Çində təhsil alan tələbə ilə müsahibə – 2023

Çində təhsil, yaşam haqqında  Çində təhsil alan həmyerlimiz İman Quluzadə ilə müsahibə zamanı, çində məktəb, universitet təhsili, yaşamın üstünlükləri və iş imkanları barədə danışdıq.Əgər sizdə çində təhsil almaq istəyirsinizsə, bu bloq məhz sizin üçündür!  Salam zəhmət olmasa, özünüzü təqdim edin.  -Salam mən İman Quluzadə, 17 yaşım var.10 cu sinifdən Çində təhsil alıram. Hal hazırda 12 ci sinifdə oxuyuram. Sentyabrdan universitete başlıyacam hansı ki, Pekin institute of technology. Layihələrim var Azərbaycanda və Çində startup layihələrim .  Niyə məhz Çin?  -Əslində məndə SAT və İelts imtahanına hazırlaşırdım amma marağı texniki sahalərə olduğum üçün və asiya ölkələridə bu cəhətdən daha öndədi və asiya ölkələri mənə maraqlı gəlirdi ona görə seçimim ora oldu.Həmçinin inamım yox  idi ora qəbul olum çünki, oranın təhsili sistemi qat qat çətindir dünyada amma sonra çin dilini öyrəndim və məktəblərə müraciət etməyə başladım.  Çin dili necə öyrəndin?  Azərbaycan Konfutsi universiteti var.Bakı Dövlət Universitetində yerləşir.Orada öyrənməyə başladım.Dərslərin  sürəti çox aşağı idi yəni həftədə 2 dəfə 1 saat dərs olurdu belə sürətlə ən azı 4 ildə normal səviyyədə öyrənə bilərdim.Amma mən gündəlik 8 saatımı orada keçirirdim.Əgər kimsə Çin dilini yeni öyrənməyə başlayırsa onlara tövsiyyəm odur ki, özlərinə nəyisə limitli qoymasınlar, hərtərəfli olmağa çalışsınlar.Həmçinin öyrəndikləri dili həyatının hər anında işlətmək lazımdır.Buna misal olaraq,film izləmək,kitab oxumaq, ətrafda gördüklərini həmin dilə çevirərək,o dildə düşünmək bunlar hər biri sizin dilinizin inkişafına kömək edəcək.  Çin məktəblərinə qəbul prossesi necədir?  -Azərbaycan qəbul prosseslerindən fərqli olaraq, Çin məktəblərinə qəbul 2 dildə aparılır,ingilis və çin dillərində. Əgər ingilis dilində oxumaq istəyirsinizsə. İelts imtahanı verməlisiniz və Çində müsahibədən keçməlisiniz bu  prossesdə ingilis dilində olur.Və ingilis dilində Çində oxumağın fərqi odur ki, ingilis dilində olan məktəblərin ödə-nişləri daha baha olur.Ancaq çin dilində oxuyanda isə elə deyil.Bu məktəblərə qəbul zamanı isə çin dilini  bilməlisiniz, fizikadan kimyadan suallar verilir. Və qəbul olduğunuz tədqirdə viza prossesləri başlayır.  Universitetə qəbul:  -Universitetə qəbul zamanıda İelts və Sat nəticələri tələb olunur. HSK5  və çin dili imtahanı verilməlidir.  Çində təqaüd imkanı:  Məktəbdə təqaüd tapmaq universitetdə təqaüd tapmaqdan daha çətindir.Normalda Azərbaycandada təqaüdlü  məktəb yoxdur.Çindədə tapmaq üçün öz büdcəsi yaxşı olan məktəblər taqmaq lazımdır.Və bunun üçündə  nailiyyətləriniz çox olmalıdır.Burada oxuduğunuz zaman olan nailiyyətləriniz həmçinin normal olaraq çin diliniz  yaxşı olmalıdır.Universitet təqaüdünı gəldikdə isə, asan yolla təqaüd əldə oluna bilən ölkələrdən biri də Çindir. Azərbaycanda çox şirkətlər var ki, bunu edirlər. Və yaxud da özünüz müraciət edə bilərsiniz onlayn  təqaüdlərə.Hər il100 dən çox tələbə təqaüdlə Çində təhsil almağa gedir.Şərtlərə gəldikdə isə, dövlət təqaüdü ilə gedirsinizsə  İelts tələb olunur.Digər təqaüdlərdə isə müraciət etdiyiniz universitetə görə dəyişir.  Çində yaşam:  Çində yaşam ucuzdu.Həmçinin Çində yaşam təhlükəsizdi və Çin universitet tələbələri üçün ideal ölkədir.Çünki,  öz fikirlərini,layihələrini həyata keçirmək üçün şans çoxdur. Çünki çinin bazarı böyükdür,belə desəm insan sayı  çox olan ölkələrdə şans böyük olur.Çünki  rahatlıqla iş tapa bilərsiniz həmçinində iş qurmaq  olur.  Müsahibəyə görə təşəkkürlər!  Xaricdə təhsil ilə bağlı […]