Essential Grammar In Use – Raymond Murphy

İngilis dili öyrənmək istəyənlər üçün ən önəmli kitablardan biri olan Essential Grammar in Use, qrammatika mövzusunda son dərəcə faydalı mənbələrdən biridir. İngilis dil öyrənməyə yeni başlamış şəxslər, ingilis dilini inkişaf etdirmək istəyənlər və ingilis dilində hansısa mövzunu təkrar etmək istəyən şəxslər üçün ideal seçimlərdən biridir. “Cambridge Press” tərəfindən nəşr olunan “elementary learners” üçün bu kitab ilə İngilis dili qrammatika biliklərinizi inkişaf etdirə və testlər edə bilərsiniz. Kitabın müəllifi Raymond Murphy-dir . O, qrammatika öğrenmeye aid lazım olanları çox yaxşı bilən bir akadademik və müəllifdi.

Raymond Murph tərəfindən yazılan “Essential Grammar in Use” ingilis dili kitabında ingilis dili qrammatika mövzularının detallı izahı və mövzularla bağlı araşdırmalar yer alır. Bu kitab həm də, ingilis dili öyrənənlər üçün məktəblərdə də tövsiyyə edilir. Bu kitabda siz Nəzəri öyrənmə və praktika etmək məqsədinizə çata bilərsiniz. Mövzular başlıqlara bölünüb və bilinməsi lazım olan bütün vacib məlumatlar izah edilir. Mövzu sonlarında çalışmalar var və bu çalışmaların cavabları kitabın sonunda yerləşdirilib.

    • Kitabın yazıldığı dil – ingilis dili
    • Müəllif: Raymond Murphy

New English File

Son yazılar

Sualınız var?

Kurslar haqqında məlumat əldə etmək və ödənişsiz sınaq dərsində iştirak üçün əlaqə saxlaya bilərsiniz

(+994 50) 684 05 65