Rus dili öyrənmək təsəvvür etdiyiniz qədər çətin deyil. Həqiqətən özünə güvənirsinizsə və bacaracağınıza inanırsınızsa, mütləq uğur qazanacaqsınız. Rus dili oyrenmek üçün indi başlayın.

Bu məqalə özündə əhatə edir:

  • rus dilini necə öyrənmək olar
  • rus dili öyrənmək üçün proqramlar
  • rus dili oyrenmek ucun saytlar
  • Rus dili öyrənmək üsulları
  • Rus dilini öyrənməyin effektiv yolları

RUS dilini necə öyrənmək olar?

Əvvəlcə ətrafınıza söylənilən lovğalılığı unutmalısınız. “Rus dili çətin bir dildir, rus dilində danışmaq üçün vaxt lazımdır, dünyanın ən çətin dili rus dilidir”. Əvvəlcə, bu düşüncələrlə vidalaş. Bu fikirlə yola düşsəniz, heç vaxt uğurlu ola bilməzsiniz.

Öyrənməyin ən vacib qaydalarından biri davamlı öyrənmək və həmişə öyrənəcəyiniz xarici dil haqqında müsbət düşünməkdir.

Məsələn, özünüzə “niyə rus dilini öyrənmək istəyirəm” sualını verin, əgər bu suala səmimi cavab verə bilsəniz və özünüz üçün həqiqətən mənalı səbəblər tapsanız, hər şey daha asan olacaq.

İşə plan qurmaqla başlaya bilərsiniz.

Günün neçə saatını rus dilinə ayıracaqsınız?

Hər gün neçə söz öyrənməyi hədəfləyirsiniz?

Qrammatikanızı necə inkişaf  etdirəcəksiniz?

Sizə əlavə nələr kömək edə bilər?

Yuxarıda saydığım planlarla başlasanız, işiniz qismən asanlaşacaq. Aşağıdakı saytlar sizə kömək edəcək.

1.Rus dili öyrənmək üçün Saytlar:

  1. https://learnrussian.rt.com/
  2. https://mezhdunami.org/
  3. http://www.russianforeveryone.com/
  4. https://reallanguage.club/russkij-yazyk/
  5. https://uchiyaziki.ru/russkiy-jazyk
  6. http://learningrussian.net/
  7. https://m.vk.com/russianforeign

Saytlarla yanaşı dostlaşmalı olduğunuz bir neçə mobil tətbiq var. Bunlardan biri sizə yetərli olmaya bilər.Odur ki, bir neçəsini yoxlayıb sizin üçün ən uyğun olanları seçərək öyrənməyə başlaya bilərsiniz.

ink academy instagran
rus dili oyrenmek ucun proqramlar

2.Rus dili öyrənmək üçün Proqramlar:

  1. Hellotalk –2017-ci ildə Zackery Ngai tərəfindən qurulan HelloTalk, dünyanın hər yerindən olan insanlarla söhbət edərək dilləri öyrənməyə kömək edən pulsuz bir tətbiqdir. 150-dən çox dili dəstəkləyən tətbiq, həm İOS həm də Android əməliyyat sistemlərini dəstəkləyir, bu da dünyada 10 milyondan çox istifadəçiyə çatmağa imkan verir.
  2. Opentalk – Dünyanın fərqli yerlərindən insanlarla danışaraq rus dilinizi inkişaf etdirməyi hədəfləyir.
  3. Speaky – saytın məqsədi; Qarşınızdakı adama ana dilinizi öyrətdiyiniz halda, o da sizə öz dilini öyrədir.
  4. Drops – Darıxdırıcı əzbərləmə sistemindən fərqli olaraq sözləri əyləncəli bir dildə izah edən bu tətbiqetmə sizin üçün çox maraqlı olmaq məqsədi daşıyır. Adrenalin dolu oyun kimi görünən tətbiq, ‘darıxdırıcı’ sözünü ağlınızdan çıxararaq aktiv bir öyrənmə təklif edir.
  5. Duolingo – Duolingo, xarici dil tədris təcrübəsində ən yaxşılarından biri; Pulsuz, yaxşı dizayn edilmiş və əlçatan olmaqla, yeni bir dil öyrənmək istəyənlər arasında çox populyardır. Əyləncəli və asılılıq yaradan bir quruluşa sahib olan tətbiq, düzgün cavabları ilə xal qazanmağınıza, zamana qarşı mübarizə aparmağınız və növbəti səviyyəyə qalxmağınıza imkan verən dərslər təqdim edir.

Plan, tətbiq kimi əsas üsullardan  sonra sizə yardımçı olacaq digər üsullara nəzər salın:

  • Rusca cizgi filmlər izləyin, Maşa və Ayı-dan başlaya bilərsiniz.
    • Rusca youtuberlər, bloggerlər, vinerlər izləyin. Çalışın, maraq dairənizə uyğun videolar seçəsiniz.
    • Məqalələr tərcümə edin.
    • Rusca düşünün.
    • Valideynlərimizin böyük əksəriyyəti rus dilini  bilir, onlarla söhbət edin.

 Ruhdan düşməyin və tələsməyin. Daima bu dili öyrənməyin sizə faydalarını xatırlayıb, özünüzü motivasiya edin.

Rus dilini mükəmməl öyrənməklə siz digər bir neçə dili də rahatlıqla mənimsəyə bilərsiniz. Slavyan dillər ailəsinə aid olan dilləri buna misal çəkmək olar. Odur ki, elə bu gün başlayın və sizdə alınacağına inanın. Rus dili oyrenmek bəlkə də bu yolda bir başlanğıc olacaq.

Əgər rus dili öyrənmək ilə bərabər ingilis dili öyrənmək üçün proqramlar bloqumuzu oxumamısınızsa mütləq vaxt itirmədən oxuyun və faydalı proqramları telefonunuza yükləyib öyrənin.

Rus dilini bizim kurs ilə öyrənmək istəyirsinizsə rus dili dərsləri üçün qeydiyyatdan keçin

rus dili öyrənmək

#rus dili öyrənmək #rus dili öyrənmək üçün proqramlar #rus dili öyrənmək üçün saytlar #rus dili oyrenmek # rus dili oyrenmek #rus dilini oyrenmek #rusca oyrenmek #rusca oyrenmek ucun proqramlar #rus dili oyrenmek ucun proqramlar #rusca öyrənmək üçün proqramlar #rus dili kurslari