İngilis dilində məqalə oxumağın üstünlükləri

Dil öyrəndiyiniz zaman dinləmək, danışmaq və yazmaq vacibdir, amma oxumağın da faydası böyükdür.

Adətən, hər hansı bir mətn oxuduğunuz zaman yeni sözlərlə qarşılaşırsınız. Əgər qarşılaşdığınız yeni sözlərin sayı çoxdursa, deməli, oxuduğunuz mətn yuxarı səviyyədədir, belə olduqda  daha sadə mətnlərdən başlamalısınız , ingilis dilində məqalə oxumaq üçün saytlar məqaləmiz məhz bunun üçündür! Elə isə başlayaq!

Başlayaq, ingilis dilində məqalə oxumaq üçün saytlar ın hamısı – Əgər düzgün formada istifadə etsəniz – dil öyrənməyinizdə faydalıdır. Ona görə də hansı saytın  sizə  daha uyğun olduğunu düşünürsünüzsə ordan başlamalısınız. Oxumaq üçün sizə ən uyğun saytı özünüz seçə bilərsiniz.

Seçərkən aşağıdakıları nəzərdən keçirməyi unutmayın:

Çətinlik dərəcəsi: İdeal yazılmış mətn sizin üçün çətin gələ bilər, lakin bu sizin dil biliyinizi, hətta sizin inkişafınıza və sizi  daha yaxşı olmağa sövq edəcəkdir;

İşlənilən dil: Bloq yazılarında, adətən, səmimi və gündəlik istifadə olunan sözlərdən istifadə olunur. Ancaq xəbər saytları ilə bağlı məqalələr iş dünyası ilə bağlı sözlər və daha professional dildə yazmağa üstünlük verirlər;

Mövzu: Təbii ki, maraq dairənizdə olan mövzuları oxumaq istəyəcəksiniz

İngilis dilində məqalə oxumaq ingilis dili öyrənməyinizə necə kömək edəcək ?

Rahatdır: Harada olsanız da oxuya bilərsiniz. Əgər internetə çıxışınız varsa istədiyiniz mövzuda oxuya bilərsiniz. Ağır kitabları və  yaxud da jurnalları özünüzlə daşımağınıza gərək yoxdur;

Başa düşülməsi asandır: Internetdəki yazılar hamının oxuyacağı nəzərə alınaraq yazılır və adətən, dili sadə olur;

Əyləncəlidir: Axtardığınız hər şey üçün bir sayt tapa bilərsiniz. Maraq dairənizə aid yazıları tapıb oxuya bilərsiniz;

İnkişaf etdirir:  Fərqli mövzularda məqalələr oxuyaraq həm dil biliyinizi hərtərəfli inkişaf etdirə, həm də dünyagörüşünüzünü artıra bilərsiniz və danışıq zamanı istənilən mövzu haqqında rahatlıqla danışa bilərsiniz.

ingilis dilində məqalə oxumaq üçün saytlar

refinery29 – Gündəmdəki bəzi hadisələrə də fərqli şəkildə yanaşılır, əlavə olaraq dəb və əyləncə ilə bağlı məqalələr paylaşılır

Sunset –  səyahətlə bağlı məqalələri burdan oxuya bilərsiniz

Nytimes – Ən yeni xəbərlərə burdan nəzər yetirə bilərsiniz

Nationalgeographic – Elm, coğrafiya, tarix və dünya mədəniyyəti ilə bağlı mövzuları burdan oxuya bilərsiniz

Vice – Gündəmdə olan hadisələr və problemlərə aid fikirlər; dünya və insanlar haqqında maraqlı yazılar

TechCrunch – Elektrikli alətlər, yeni texnologiya, komputer oyunları ilə bağlı araşdırmalar və məqalələr olan xəbər saytı

USA Today – Gündəlik xəbərləri oxuya biləcəyiniz və eyni zamanda ingilis dilində tapmacalar və fərqli məqalələr

The Telegraph – Dünyada baş verən ən son xəbərlər paylaşılır.

İflscience – isə yeni başlayanlar üçün daha sadə dillə gündəlik xəbərlər paylaşılan bir saytdır.

Real- english- Dərslər, məqalələr və videolar olan bir sayt

İngilis dilini əyləncəli şəkildə öyrənmək istəyirsinizsə, İNGİLİS DİLİ ÖYRƏNMƏK ÜÇÜN OYUN SAYTLARI bloqumuzu oxumağı unutmayın!

ink academy instagran