Uşaqlar üçün rus dili öyrənmək erkən yaşda dilin qavranılması baxımından daha effektivdir. Əlavə dil övladınızın yaşıdlarına nisbətdə həyata 1:0 öndə başlamalarına səbəb olacaq. Bu yazımızda uşaqlara rus dilini asan və rahat öyrətmək üçün 5 yoldan danışacağıq.

1.Uşaqlar üçün rus dilində cizgi filmlər.

Övladınızla birlikdə rus dilində cizgi filmlər izləyərək həm onun xəyal gücünün həm də rus dilinin inkişaf etməsinə yardım edə bilərsiniz. Cizgi filmlər qısa müddətli, rəngli və əyləncəli olub balacaların diqqətini daha çox çəkərək uşaqların dil bacarıqlarını inkişaf etdirir.
Aşağıdakı linklərdə səviyyəyə və yaşa uyğun rus dilində cizgi filmləri tapa bilərsiniz:

www.ivi.az

Detskie-multiki.ru

semia.md

rus dili kursu

2. Uşaqlar üçün rus dili öyrənmək üzrə effektiv oyunlar.

Uşaqların rus dili biliklərinin artırılması üçün ən yaxşı üsullardan biri onlarla rus dilində oyunlar oynamaqdır. Müxtəlif saytlardan əyləncəli və son dərəcə maraqlı oyunlar kəşf etməklə uşağınızın öyrənmə həvəsini artıra bilərsiniz. Apple Store və Google Play bu mövzuda sizə çox yardımçı ola bilər.

3.Uşaqlar üçün rus dilində öyrədici videolar.

İnternet(xüsusilə Youtube), usaqlar üçün rus dili oyrənmək inkişaf etdirə biləcəkləri bir başqa zəngin qaynaqdır. 0-6 yaş arası uşaqlar yazma və əzbərləmə kimi daha ənənəvi üsullara böyüklər kimi effektiv cavab verə bilməyəcəklər. Əylənərkən tətbiq etmək uşaqlar üçün rus dili öyrənməni həm daha zövqlü həm də daha məhsuldar edəcək.

Hərflər, rəqəmlər, rənglər, şəkillər, mövsümlər, meyvələr, tərəvəzlər, heyvanlar, paltarlar kimi rus dilinin əsas təməl mövzularını animasiya formatında öyrədən qısa videolar övladınızın söz ehtiyatının genişlənməsində son dərəcə effektli olacaqdır. Videodakı görünüş və rəng zənginliyi uşaqların tez sıxılmasını önləyəcək.

4.Uşaqlar üçün rus dilində mahnılar.

Uşaqlar üçün rus dilinin qulaq alışqanlığı yaratması üçün mahnılar və laylalardan faydalana bilərsiniz. Araşdırmalara görə 3 yaş öncəsi uşaqlar bir xarici dilə nə qədər çox məruz qalarlarsa gələcəkdə bu dili danışmaları da o qədər asan olur. Onlara dinlətdirdiyiniz və ya oxuduğunuz mahnılar sözləri qulaq yaddaşlarına köçürmələrinə səbəb olacaq.

5.Öyrənmədə bir neçə duyğu üzvündən istifadə etmək.

Videolar və oyunlarla bərabər rus dilində hekayə və boyama dəftərləri, qida və müxtəlif oyuncaqlar kimi uşaqların birdən artıq duyğu orqanlarını istifadə edə biləcəkləri vasitələri istifadə edə bilərsiniz. Sözləri uşaqlara birdən çox duyğu orqanını istifadə etdirərək öyrətdiyiniz halda, öyrəndikləri onlar üçün həm daha qalıcı olacaq, həm də öyrənmə müddəti qısalacaqdır. Məsələn:övladınıza alma yedirirsinizsə o əsnada ona almanın rus dilindəki qarşılığını öyrədə bilərsiniz. Əyani vəsaitlə öyrənmə məlumatın uzunmüddətli yaddaşa ötürülməsinə səbəb olacaq.

korporativ ingilis dili kursu səhifəsi

# Uşaqlar üçün rus dili # Uşaqlara rus dili # Uşaqlar üçün rus dili dərsləri # Usaqlar ucun rus dili kursu # Uşaqlara rus dili öyrənmək üçün məsləhətlər # Rus dili öyrənməyin sirrləri # usaqlar üçün rus dili öyrənmək