövzuda rus dili öyrənməyin qısa yolları sizə kifayət qədər kömək olacaq.Ən sonda isə rus dili heç də çətin deyilmiş deyəcəksiniz.

Əlavə olaraq rus dili öyrənmək üçün YOUTUBE kanalları ilə bağlı bloqumuza keçid edə bilərsiz.

Ülvi Bayramov

383

Bir cavab yazın

Your email address will not be published.