ÖDƏNİŞSİZ Tərcümə üçün ən yaxşı saytlar və proqramlar bunlardı.
Tərcümə üçün ən yaxşı saytlar ilə siz tərcümə prosesini rahatlaşdıracaqsınız. İnternet sayəsində həyatımızda görmədiyimiz bəlkə də görə bilməyəcəyimiz ölkələrdən birində yaşayan insanlarla danışa bilərik və ya araşdırdığımız mövzu ilə bağlı dilini bilmədiyimiz mənbə tapa bilərik. Bu zaman bizim tərcümə üçün ən yaxşı veb saytlar istifadəyə ehtiyacımız yaranacaqdır. Burada pulsuz və heç bir proqram yükləmədən istifadə edə biləcəyimiz tərcümə saytları işə düşür. Bu zaman ağlımıza tərcümə üçün ən yaxşı veb saytların hansı ola biləcəyi sualı gəlir.
İnternet həyatımızın mərkəzində olduğu üçün ingiliscə azərbaycanca tərcümə daha böyük gündəlik ehtiyaclarımız arasındadır. İngilis dili başda olmaq üzrə dünyanın müxtəlif ölkələrində danışılan dillər arasında asanlıqla tərcümə edə biləcəyiniz bir çox fərqli tərcümə üçün ən yaxşı veb saytlar vardır. Biz sizlər üçün araşdırdığımız ən yaxşı tərcümə saytlarını seçdik və onların müxtəlif xüsusiyyətlərini izah etməyə çalışdıq.
Google Translate
Təbii ki, onlayn tərcümə dedikdə ağıla ilk gələn saytlardan biri də Google’un tərcümə xidmətidir. “Google Translate” xidməti vasitəsilə dünyanın bir çox müxtəlif ölkə və regionlarında danışılan 103 fərqli dili, xüsusən də ingilis dilini rahatlıqla tərcümə edə bilərsiniz. Onlayn veb saytdan əlavə, Google Play və App Store’dan yükləyə biləcəyiniz mobil proqram sayəsində smart cihazlarınızda da “Google Tərcümə” xidmətindən istifadə edə bilərsiniz. “Google Translate” maksimum 5000 simvolu dəstəkləməkdədir. “Google Translate” vasitəsi ilə səsli tərcümə, vizual tərcümə və veb sayt tərcüməsi kimi bir çox fərqli funksiyadan istifadə edə bilərsiniz. “Google Translate” tərcümə üçün ən yaxşı veb saytlar içərisindədir.
Keçid üçün link: https://translate.google.ru/?hl=en&tab=TT
Yandex Translate
Rusiya tərəfindən Google’a rəqib olaraq inkişaf etdirilən Yandex uzun illərdir ki, tərcümə xidmətləri göstərir. Yandex axtarış sisteminin tərcümə xidməti olan “Yandex Translate” vasitəsilə dünyanın bir çox müxtəlif ölkə və regionlarında danışılan 95 fərqli dildən tərcümə edə bilərsiniz. Siz “Yandex Translate”ə şəkil yükləmək, sənəd əlavə etmək, veb sayt ünvanını daxil etməklə və ya özünüz yazmaqla mətni tərcümə edə bilərsiniz. Maksimum 10.000 simvolu dəstəkləyən uzun mətnlər üçün istifadə oluna bilər. Xüsusilə rus dilinə tərcümə etmək istəyənlər üçün “Yandex Tərcümə” düzgün seçim olacaqdır.
Tureng
Tərcümə dünyasında Tureng’in türk, alman, fransız və ispan dillərində, xüsusən də ingilis dilində ən yaxşı veb tərcümə variantı olduğunu söyləyə bilərik. Siz bu dillər arasında tərcümələr edə və ingilis dilli sözlərinin sinonimlərini tapa bilərsiniz. Tureng atalar sözləri və ya deyimlər kimi istədiyiniz dilin mədəniyyətinə aid sözləri tapmaq üçün istifadə edə biləcəyiniz uğurlu ən yaxşı saytlar arasındadır. Tureng mobil tətbiqi vasitəsi ilə də onlayn tərcümə xidmətindən istifadə edə bilərsiniz. Mobil tətbiqlərindən başqa, Windows və MacOS üçün də əlavə təkliflər edir. Türk firması tərəfindən istehsal olunmasının ən böyük üstünlüyü, digər alətlərə nisbətən türk dilini daha peşəkar şəkildə tərcümə etməsidir.
Microsoft Bing
Microsoft tərəfindən hazırlanmış “Bing Tərcümə” xidməti ilə siz dünyanın bir çox fərqli ölkə və regionlarında danışılan 64 fərqli dil arasında tərcümə edə bilərsiniz. Həm də yazdığınız mətnin hansı dildə olduğunu dəqiqləşdirməyə belə ehtiyacınız olmayacaq. “Bing Tərcümə” xidməti yazdığınız mətnin dilini aşkar edib və onu dərhal istədiyiniz dilə tərcümə edir. Sayt sadə interfeysi ilə seçilir. Maksimum 5000 simvolluq mətn dəstəyi ilə “Microsoft Translator” adı altında xüsusilə iş dünyasında tərcümə üçün ən yaxşı veb saytlar arasında yer ala bilir.
Cambridge Dictionary
Kembric Universitetində hazırlanmış bu lüğət aləti bütün diqqətini ingilis dilindən digər dillərə tərcüməyə yönəltmişdir. Yəni azərbaycanca – ingiliscəni tərs istiqamətdə çevirmək mümkün deyildir. Lüğət tərkibi Tureng’dən daha yığcam şəkildə idiom və ifadələr təklif edir. İngilis dilinin qrammatikası ilə bağlı böyük arxivə malikdir. Burada eyni zamanda ingiliscə sözlərin istifadəsi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Seslisözlük
Həm cümlələr, həm də sözlər əsasında tərcümə üçün ən yaxşı veb saytlar arasında Seslisözlük ən qədim tərcümə xidmətlərindən biridir. Cümlə tərcümələrində Yandex’ə görə daha çox əhatəli və dəqiq nəticələr verir. Xidmətin ən qabarıq xüsusiyyəti nəticələrdə sözlərin və ya cümlələrin yazılı şəkildə tələffüzünü göstərməsidir. Bu, xarici dil öyrənmək istəyənlərin istifadə edə biləcəyi bir vasitədir.
ImTranslator
ImTranslator müxtəlif veb tərcümə saytlarından istifadə edən, lakin özlərini rahat hiss edə bilməyən istifadəçilər üçün nəzərdə tutulmuş saytdır. ImTranslator’a yazdığınız mətn həm Google, həm Microsoft, həm də PROMT tərəfindən tərcümə olunur və siz bütün bu tərcümələri görə bilərsiniz. 100-dən çox dilə tərcümə edə bildiyiniz bu saytda tərcümələri müqayisə edərək, sizə ən uyğun olan tərcüməni seçə bilərsiniz.
Keçid üçün link: https://imtranslator.net/translation/
DeepL Translator
DeepL Translator vasitəsilə türk, ingilis, alman, fransız, ispan, portuqal, italyan, holland, polyak və rus dilləri arasında tərcümə üçün ən yaxşı veb saytlar içərisindədir. Burada da tərcümə etmək istədiyiniz mətnin dilini təyin etməyinizə gərək olmayacaq. Çünki sayt avtomatik olaraq yazdığınız mətnin və ya yüklədiyiniz sənədin dilini müəyyən edəcək və onu tez bir zamanda istədiyiniz dilə tərcümə edəcəkdir.
Babylon Online Translation
“Babylon Online Translation” ilə siz 30-dan çox fərqli dillər arasında tərcümə xidmətindən istifadə edə bilərsiniz. Digər veb tərcümə saytlarından fərqli olaraq “Babylon Online Translation”, istəsəniz sizə real tərcüməçi də təklif edir. Saytda “Human Translation” (İnsan Tərcüməsi”) düyməsini sıxmaqla tərcümə etmək istədiyiniz mətni real tərcüməçiyə çevirtdirə bilərsiniz.
Collins Dictionary Translator
“Collins Dictionary Translator” veb tərcümə saytında dünyanın bir çox müxtəlif ölkə və bölgələrində danışılan 63 fərqli dil arasında tərcümə edə biləcəyiniz bir platformadır. Həm cümlələri, həm də sözləri tərcümə edə biləcəyiniz saytda istəsəniz səsli tərcümə də edə bilərsiniz. Əlavə olaraq xarici dillər arasında tərcümə etdiyiniz sözün mənasını izah etməklə tam lüğət rolunu oynayan tərcümə üçün ən yaxşı veb saytlar siyahısına daxildir.
Sizlərə tərcümə edə biləcəyiniz tərcümə üçün ən yaxşı veb saytlar siyahısını sadaladıq. Həmçinin bu platformaları “App Store” və “Google Play” proqram mağazalarını ziyarət etməklə siz bu xidmətlərin mobil proqramlarını yükləyə və smart cihazınızda tərcümə xidmətindən istifadə edə bilərsiniz.
INK Academy haqqında daha ətraflı məlumat almaq üçün: https://inkacademy.az/haqqimizda/
Nigar İsmayılova