“ink academy” iş yoldaşları ” rus dili müəllimi ” axtarır!
Rus dili müəllimi vakansiyası barədə məlumat:
1. Müxtəlif yaş qruplarına mərkəz tərəfindən hazırlanmış proqram üzrə rus dilinin tədrisi;
2. Maraqlı, effektiv və interaktiv üsullara dərslərin keçirilməsi;
3. Qrup və fərdi formada dərslərin tədris olunması;
4. Tələbələrin aylıq və proqram üzrə hədəflərinə çatması üçün motivasiya və dəstək verilməsi;
Namizədə tələblər:
1. Rus dili müəllimi üzrə minimium 1 illik iş təcrübəsi;
2. Rus dili üzrə ali təhsil dərəcəsinə malik;
3. Tələbələrlə rahat ünsiyyət qura bilmək;
4. İşini həqiqətən sevmək.
Şirkət haqqında
“ink academy” keyfiyyətli təhsili qarşısına məqsəd qoymuş təhsil şirkətidir. Təhsil şirkətimiz hal-hazırda rus və ingilis dillərinin tədrisini həyata keçirir. Məqsədimiz qısa müddət ərzində qoyulan hədəflərə uğurla çatmaq və təhsil-tədris sferasında öz səsimizi duyurmaqdır.
Ətraflı məlumat: https://inkacademy.az/haqqimizda/
Əldə edəcəkləriniz:
1. Vaxtı-vaxtında verilən maaş (Bilirik bu problemlə rastlaşırsız);
2. Gənc və pozitiv komanda ilə iş imkanı. Biz hətta burada komandadan daha çox bir ailə olacayıq;
3. Rahat iş mühiti. Bütün ilham pəriləriniz bizim ofisimizdə olacaq:
4. Daha çox təcrübə qazanmaq imkanı. Siz təkcə müəllimlik sahəsi üzrə yox, həmçinin liderlik, kommunikasiya, idarəetmə bacarıqlarına yiyələnəcksiniz;
5. Networking. Bizimlə çalışdığınız müddətdə müxtəlif layihə və görüşlərdə iştirak edə biləcəksiniz. Yaradılan iş mühiti, özünüinkişaf və yeni tanışlıqlar sayəsində Siz gələcəyin “ulduz” müəllimi olacaqsınız;
6. Dərs saatlarına uyğun rahat iş rejimi.
Yuxarıda qeyd olunanlar sizin üçün uyğundursa, CV`nizi [email protected] ünvanına “Rus dili müəllimi” başlığı altında göndərə bilərsiniz.
Bizimlə İnstagram üzərindən də əlaqə saxlaya bilərsiniz.
#rusdilimmüəllimi #rus dili #vakansiya #rus dili muellimi vakansiya #muellim vakansiya #rus dili is elani #rus dili peşəkar müəllim