Bəs sizə İtaliyada magistr təhsili almaq maraqlı gəlir ? Bu bloqumuzu Azərbaycanlı tələbələrin daha çox seçdiyi və magistr təhsil aldığı İtaliyada magistratura təhsili haqqında bəzi məlumatları nəzərinizə çatdırmışıq.

İtaliyada magistr təhsili almaq istəyirsiniz ? İtaliya möhtəşəm landşaft və memarlığı ilə yanaşı təhsili ilə də məhşurdur. İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır.  Romada 5 universitet var və ən böyük Roma Sapienza Universitetində 200 minə yaxın tələbə təhsil alır.

İtaliyada magistr təhsili haqqında ümumi məlumat:

İtaliyada magistr təhsili 2 il davam edir. Baxmayaraq ki, İtaliyada peşələr üzrə  memarlıq sahəsində maraq daha çoxdur amma iqtisadiyyat,mühəndislik son zamanlar ön plana çəkilir.
Ümumiyyətlə çox ixtisas üzrə İtaliyada təhsil almaq mümkündür. Bunlara Hüquq, Tibb, Əczaçılıq və Memarlıq aid etmək olar.

İtaliyada magistr üçün ya universitetin son kursu ya da bakalavr təhsilini bitirmiş olmalısınız.

İtaliyada təhsil sistemi necədir ?

2 il davam edən magistratura pilləsində sistem Azərbaycan təhsilindən fərqlənir.

İlk üç semestrdə təhsil  çox intensiv dərs proqramı ilə keçirilir. Son semestrdə isə bir növ tezisə ayrılır. 30 bal üzərindən aparılır və bir fənndən imtahanı keçmək üçün ən az 18 bal toplamaq lazımdır.

Bir semestrdə 5 imtahan vermək haqqınız olur. İmtahanlar şifahi və yazılı. Ancaq bu size qorxutmasın. İtaliyada magistratura təhsili ərzində orta statistik araşdırmaya görə tələbələr yazılı imtahanlardan daha yaxşı nəticə göstərir.

İtaliya bizə təqaüd verəcək mi ?

Bəli, İtaliyada magistratura təhsili təqaüdlü əsaslarda aparılır. Magistr pilləsi üzrə təqaüd məbləği 10 000 € dəyərindədir. Ancaq tələbə təqaüdü hissə-hissə hər semestr üçün 2500€ olmaqla 4 dəfəyə alır.

İtaliyada iş imkanları :

İtaliyada magistratura təhsili bitdikdən sonra iş imkanları :

magistratura pilləsi bitdikdən sonra İtaliya höküməti sizə 6 ay müddətində orada iş axtarmağınız üçün müddət verir. İtaliya höküməti tələbələrin viza və sənəd məsələlərin həll etdikdən sonra siz digər Avropa ölkələrində də iş axtara bilərsiniz.

İtaliyada magistr təhsili üçün qəbul prosesi zamanı tələb olunur:

  • Universitet ortalamsı (minimum 70)

  • Dil sertifikatı: TOEFL (minimum 70-80), IELTS (minimum 5.5-6) və ya bakalavr təhsili tamamilə İngilis dilində olmalıdır.

  • Memarlar və təsviri sənət tələbələri üçün; Potfolio
    CV

  • Motivasiya məktubu

  • Bir və ya iki tövsiyə məktubu
     
ingilis-dili-kurslari

İtaliyada magistr təhsili müraciət üçün lazım olan motivasiya məktubu necə yazılır bilmək istəyirsizsə, yazımıza nəzər sala bilərsiniz.

Xaricdə magistratura təhsili almaq planınız varsa bu planınız üçün gərəkli olanları addım addım həyata keçirməyə başlayın.