korporativ ingilis dili kursu

Korporativ ingilis dili kursu

Şirkətlər korporativ ingilis dili xidmətlərini əməkdaşlarının inkişafı üçün alırlar. Əməkdaşlarının inkişafına və onların loyallığına dəyər verən şirkətlər adətən əməkdaşlarının ingilis dili öyrənməsi üçün kurslara müraciət edirlər. Korporativ ingilis dili kursu həm əyani, həm onlayn, həm də sizin ofisinizdə təşkil edilir. Kursa başlamazdan əvvəl ödənişsiz sınaq dərsi təşkil edilir. Sizə dərs deyəcək müəllim və metodika ilə tanışa ola bilirsiniz. Korporativ dərslər rəsmi müqavilə ilə təsdiq edilir və ödəniş köçürmə yolu ilə həyata keçirilir.

Əlaqə nömrəsi: 050 684 05 65

Mail: [email protected]

ingilis dili kursu

Niyə Korporativ ingilis dili?

Korporativ ingilis dili dərsləri ilə əməkdaşlar dil biliklərini inkişaf etdirməklə bu bilikləri həmin şirkətin görüləcək işləri üçün istifadə edirlər. Bununla da həm şirkət, həm də əməkdaşlar korporativ ingilis dili dərsləri vasitəsilə müsbət nöqtəyə gəlib çıxır. Belə ki, şirkət ingilis dili bilən əməkdaş işə götürəcək olardısa daha artıq əməkhaqqı verməli olacaqdı. Bu halda isə eyni əməkhaqqı ilə loyal əməkdaş qazanmış oldu. Şirkət tərəfindən bu cür addım görən əməkdaş dil bilgilərinin inkişafını əldə etdi. Bunun qarşılığında həmin əməkdaş çalışdığı şirkətlə daha uzun müddətli əməkdaşlıq etmək istəyir.