Online dil öyrənmək

Bir çox insanların onlayn dərslərin keyfiyyəti ilə bağlı narahatlıqları var. Lakin araşdırmalar göstərir ki, onlayn dərslər ənənəvi dərslər qədər yaxşıdır, hətta ənənəvi dərslərdən daha yaxşıdır. Allen və Seaman (2006) tərəfindən aparılan araşdırmada akademiklərin 62 faizinin onlayn öyrənməklə daha yaxşı nəticələr əldə etdiyi deyilir. Şovein, Houston, Fox və Damazo (2005) araşdırmalarında distant təhsil və ənənəvi təhsil nəticələri arasında ciddi fərqlərin olmadığı vurğulanırdı.

İndi isə online dil öyrənmək hansı üstünlükləri bizə verir başlayaq oxuyaq.

1. Evdə və rahat öyrənə bilərsiniz.

Yayın istisində, qışın soyuğunda yollarda vaxt itirməmək üçün onlayn kurslar əla təklifdi. Onlayn dil kursu keçmək dil biliklərinizi artırmaq üçün daha sərfəli üsuldur. Onlayn dərs zamanı sizə bir kompüter və internet lazımdır, heç bir ağır dərslik gəzdirməyə, ya da özünüzü yormağa ehtiyac qalmır. Bütün mənbələriniz bazada saxlanılır.

Əlbəttə ki, əvvəlcə siniflərinizi ev şəraitində bir az boş hiss edə bilərsiniz, ancaq narahat olmayın, çünki yenə də dərs müddətində müəlliminiz və digər tələbələrlə qarşılıqlı ünsiyyətdə olacaqsınız.

2. Az pul xərcləməklə də dil öyrənmək olar.

Xarici dil öyrənmək istəyən birinin bunu daima təxirə salmasının əsas səbəblərindən biri də  kursların çox vaxt bahalı olmasıdır. Təhsil müəssisələrində kirayə haqqı, elektrik enerjisi və personal xərcləri kimi bir sıra vacib xərclər mövcuddur, buna görə qiymətlər müəyyənləşdirilərkən bu xərclərin bir hissəsi  ödənişlərdə əks olunur. Kursun dəyəri ilə yanaşı, gediş-gəliş üçün ödənilən nəqliyyat xərcləri və yemək xərcləri kimi xərclər də hər büdcəyə uyğun olmaya bilər. Ancaq onlayn kurslarda bu qədər əlavə xərc olmadığı üçün eyni keyfiyyətli dil təhsilini daha sərfəli qiymətə təklif edirlər. Beləliklə, siz bir ənənəvi kursa xərclədiyiniz vəsaitlə iki onlayn kursda iştirak edə bilərsiniz.

3. Eyni anda birdən çox mənbədən istifadə edə bilərsiniz

Onlayn  xarici dil kurslar mövcud texnologiya sayəsində sinif mühitindən daha təsirli mühit vəd edir. Onlayn dərslərdə iştirak etmək  daha qabaqcıl materiallarla işləməyi asanlaşdırır. Materialların azlığı, çap edilməsi ilə bağlı problemlər keçmişdə qaldı.

4 – Xarici dil bacarıqlarınızı inkişaf etdirmək imkanı
Onlayn dərslərdə danışıq, dinləmə, oxu və yazı bacarıqlarınızı tətbiq etmək və inkişaf etdirməyin bir çox yolu var.

Danışmaq

Onlayn İngilis dili kursunun köməyi ilə fiziki sinifdə olduğu kimi canlı söhbətlər edə bilərsiniz. Zoom və ya Skype kimi proqramlarda xarici dildə sinif yoldaşlarınız və müəllimlərinizlə söhbət etmək mümkündür.

WhatsApp və Facebook Messenger kimi tətbiqlərdə tanışlarınıza səsli qeydlər yaza və göndərə bilərsiniz. Bunun üstünlüyü sizə sözlərinizi dinləməyinizə, dediklərinizin doğruluğunu təhlil etməyə və danışıq dilinizdə nəyi yaxşılaşdıracağını görməyə imkan verir.

Dinləmə

YouTube kimi platformalarda video izləmək və ya TV şouları / film izləməklə dinləmə biliklərinizi inkişaf etdirə bilərsiniz. Bu saytlarda altyazı və transkriptlərdən istifadə etməyi unutmayın, çünki bunlar yeni sözlər tanımağa və anlaya bilmədiyiniz videoların hissələrini aydınlaşdırmağa kömək edə bilər. Beləliklə, dərsdən kənar vaxtlarda bunu vərdiş halına gətirdiyiniz zaman, onlayn dil kursu daha effektiv olacaq, dərs zamanı müəlliminizin və ya dostlarınızın dəstəyinə ehtiyac qalmadan dediklərini başa düşməyə başlayacaqsınız.

Oxumaq

Müəllimin gətirdiyi mənbələrdən yalnız dərs zamanı fiziki sinif şəraitində istifadə etməklə oxu bacarıqlarınızı və söz ehtiyatınızı inkişaf etdirmək asan olmaya bilər! Lakin onlayn kursun materiallarının daima əlçatan və sərhədsiz olması sizə yeni fürsətlər verəcək.

Elektron poçt və ya onlayn təlim platformaları vasitəsilə müəlliminizə inşa və ya ev tapşırıqları göndərə bilərsiniz. Doğru və yanlış fikir mübadiləsi apararaq dostlarınızla qarşılıqlı əlaqə qura və yazı bacarıqlarınızı inkişaf etdirə bilmək üçün Google Sənəd və ya Slayddan istifadə edərək layihə və təqdimatlarınızı yazaraq sinif yoldaşlarınızla əməkdaşlıq edə bilərsiniz.

Ayrıca səhvləri vurğulamaqla yanaşı mətninizin oxunuşunu və tərzini yaxşılaşdırmaqda da avtomatik imla yoxlayıcısı kimi işləyən bir brauzer əlavəsi olan Grammarly-dan istifadə edə bilərsiniz.

Unutma! Hansı dil bacarıqlarını inkişaf etdirməyinizdən asılı olmayaraq, hər şey üçün bir tətbiq var.

Onlayn dərslərin ən möhtəşəm tərəfi isə qeyd oluna bilməsidir. Bununla siz dərsi istədiyiniz zaman təkrar izləyə bilər, dərs zamanı buraxdığınız səhvləri və boşluqları görüb, rahatlıqla aradan qaldıra bilərsiniz.

Nəticə

Onlayn təhsil ənənəvi təhsildən daha təsirli və bəlkə də yaşayış şərtlərinə görə ənənəvi təhsildən daha üstün olmağa davam edir. Həm texniki, həm də təhsil baxımından yaxşı hazırlanmış bir onlayn təhsil proqramının tələbələr üçün çox məhsuldar olacağı qaçılmazdır. Onlayn dərslər hər yaşda olan insanlar üçün uyğundur. Texnoloji inkişaf ictimai həyatımızın hər sahəsində bir çox dəyişikliklər yaradır. Təbii ki, təhsil də bu dəyişikliklərdən təsirlənir. İndi tərəddüdlə yanaşdığımız onlayn təhsilin gələcəkdə həyatımızın ayrılmaz hissəsi olacağı dəqiqdir. Ən uyğun onlayn təhsil platformasını necə seçməklə bağlı məqaləmizə buradan keçid edə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkülər. Əgər ingilis dili öyrənmək planınız varsa ink academy ilə bu məqsədinizə çata bilərsiniz. Unutmayın ki, online dil öyrənmək mümkündür hətta düzgün tətbiq olunduğu zaman daha faydalıdır.