İNGİLİS DİLİ ÖYRƏNMƏK ÜÇÜN oxumağa BAŞLAYIN

Addım-addım ingilis dili öyrənmək istərdinizmi ? Bu məqalədə ingilis dili öyrənmək üçün nələr etmək lazım olduğunu mərhələli şəkildə sizə izah edəcəyik. Ümid edirik sizə ingilis dili öyrənməniz üçün faydalı olacaqdır.

İngilis dili öyrənmək üçün məqsəd qoymaq

İngilis dili öyrənmək sizin məqsədiniz olmalıdır. Buna başlayırsınızsa sona çatdırana kimi dayanmamalı və çalışmalısınız. Başlamamışdan əvvəl ingilis dili öyrənmək məqsədinizi SMART şəkildə hazırlamalısınız. Siz indi ingilis dilini hansı səviyyədə bildiyinizi müəyyənləşdirməlisiniz. İngilis dili biliyinizi hansı səviyyəyə çatdırmaq istədiyinizə, İngilis dilini nə qədər müddətə öyrənmək istədiyinizə, ingilis dilini hansı üsullarla istifadə edəcəyinizə qərar verməlisiniz. Bütün bunları müəyyənləşdirdikdən sonra başlamaq lazımdır. Hər biri dəqiq olarsa sizin üçün ingilis dili oyrenmek də asan olacaqdır.

Nümunə: Siz ingilis dili oyrənmək üçün sıfırdan başlayırsınız. Qarşınıza məqsəd qoyursunuz ki, 6 ay ərzində bir ingilis dili kursuna yazılaraq, həftədə 5 dəfə ingilis dili dərslərində iştirak edərək ingilis dili öyrəmək məqsədinizə çatacaqsınız. Həmçinin hərgün əlavə  tapşırıqlara ayıracağınızı vaxtı (məsələn 3 saat)  və hansı vasitələrdən (məsələn: ingilis dili öyrənmək üçün proqramlar) istifadə edəcəyinizi müəyyən etməlisiniz. Bunları özünüzə uyğunlaşdırın və öyrənməyə başlayın.

İngilis dili öyrənmək üçün ingilis dilində sözlər öyrənmək vacibdi

Bir dildə danışmaq üçün siz həmin dildə söz bazasına sahib olmalısınız. İşlədəcəyiniz ifadələri o qədər yaxşı bilməlisiniz ki, ingilis dilində cümlə qurmaq öz dilimizdə cümlə qurmaq kimi rahat olsun. Bunun üçün bütün imkanlardan istifadə etmək və ingilis dilində çox söz öyrənmək lazımdır. Siz çox söz biləcəyiniz təqdirdə cümlə qura bilməsəz belə sözləri ard-arda ifadə edərək ingilis dilində fikrinizi kiməsə ifadə edə bilərsiniz. Təbii ki, çox söz bilmək sərbəst ingilis dilində danışmaq üçün kifayət etmir. Siz həmçinin digər bacarıqlarınızı da inkişaf etdirməlisiniz. İngilis dilində sözlər öyrənmək üçün isə çalışın boş vaxtlarınızı dəyərləndirin. Məsələn nəqliyyatda yeni sözlər öyrənmək sizin üçün faydalı olacaqdır. Həmçinin gündəlik həyatınızda bütün sözləri ingilis dilində tərcümə edib işlətməyə çalışa bilərsiniz. Məsələn, mətbəxdə yemək hazırlayırsınızsa istifadə etdiyiniz ərzaqların adını ingilis dilində təkrarlayın. Siz soğan doğradığınız müddət ingilis dilində soğan sözünü təkrar etsəniz, bu sözü axtardığınız zaman xatırlamanız daha asan olacaqdır.

İngilis dili öyrənmək üçün bütün günü istifadə etdiyimiz telefonlarımızla ingilis dili öyrənmək üçün proqramlardan istifadə edək

Günümüzün bir çox zamanını telefonumuzla keçirdirik. Ən yaxın dostlarımızdan olan telefonu bizə maksimum şəkildə faydalı istifadə edib proqramlar yükləyərək dil bilgilərimizi inkişaf etdirə, ingilis dilində sözlər öyrənə bilərik. Bu proqramlar həm əyləncəlidir, həm də bir çox zaman bizim üçün əlçatandır. Belə ki, mətbəxdə olarkən, yemək yeyərkən, çay içərkən, yatmamışdan qabaq və s. zamanlarda belə ingilis dili öyrənmək üçün proqramlardan istifadə edərək dil bilgilərimizi inkişaf etdirə və yeni sözlər öyrənə bilərik. Bu proqramlardan bəzilərinin aşağıdakılardır:

  • Duolingo
  • Cambly
  • Memrise
  • Drops
  • BeelinguApp
  • Puzzle English

İngilis dili öyrənmək üçün filmlər istifadə etmək xoş səslənir.

Bir çoxumuzun istirahət növlərindən biri film izləməkdir. Bu filmlərə saatlarla vaxtımız gedir. Bəs bu gedən zamanı daha effektli istifadə etməyə nə deyirsiniz? Siz film izləməklə də ingilis dilinizi inkişaf etdirə bilərsiniz. Belə ki, filmlər ingilis dilində izləndiyi zaman həm sizin dinləmə bacarığınız inkişaf edəcək, həm də cümlələr qurmağı inkişaf etdirəcəksiniz. Əgər sizin filmləri ingilis dilində izləyib anlayacaq qədər dil bilginiz yoxdursa filmləri altyazı ilə izləmək seçimi sizə uyğun olacaqdır. Belə ki, ingilis dilində filmi Azərbaycan dili altyazı ilə və yaxud Azərbaycan dilinə tərcümə olunmuş filmi ingilis dilində olan altyazı ilə izləsəniz yenə də sizin üçün ingilis dili öyrənmək daha asan olacaqdır. Biz sizin üçün ingilis dilində izləyə biləcəyiniz filmlərin siyahısını hazırlamışıq. İngilis dili öyrənmək üçün filmlər məqaləmizi oxumaqla ingilis dilini bilmə səviyyənizə uyğun olaraq filmlərin siyahısı ilə tanış ola bilərsiniz.

Musiqi tək ruhun qidası deyil, həm də ingilis dili öyrənmək üçün bir vasitədir.

İngilis dili öyrənmək üçün effektiv və maraqlı bir yol da ingilis dilində musiqilər dinləməkdir. Yəqin ki, uzun dinləmə materialları sizi yorur və bezdirir. İngilis dili öyrənmək üçün seçdiyiniz mahnılar ilə siz həm musiqi dinləyəcək, həm də dil bilginizi inkişaf etdirəcəksiniz. Elə indi musiqinizi seçin və ingils dili oyrenmek üçün dinləyin.

ingilis-dili-kurslari

Oxumaq, Oxumaq, Oxumaq! Bu dəfə ingilis dili öyrənmək üçün oxumaq.

İngilis dili oyrenmek üçün kitab oxumaq üsulu artıq geniş yayılıb. Siz sevdiyiniz kitabı ingilis dilində oxumaqla ingilis dilinizi inkişaf etdirməyə də nail olacaqsınız. Bədii ədəbiyyat, şəxsi inkişaf kitabları, sahənizlə bağlı kitablar və nəhayət sadə və anlaşılan dildə yazılan kiçik hekayə kitabları ingilis dili öyrənmək üçün effektli olacaqdır. İngilis dili öyrənmək üçün kitab oxumaq sizin oxuma bacarıqlarınızı daha da inkişaf etdirəcəkdir. Oxumağı sevənlər üçün ingilis dili öyrənmək bu üsulla əyləncəli olacaqdır.

Bu günün xəbəri: İngilis dili öyrənmək üçün xarici mediadan xəbərlər oxumaq faydalıdır.

Oxumaq üçün təkcə kitablar bəs deyil. Siz yəqin ki, dünyada baş verən proseslərlə də maraqlanırsınız. Bütün dünyada baş verən hadisələri xarici mediadan oxuyaraq ingilis dilində öyrənmək istərdinizmi? O zaman ingilis dili oyrenmek üçün xəbərlər oxumaq da sizə faydalı olacaqdır. Siz BBC, CNN kimi kanalların birbaşa məlumatlarını oxumaqla yetəri qədər ingilis dilində oxuma bacarığınıza təsir edə biləcəksiniz. Sizin üçün maraqlı olan medialara və səhifələrə abunə də ola bilərsiniz. Bu yolla onlar davamlı olaraq xəbərlərini sizə göndərəcək və siz bu xəbərləri mütəmadi olaraq oxuyacaqsınız. Siz gündəmi izləyə, xarici dildə düzgün mənbələrdən xəbərləri oxuya və ən əsası ingilis dili öyrənə biləcəksiniz.   

İngilis dili öyrənmək üçün xaricilərlə yazışmaq.

İngilis dili öyrənmək üçün ingilis dili ana dili olan şəxslərlə danışmaq həmişə faydalı olur. Bu insanlarla fərqli mövzularda müzakirələr aparmaqla qısa zamanda dil bilgilərinizi inkişaf etdirə bilərsiniz. Bu insanlar ilə yazışmağın faydası düşünərək yaza bilmənizdir. Siz biri ilə yazışarkən düşünmək üçün vaxt qazanırsız və bu şəkildə yazma vərdişiniz inkişaf edir. Bu vərdiş çox istifadə etdikdə bu, sizin danışıq bacarıqlarınıza da təsir edir. İngilis dili oyrenmek üçün bu metoddan istifadə etməyinizin ən vacib faydası işlətdiyiniz cümlələri daha tez xatırlamanızdır. Siz bir cümləni kiməsə yazmısınızsa artıq həmin cümləni danışarkən ingilis dilində rahat şəkildə ifadə edə biləcəksiniz. Bununla da ingilis dili bacarıqlarınız daha da inkişaf edəcək və siz danışmaqdan çəkinməyəcəksiniz. Həmsöhbət olduğunuz şəxs sizin səhvlərinizi də düzəldəcək və siz öz səhvlərinizi praktiki əsaslarda görəcəksiniz və danışdıqda bu səhvləri etməyəcəksiniz. Təbii ki, ingilis dilli bu həmsöhbət həm sizlə söhbət etməyə maraqlı olmalıdır, həm də sizin ortaq mövzularınız olmalıdır ki, söhbət tükənməsin və hər iki tərəf bezməsin. Bunun üçün, məsələn, bildiyiniz bir bacarığı xarici ölkədə yaşayan bir şəxsə öyrətmək üsulundan istifadə edə bilərsiniz. O sizə ingilis dili öyrənmək üçün yardım edəcək və siz qarşılığında ona maraqlı və faydalı bir bilgi verəcəksiniz. Həmçinin həmin mövzudan kənar söhbətlər də etməniz mümkündür.

Bu qeyd etdiyimiz addımları edərək öz ingilis dili bilgilərinizi inkişaf etdirə bilərsiniz. Təbii ki, ingilis dili öyrənmək bu yollarla biraz çətindir və səbr tələb edir. Bu səbəbdən də sizə səbrli olmağı və məqsədlərinizə addımlayarkən məqsədinizdən dönməməyinizi məsləhət görürük.

Peşəkar müəllimlərlə ingilis dili öyrənmək