fbpx

Enter your keyword

post

Səriştə Modelinin Təsdiqlənməsi Layihəsi

Səriştə Modelinin Təsdiqlənməsi Layihəsi

Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin ilk onlayn təlimi 17-18 dekabr 2020-ci il tarixlərində həyata keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, pilot layihədə iştirakçı qurum olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Vətəndaşa Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Apelyasiya Məhkəməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi seçilmişdir.

Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin ilk onlayn təliminin keçirilməsinin ən əsas məqsədi iştirakçıların kritik vəziyyətə dair anlayışlarını inkişaf etdirmək və ortaya çıxan davranışları qruplaşdırarkən nəzərə alınmalı olan cəhətləri göstərmək olub.

SİGMA-nın işçiləri olan Aine Gray və Laura Həmidova İnsan Resurslarının İdarə Edilməsi barədəki təcrübələrini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, təlimin ilk günündə Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi səriştələrin siyahısı, vəzifənin təhlil edilməsi üsulları ilə bağlı təqdimatlar edilib. Eyni zamanda iştirakçılarla müsahibə üsulları müzakirə edilib.

Təlimin ikinci günündə isə iştirakçılar təcrübi-məşğələyə cəlb olunublar. Həmçinin iştirakçılara səriştələrin qruplaşdırılması və xəyali müsahibə üsulu haqqında biliklər aşılanmışdır.

Təlimdə ingilis dilindən azərbaycan dilinə və azərbaycan dilindən ingilis dilinə tərcümə həyata keçirilib.

İngilis dilini özünüz öyrənmək istəyirsinizsə ingilis dilini öyrənmək üçün filmlərdən ibarət olan məqaləmizi oxuya bilərsiniz.

Səriştə Modelinin Təsdiqlənməsi Layihəsi 502

Bir cavab yazın

Your email address will not be published.