Kursun detalları
- Ana səhifə
- Only Speaking
İngilis dili Danışıq Kursları
- Kurs haqqında
- Sual & Cavab
- Müəllimlər
Danışıq kursları
Əgər "ingilis dilini başa düşürəm ancaq danışa bilmirəm" deməkdən yorulmusunuzsa, təklif etdiyimiz ingilis dili danışıq kursları sizin üçündür. Speaking, yəni ingilis dilində danışıq hamı üçün ən aktual problemlərdən biridir. Bunun bir neçə əsas səbəbi var. Əsas səbəblərdən biri səhv tələffüz və öz dilində düşünərək ingilis dilində danışmağa çalışmaqdır. İngilis dili danışıq dərslərində bütün bu problemləri bir-bir həll edirik. Tərtib edilmiş xüsusi danışıq proqramı ilə siz də səlis şəkildə ingilis dilində fikirlərinizi ifadə edə bilərsiniz.
İngilis dili danışıq proqramı
Only Speaking dərsləri həftədə 4 dəfə 1 saat olmaqla tədris edilir. Əsas üstünlük danışığa verilir, qrammatikaya az yer ayrılır. Hər dərs bir mövzu ətrafında təşkil edilir və həmin mövzu ətrafında danışıq öyrədilir. Əlavə olaraq müxtəlif idiomlar, frazeloji birləşmələr, "slang" lər öyrədilir. Həmçinin, bu proqramla lüğət bazanızda tam şəkildə inkişaf edir. Bu dərslərdə iştirak üçün minimum "elementary" leveldə ingilis dili biliyiniz olmalıdır. Sıfırdan başlayanlar üçün bu proqram uyğun deyil. Sıfırdan başlamaq üçün General English və ya İntensiv İngilis dili dərslərinə qatıla bilərsiniz.
Üstünlüklərimiz
♦ Xüsusi danışıq proqramı ilə dərslərin tədris olunması.
♦ Həm fərdi həm qrup şəklində danışıq dərslərinin keçirilməsi.
♦ Həm əyani həm də onlayn dərslərin təşkili.
♦ Düzgün tələffüz və aksentin inkişaf etdirilməsi.Bununla speaking dərslərində düzgün tələffüzü məşq etməklə ingilis dilində danışarkən aydın və inamlı danışmağınızı təmin edirik.
♦ Minumum ev tapşırığı ilə danışığın inkişafı.
Kurs kimlər üçündür?
Only Speaking dərsləri müəyyən qrammatik bazaya malik olan və danışığını inkişaf etdirmək istəyən şəxslər üçündür. Burada siz minimum ev tapşırığı ilə ingilis dili danışığınızı inkişaf etdirə bilərsiniz. Həftədə 4 dəfə təşkil olunan danışıq proqramı ilə 1 ayın sonunda 16 müxtəlif mövzu ətrafında olan ifadələri, lüğəti, söz birləşmələrini öyrənəcəksiniz. Həmçinin şənbə günləri keçirilən “conversation”larda iştirak edərək danışığınızı daha intensiv şəkildə inkişaf etdirə bilərsiniz. Bununla yanaşı "conversation"larda iştirak etməklə netvörkinqinizi artıra bilərsiniz.
Bəli. Metodika və müəllim ilə tanış ola bilməyiniz üçün ödənişsiz şəkildə sınaq dərs təşkil edilir.
Mərkəzimiz Elmlər akademiyası metrosundan 2 dəqiqəlik piyada məsafədə yerləşir.
Dərslər həm qrup & fərdi, həm də onlayn & əyani formada təşkil edilir.
Qrup dərslərində onlayn 4, əyani 5 nəfər tələbə iştirak edir.
Dərslərə başlamazdan əvvəl müəllim dil biliyini müəyyən edir və tələbələr öz səviyyələrinə uyğun qruplarla dərslərə başlayır.
Bəli, hər həftənin şənbə günü səviyyələrə uyğun ödənişsiz Conversation-lar təşkil edilir.
Müəllimlər haqqında
Mərkəzimizdə tədris aparan müəllimlər bu sahədə ali təhsil alan və minimum 3 illik iş təcrübəsi olan, IELTS, TOESL və TOEFL sertifikatlı peşəkar şəxslərdir. Ümumilikdə mərkəzimizdə 10-dan çox müəllim fəaliyyət göstərir və sizinlə dərsləri təşkil olunacaq müəllim və metodika ilə tanış ola bilməyiniz üçün ödənişsiz şəkildə sınaq dərs təşkil edilir. Sizin ingilis dili öyrənmə məqsədi, müddəti və hazırki dil səviyyənizə əsasən sizə uyğun proqram müəllim tərəfindən sizə tədris edilir.
Metodika
Qısa zamanda xarici dil öyrənməyinizi təmin etmək məqsədi ilə tələbələrimizə fərqli dərs metodikları təklif edirik. Sizə uyğun olan dərs metodikasını müəyyən etmək üçün ödənişsiz şəkildə təşkil olunan konsultasiyalarımızdan faydalana bilərsiniz.
- Müəllim : +3 il təcrübə
- Müddət : 2-2.5 ay / 1 səviyyə
- Səviyyə : A2, B1, B2, C1, C2
- Növ : Qrup / Fərdi
- Format : Əyani / Onlayn
Paylaş :
Sualınız var?
Sizi düşündürən suallara cavab tapmaq və ödənişsiz konsultasiya üçün əlaqə saxlaya bilərsiniz
- (+994 50) 684 05 65
- [email protected]