Enter your keyword

post

İngilis dili bilməyin üstünlükləri

İngilis dili bilməyin üstünlükləri

Günümüzdə ingilis dili bilməyin üstünlükləri

Günümüzdə insanların böyük bir hissəsi öz ana dili ilə yanaşı ikinci dil kimi ingilis dili öyrənir.  Bu say günü-gündən artmaqdadır. Araşdırmalara görə, uşaq yaşlarında xarici dil öyrənmək yuxarı yaşlara nisbətdə daha asan və tez olur. Amma öyrənmək üçün heç vaxt gec deyil. Elə bu bloqu oxuduqdan sonra sən də öyrənməyə başlaya bilərsən. Bu bloqda ingilis dili bilməyin üstünlükləri yazılmışdır.

İngilis dili öyrənməyin çətinlikləri ilə yanaşı bir sıra üstünlükləri də var ki, bu üstünlüklər vasitəsilə həyatdan daha çox zövq ala biləcəksiniz. ingilis dili bilməyin üstünlükləri :

  1. Nə qədər dil bilsək, o qədər çox insanla rahatlıqla ünsiyyətdə ola bilərik. Bu isə öz növbəsində yeni dostlar qazanmaqda, yeni mədəniyyətləri öyrənməkdə bizə yardımçı olacaqdır. Ətrafımızda xarici dostların olması çox yaxşı haldır. Mədəniyyətləri bilmək isə bizim dünya görüşümüzü kəskin sürətdə artırır. Təkcə ingilis dili bilməyin üstünlükləri bununla bitmir.
  2. Başqa ölkələrdə təhsilimizi davam etdirə bilərik. Beynəlxalq dil olan İngilis dili ilə müxtəlif universitetlərdə təhsil almaq mümkündür. Xarici universitetlərin diplomları isə həm öz ölkəmizdə, həm də xaricdə bizə böyük üstünlüklər bəxş edir.
  3. Başqa ölkələrdə yeni iş imkanları qarşımıza çıxır. Dil bilirsinizsə, işləməyiniz üçün olan ən böyük əngəl ortadan qalxmış olur. Geriyə sadəcə müsahibədən uğurla keçərək işə başlamaq qalır.
  4. Öz ölkəmizdə də digər işçilərlə nisbətdə üstünlük qazanırsınız. Hər hansısa bir vakansiyaya müraciət etdikdə İnsan Resursları üzrə mütəxəssis atılan CV-lərə baxdıqda müraciətçilərin arasında dil biliyi çox olanlara üstünlük verir. Bu hər zaman baş verməsə də, çox vaxt belə olur.
  5. Araşdırma aparan zaman xarici resurslardan asanlıqla istifadə edə biləcəksiniz. Ölkəmizdə kifayət qədər mənbə olmadığı günümüzün reallığıdır və istədiyimiz mövzuda məlumatı xarici mənbələrdən tapmaq mümkündür. Bunanla da siz, araşdırmalarınızda daha dəqiq və məhsuldar olacaqsınız.
  6. Xarici filmlərə tərcüməsiz və altyazısız baxa biləcəksiniz. Çəkilən filmlər original səsləndirmə ilə daha maraqlı və təhrif olunmamış formada olur. Bu isə əsl filmsevərlərin önəm verdiyi məqamlardan biridir. Bu ingilis dili bilməyin üstünlükləri arasında ən əyləncəlisidir.
  7. Turist kimi hər hansısa ölkəyə səyahət etdiyiniz zaman yerli əhali ilə daha rahat əlaqə qurub istədiyiniz yerə asanlıqla çata biləcəksiniz. Təsəvvür edin ki, xarici dil bilmədən İngiltərəyə səyahət edirsiniz. Orada yaxşı vaxt keçirə bilmək üçün tərcüməçiyə ehtiyacınız olacaq. Bu isə öz növbəsində əlavə xərclərə yol açacaq. İngilis dilini bildiyiniz təqdirdə həmin pula qənaət etmiş olacaqsınız.
  8. Bir çox şirkətlərdə tərcüməçi və ya dil müəllimi kimi işləyə bilərsiniz. Bunun üçün məktəblər, dil kursları kimi yerlərdə iş imkanları var. Yaxşı tərcüməçi olsanız, böyük şirkətlərdə işləyə biləcəksiniz.

Yuxarıda qeyd olunmuş ingilis dili öyrənməyin üstünlükləri ilə uğur qazanmaq istəyirsinizsə öyrənmək vacibdir. “Bəs necə?” sualını verirsənsə bundan sonrakı hissəni də oxu.

Xarici dil öyrənməyin bir neçə yolu

Hər bir dili özünüz və ya kursa yazılaraq öyrənə bilərsiniz. Özünüz öyrəndiyiniz zaman mobil tətbiqlərdən, youtube kanallarından istifadə edə, müxtəlif kinolara baxa bilərsiniz. Günümüzdə üstünlük ingilis dilinə verildiyi üçün bir neçə bloq yazmışıq ki, onlara da klikləyərək göz gəzdirə bilərsiniz:

  1. İngilis dili öyrənmək üçün 10 oyun saytı
  2. İngilis dili öyrənmək üçün 10 youtube kanalı
  3. Asan yolla ingilis dili öyrənmək
  4. İngilis dili öyrənmək üçün 10 film

Yox əgər kursla öyrənmək istəyirsinizsə, o zaman İnk Academy sizə professional müəllim heyəti ilə qısa zamanda öyrənə biləcəyiniz ingilis dili dərsləri təqdim edir. Bloqu oxuyaraq müraciət edənlər “Bloq Endirimi”dən yararlanacaq. Bunun üçün sadəcə qeydiyyat zamanı bloqu oxuduğunuzu bildirmək kifayətdir.

İngilis dili bilməyin üstünlüklərini bizimlə qazanın.

Həmzə Heydərli

203

Bir cavab yazın

Your email address will not be published.