Bakalavr təhsilini İkili diplom proqramı ilə və Koreyada təhsil almaq istəyən tələbələrin diqqətinə! Bakı Mühəndislik Universiteti və Koreyanın İNHA Universiteti arasında bakalavriat dərəcəsi üçün artıq ikili diplom proqramı həyata keçiriləcəkdir. Bu proqrama əsasən inşaat və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün sənəd qəbulu dekabrın 31-nə qədər davam edəcəkdir.

Qeyd edək ki, proqram üçün ilkin kvota 30 nəfərdir. Proqram çərçivəsində təhsil müddəti 4 ildir. Bu təhsil müddətinin 3 ili BMU-da, 1 ili isə İNHA-da olacaqdır. İkili diplom proqramının tədris dili ingilis dilidir, ancaq İNHA-dakı təhsil ili üçün tələbələrə əlavə olaraq koreya dili tədris ediləcəkdir.

Qeyd edək ki, ikili diplom proqramı çərçivəsində təhsil alacaq tələbələrin təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri “2019-2023 Dövlət Proqramı” çərçivəsində maliyyələşdiriləcəkdir.

Proqram və lazım olacaq sənədlər barədə məlumatı Təhsil Nazirliyinin elanından əldə edə bilərsiniz.

Qeyd edək ki, ikili diplom proqramını bitirən tələbələr hər iki universitetin diplomunu əldə edəcəkdir.

İngilis dilini özünüz öyrənmək və ya inkişaf etdirmək istəyirsinizsə ingilis dilini öyrənmək üçün filmlərin olduğu bloqumuzu oxuya bilərsiniz.