İELTS Kursu detalları
- Ana səhifə
- IELTS Kursları
IELTS Kursları

- Kurs haqqında
- Sual & Cavab
- Müəllimlər
IELTS Kursu
IELTS kursları Beynəlxalq İngilis Dili İmtahanına hazırlıqdır. Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. IELTS imtahanında ən yüksək nəticə 9 baldır. Statistika göstərir ki, IELTS imtahanından yüksək nəticə əldə etməyin yolu təcrübəyə əsaslı proqramdan istifadə etməkdir.
Yüksək IELTS nəticəsi əldə etmək istəyən şəxslərə xüsusi metodla təşkil olunmuş dərslər təklif edirik. IELTS kursu dil və imtahan strategiyaları, testlər və tapşırıqlardan təşkil olunub. Proqram dinləmə, danışıq, oxu və yazma çərçivəsində 4 əsas sütun üzrə hazırlanıb.
IELTS Kursları Proqramı
IELTS kursları 2,5 aylıq (10 həftəlik) proqramı əhatə edir. Bu 10 həftəlik kurs tələbələrə IELTS imtahanında tələb olunan balı əldə etmək üçün lazım olan dil bacarıqlarını inkişaf etdirməyə və özünə inam qazanmağa kömək etmək üçün nəzərdə tutulmuşdur.
Dərslər həm qrup həm də fərdi şəkildə keçirilir. Qrup şəklində IELTS kursları həftədə 3 dəfə 1,5 saat olmaqla tədris edilir. Həftədə 2 dəfə 1,5 saat olmaqla əsas dərs, 1 dəfə 1,5 saat isə əlavə speaking dərsləri keçirilir. Fərdi şəkildə IELTS kursları isə həftədə 2 dəfə 1 saatlıq müddətə tədris edilir. IELTS dərsləri həm onlayn həm də oflayn formada tədris olunur. Bütün əsas dərslər Ramiz Səmədov tərəfindən tədris edilir. Əlavə olaraq kursumuz tərəfindən ayda 2 dəfə ödənişsiz IELTS Trail keçirilir. Hər dərs esse yoxlanılması ilə təmin edilir. Bütün materiallarla təminat isə kurs tərəfindən həyata keçirilir.
Üstünlüklərimiz
♦ Proqramdan əlavə IELTS speaking dərsi (həftədə 1 dəfə 1.5 saat)
♦ Ayda 2 dəfə mərkəzimizdə sınaq imtahanı
♦ Hər dərs essay yoxlanılması
♦ Əlavə materiallarla təminat
♦ Xüsusi metodla tərtib olunmuş proqram
♦ Peşakar müəllim
IELTS dərslərində iştirak üçün ilk növbədə level testi həyata keçirilir. Testin nəticəsindən asılı olaraq, tələbələr IELTS dərslərinə qəbul edilir. Testin nəticəsi IELTS dərslərinə qoşulmaq üçün uyğun olmazsa tələbə Pre-IELTS kurslarına qəbul edilir.
Bəli. Metodika və müəllim ilə tanış ola bilməyiniz üçün ödənişsiz şəkildə sınaq dərs təşkil edilir.
Mərkəzimiz Elmlər akademiyası metrosundan 2 dəqiqəlik piyada məsafədə yerləşir.
Dərslər həm qrup & fərdi, həm də onlayn & əyani formada təşkil edilir.
Qrup dərslərində onlayn 4, əyani 5 nəfər tələbə iştirak edir.
Dərslərə başlamazdan əvvəl müəllim dil biliyini müəyyən edir və tələbələr öz səviyyələrinə uyğun qruplarla dərslərə başlayır.
Bəli, hər həftənin şənbə günü səviyyələrə uyğun ödənişsiz Conversation-lar təşkil edilir.
Müəllimlər haqqında
Mərkəzimizdə tədris aparan müəllimlər bu sahədə ali təhsil alan və minimum 3 illik iş təcrübəsi olan, IELTS, TOESL və TOEFL sertifikatlı peşəkar şəxslərdir. Ümumilikdə mərkəzimizdə 10-dan çox müəllim fəaliyyət göstərir və sizinlə dərsləri təşkil olunacaq müəllim və metodika ilə tanış ola bilməyiniz üçün ödənişsiz şəkildə sınaq dərs təşkil edilir. Sizin ingilis dili öyrənmə məqsədi, müddəti və hazırki dil səviyyənizə əsasən sizə uyğun proqram müəllim tərəfindən sizə tədris edilir.
Metodika
Qısa zamanda xarici dil öyrənməyinizi təmin etmək məqsədi ilə tələbələrimizə fərqli dərs metodikları təklif edirik. Sizə uyğun olan dərs metodikasını müəyyən etmək üçün ödənişsiz şəkildə təşkil olunan konsultasiyalarımızdan faydalana bilərsiniz.
- Müəllim : +4 il təcrübə
- Müddət : 2.5 ay
- Səviyyə : C2
- Növ : Qrup / Fərdi
- Format : Əyani / Onlayn
Paylaş :
Sualınız var?
Sizi düşündürən suallara cavab tapmaq və ödənişsiz konsultasiya üçün əlaqə saxlaya bilərsiniz
- (+994 50) 684 05 65
- [email protected]