Musiqi dinləyərək İngiliscə öyrənmək

Musiqinin, ingiliscə öyrənməyin vacib bir hissəsi olduğunu bilirsinizmi? Musiqi ingilis dilini dinləmək və anlamaq üçün çox faydalı bir vasitədir. Daha əvvəl yəqin ki, mahnıların universal bir dil olduğunu eşitmisiniz. Danışdıqları dil fərqli olsa da, musiqi sayəsində insanlar bir-birləri ilə ünsiyyət qura bilərlər və bir-birlərinin dilini başa düşməsələr də anlaşa bilərlər. Bəs musiqi əslində ingiliscə öyrənmək üçün necə kömək edir?

Əsasən, ingiliscə mahnılar dinləməyi vərdişə çevirmisinizsə, ingilis dilindəki tələffüz və anlayışınız avtomatik olaraq inkişaf edəcəkdir. Bundan əlavə, ingilis dilinə daxil olan ümumi ifadələr, gündəlik danışıq dili, təsviri sözlər və məcazlar demək olar ki, yazılan hər mahnının sözləri üçün əvəzolunmazdır. Bir mahnı dinləyici ilə musiqi arasında emosional bir əlaqə yaradır və dinləyici özünü necə ifadə edəcəyini öyrənir. Həm də musiqi və ritm ingiliscə öyrənməyin ən vacib elementlərindən biri olan sözləri, ifadələri və qəlibləri yadda saxlamağa kömək edir.

İngiliscə öyrənmək istəyənlər üçün İnk academy düzgün seçimdir.

Bəs musiqi universal bir dildirsə, niyə dinlədiyimiz ingiliscə mahnıları anlamaqda çətinlik çəkirik? İngiliscə mahnılardakı dili anlamaq və izləmək çətindir. Mahnılardakı ingiliscə sözlər və cümlələr bəzən qafiyədə yazılır və ritmə uyğun olaraq qəsdən fərqli şəkildə tələffüz edilə bilir. Bu səbəbdən hər dinlədiyiniz mahnının sözlərini anlamamağınız normaldır. Beləliklə, musiqi dinləməklə ingiliscə öyrənmək istəyirsinizsə, nisbətən sadə və anlaşılan mahnılara qulaq asmaq sizin üçün daha faydalı olacaqdır.

Elə bu zaman pop musiqisi meydana daxil olur. İngiliscə pop janrında yazılmış mahnıların ortaq xüsusiyyəti cümlələrin qısa, başa düşülən və nisbətən sadə bir dildə olmasıdır. Pop musiqisinin demək olar ki, hamısı sevgi, xəyal qırıqlığı və ya yaxşı vaxt keçirmək haqqında olur və bu baxımdan sözlər də sadə və bir neçə dəfə dinlənildikdən sonra asanlıqla yadda qalan olur.

Elə buna görə də ingiliscə öyrənməyinizə kömək edəcək 5 ədəd mahnını sizə təqdim edirik:

1. “ABC” – Jackson 5

Bütün zamanların ən böyük pop musiqi sənətçisi kimi göstərilən Michael Jacksonun gəncliyində qardaşları ilə birgə olduğu “Jackson 5” qrupunun bir mahnısı olan “ABC” nin sözləri məktəb və sevgi mövzusundadır. Sadə və səlis sözləri ilə asanlıqla başa düşülən mahnı maraqlı nəqarətləri ilə də dilinizdə qalacaq.

 İNGİLİS DİLİ ÖYRƏNMƏK ÜÇÜN BLOQUMUZU BƏYƏNSƏniZ PAYLAŞMAĞI UNUTMAYIN
2. “Always On My Mind” Elvis Presley

Tarixə Rock n ‘Roll kralı olaraq daxil olan Elvis Presleyin bu unudulmaz mahnısı, musiqi dinləyərək ingiliscə öyrənmək istəyənlər üçün mükəmməldir. Sözləri sevgi mövzusunda olan mahnının adı da ingilicə bir ifadədir. “Həmişə ağlımda”, “I am always thinking about you” (“Mən həmişə səni düşünürəm”) deməkdir. Elvis Presley’nin bu əsəri ingiliscə sevgi ifadələrini və kəlamlarını öyrənmək üçün ideal bir mahnıdır.

3. “And I Love Her” The Beatles

Yadda qalan melodiyaları və çox sadə kəlimələri ilə bir çox Beatles mahnısı ingiliscə öyrənməyə kömək edəcək tərzdədir. Ən çox “ The Beatles” mahnıları kimi poetik bir dildə yazılan “And I Love Her “(“Və mən onu sevirəm”), son dərəcə sadə sözləri ilə anlaması çox asan bir mahnıdır.

4. “Beautiful Day” U2

Əvvəlki mahnılara nisbətən anlamaq daha çətin olan “Beautiful Day” (Gözəl Gün) ingilis dilinin məcazi və poetik quruluşunu öyrənmək üçün çox yaxşı bir nümunədir. Sözləri həyata müsbət baxmaq, xoşbəxt olmaq və həyatı yaşamaqdan bəhs edən mahnı ilk dinlədiyinizdə anlamasanız belə dilinizə düşür.

5. “Every Breath You Take” The Police

“Beautiful Day” dən fərqli olaraq, bu mahnı söz və dil baxımından çox sadədir və ingilis dilini dinləməklə öyrənmək istəyənlər üçün idealdır. Mahnının sevgi və birlik haqqındakı qafiyəli sözləri fonetik ingilis praktikası üçün də mükəmməldir. Mahnının sözlərində ingilis dilində gündəlik həyatda qarşılaşa biləcəyiniz və istifadə edə biləcəyiniz bir çox cümlə var. Burdan dinləyə bilərsiniz.

Yaxşı mahnılara qulaq asaraq yaxşı vaxt keçirərkən ingilis dili ilə məşğul olmaq necə hissdir, əyləncəlidir elə deyil mi? Yuxarıdakı mahnılardan başqa, xüsusilə xoşunuza gələn mahnıların sözlərini tapa və praktikanıza daxil edə bilərsiniz. Bu şəkildə ingiliscə öyrənmək sizin üçün daha da xoş olacaqdır.

İngiliscə öyrənmək istəyirsinizsə Sürətli ingilis dili öyrənmək məqaləmizi mütləq oxumalısınız.

Müəllif: Pərviz Seyidli