İnk Academy Tədris Mərkəzi 16 Dekabr tarixində yeni ingilis dili kampaniyasına start verir. İngilis dilini öyrənmək istəyən, lakin korona testi pozitiv çıxmış şəxslərə ümumi ingilis dili dərsləri hədiyyə edilir. Bunun üçün COVID-19 xəstələyinə tutulmuş şəxslər onlara təqdim edilmiş bu formda qeydiyyatdan keçməli, ingilis dilini öyrənmək üçün motivasiyalarının nə olduğunu qeyd etməlidirlər. Onlayn ingilis dili kampaniyasına ayrılmış yer sayı məhduddur, bu o deməkdir ki, sorğunu doldurmuş şəxslər arasında seçim ediləcək və sırf həmin həvəsli şəxslər üçün odenissiz ingilis dili dərsləri təşkil ediləcək. Dekabrın 20-sinədək qeydiyyatdan keçərək odenissiz ingilis dili dərslərində iştirak haqqı qazanmağa tələsin.

Karantin günlərində əksər təhsil mərkəzlərinin fəaliyyətini dayandırmasına baxmayaraq “ink academy” dil öyrənmək məqsədi olan hər kəsi arzusuna çatdırmağı planlayır. Kampaniyamızın əsas məqsədi də korona xəstəsi olan, lakin ingilis dilini öyrənmək planları olan şəxslərə bu barədə dəstək olmaqdır. Ödənişsiz ingilis dili dərslərimiz xüsusən korona xəstəliyindən əziyyət çəkən tələbələrimiz üçün möhtəşəm imkandır.

İnk Academy Tədris Mərkəzini təklif etdiyi ödənişsiz ingilis dili dərslərinin üstünlüyü nədədir?

  • Dərslər həftədə 3 dəfə, təcrübədən keçmiş metodlarla keçilir.
  • Onlayn keçirilən ingilis dili dərslərinə qoşulmaqla evinizdən kənara çıxmadan ingilis dilini öyrənirsiniz, müalicə dövründə yeni bir dili öyrənmək üçün isə heç bir ödəniş etmirsiniz.
  • Tələbələr intensiv danışıq dərsləri ilə qısa müddətdə böyük irəliləyiş əldə edirlər.
  • Biz ingilis dilini fərqli və üstün yanaşmalar, düzgün hədəflər seçməklə öyrədirik.
  • Kollektivimiz sizin inkişafınızı və tədris prosesinizi yaxından izləyir

İNK Academy tərəfindən təşkil edilmiş ödənişsiz ingilis dili dərsləri sizə sağalma müddətinizi daha maraqlı və faydalı keçirməyə, o cümlədən gələcəyinizə müsbət təsir göstərəcək təhsil almağa kömək edir. Qeyd edək ki, son qeydiyyat tarixi 20 Dekabr 2020-dir. Ödənişsiz ingilis dili dərslərinə qeydiyyatdan keçmək üçün bu linkə keçid edin.

İngilis dilini evdə öyrənmək istəyirsinizsə “İngilis dili öyrənmə proqramı necə hazırlanmalıdır?” bloqumuz və digər ingilis dili bloqlarımızdan yararlana bilərsiniz.

İnk Academy vasitəsilə rus dilini də evinizdən tamamilə onlayn dərslər ilə öyrənə bilərsiniz. Bunun üçün bizimlə əlaqə saxlaya, vebsayt və sosial media səhifələrimizdən ətraflı məlumat almağınızı tövsiyyə edirik.

Uğurlar!