ingilis dili öyrənmək üçün 8 uşaq Youtube kanalı – Siyahı

Erkən yaşlardan ingilis dili öyrənmək verə biləcəyiniz ən düzgün qərarlardan biri ola bilər. Niyə mi? Çünki kiçik yaşlardan istənilən uşağın beyni bir çox sayda yeni məlumatları emal etməyə qadirdir, hələ indiki dövrümüzdə daha da asandır. Müxtəlif vebsaytlar, kitablar və təbii ki, günümüzdə ən çox istifadə edilən Youtube kanalları öyrənməyimizi daha asan və rahat edir. Elə isə, gəlin sizinlə ingilis dili öyrənmək üçün 8 uşaq Youtube kanalı `na birlikdə nəzər yetirək.

Peppa Pig Official Channel

Məşhur cizgi personajı olan  Peppa Donuzu yəqin ki, hamımız yaxından tanıyırıq. Əminliklə deyə bilərik ki, ingilis dili öyrənmək üçün uşaq Youtube kanalları `nın bir parçası olan bu personaj, yalnız körpəni əyləndirməyəcək, həm də öyrədəcək. Onun iştirakı ilə hər seriya, uşağa xarici dünya ilə qarşılıqlı əlaqə əsaslarını öyrədir. Dialoqlar sadə və başa düşülən ingilis dilində aparılır.

Barefoot  Books

Bizim dildə “Ayaqyalın Kitablar” başlığı kimi tərcümə olunan bu Youtube kanalı ingilis dili öyrənmək üçün ən yaxşılardan hesab edilir. Rəngarəng cizgi seriyası və uşaq mahnıları ilə digərlərindən seçilən bu kanal, uşağınıza tez bir zamanda çox şey qatacaqdır.

Super Simple Songs

Bu kanal ingilis dilində uşaq mahnılarını təqdim edir. Məlumdur ki, qafiyə yeni sözlərin daha sürətli və daha yaxşı öyrənilməsinə kömək edir, ritm və melodiyası isə bu prosesi yaradıcı edir. Hər bir videonun öz mövzusu var: nömrələr, ziddiyyətlər, hərflər, xüsusi ifadələr, heyvanların, quşların və onların səslərinin öyrənilməsi, insan bədəninin hissələrinin öyrənilməsi və s.

Kids Songs

Uşaqlar, mahnı və animasiyalı videolar olan daha  başqa bir video kanalla qarşınızdayıq. Təxmini 2 saata yaxın bir vaxtı əhatə edən bu video, axıcı və asanlıqla anlaşılandır. Bu cür mahnılarla daha asan və əylənərək öyrənəcəyinizə şübhə yoxdur.

ingilis dili öyrənmək üçün uşaq Youtube kanalları öyrənməyə davam !

LittleBabyBum

Böyük bir ekranda HD formatında cizgi filmlərini izləməyə imkan verən və yüksək keyfiyyətli səs tələffüzü daha yaxşı başa düşməyə kömək edəcək daha bir kanalı sizə təqdim edirik. 2 yaşdan yuxarı uşaqlar üçün hazırlanan bu cür videolar həftədə 2 dəfə – çərşənbə və cümə günləri yayımlanır.

English Singsing

Tam 35 dəqiqəlik bir video. Bu kanalın əsas məzmunu 3 yaşdan kiçik uşaqlara xitab edir. Qısa və məzəli şeirlər, sizə, öz mini lüğətinizi yaratmağa kömək edəcəkdir. Hər bir video müəyyən bir mövzuya, məsələn, Olimpiya idmanlarına və ya insan duyğularına həsr edilmişdir.

Cocomelon-Nursery Rhymes

50 dəqiqədə çox şey. Bu kanaldakı hər dərs rəngli mahnı və ya barmaq ailəsi kimi bir sıra davam edən mövzulara toxunur. Video illüstrasiyalar və mahnılar ilə müşayiət olunur. Videoların bir hissəsi bir saatdan çox davam edir, buna görə bu kolleksiyanı 3-5 yaşdan yuxarı uşaqlar üçün tövsiyə edirik

NuNi

Youtube `da tam 21 milyon izlənməyi keçən bu video tam da sizlər üçündür. Bu kanalda real cizgi 3D şoularını izləyə bilərsiniz. Canlandırıcı oyuncaqlar uşaqların təxəyyülünü və yaradıcılığını stimullaşdırır. Epizodlar 2-3 yaşlı uşaqlar üçün nəzərdə tutulub.


Sizlərə bu məqalədə ingilis dilində uşaq youtube kanallarını təqdim etdik! Əgər bloqumuz xoşunuza gəldisə İNGİLİS DİLİNİ ÖYRƏNMƏK ÜÇÜN SƏVİYYƏLƏR ÜZRƏ 8 MAHNI bloqumuza keçid edə bilərsiniz!