Xaricdə təhsil bəlkə də çoxlarımızın arzusudur. Ancaq bu mövzuda məlumatımızın az olması çox vaxt bizə müraciət edərkən mane olur.Bilməmiz gərəkən ən başlıca məlumat isə xaricdə təhsil üçün lazımi sənədlər haqqındadır.Bu sənədlər oxumaq istədiyiniz universitetin qoyduğu qaydalara və ölkəyə əsasən dəyişə bilər. Ümumilikdə isə xaricdə təhsil üçün hər kəsə lazım olacaq sənədlər aşağıda sadalananlardır. Bu məqalədə sizə bildiklərimizi və xaricdə təhsil alan tələbələrdən öyrəndiklərimizi ətraflı şəkildə izah etməyə çalışacağıq.
Xaricdə təhsil üçün ümumi sənədlər aşağıdakılardır:
- Passport və ya şəxsiyyət vəsiqəsi
- Diplom və ya Transkript.(master və PhD namizədlər üçün) Bakalavr üzrə təhsil alırsınızsa. Transkript forması hazırlatmalı və bundan başqa oxuduğunuz ixtisas üzrə heç bir akademik borcunuzun olmadığına, göstərilən tarixdə universiteti bitirəcəyinizə dair arayış ( yalnız təhsilin son ilində olan tələbələr üçün arayış) almalısınız. Universiteti bitirdiyiniz təqdirdə diplomu Xarici İşlər Nazirliyində apostil edib xarici universitetə təqdim etməlisiniz.
Transkript təhsil müddətində sizin akademik göstəricilərinizi müəyyən bal sistemi üzərindən göstərən sənəddir.(ÜOMG/GPA)
Əgər bakalavr üzrə müraciət edirsinizsə attestatın, master və PhD üçün müraciət edirsinizsə diplomun ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti xarici universitetə təqdim olunmalıdır. Eyni zamanda Transkriptin (diplom əlavəsinin) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti tələb olunan sənədlərə daxildir.
Xaricdə təhsil üçün digər sənədlər
- Dil sertifikatı (IELTS, TOEFL). Əgər xaricdə alacağınız təhsil ingilis dilində olacaqsa o zaman sizdən beynəlxalq səviyyədə tanınan dil sertfikatı tələb olunacaq. (tələb olunan minimal bal 6.5). IELTS və TOEFL bunlardan ən çox tələb olunanlarıdır.Əgər əvvəlki təhsilinizi ingiliscə bitirmisinizsə sizdən dil sertifikatı tələb olunmaya bilər.Bu müraciət edəcəyiniz universitetdən asılı olaraq dəyişə bilər.
- Digər sertifikatlar. Bunlara əsasən ixtisasla bağlı olan beynəlxalq olimpiada sertifikatları, sosial aktivliyiniz sayəsində qazandığınız sertifikatlar, yay məktəblərində, təcrübə proqramlarında iştirakınızı göstərən, həmçinin hər hansı bir iş üzrə qzandığınız müvəffəqiyyətləri əks etdirən diplom və sertifikatlar aiddir. (GRE, GMAT, SAT və s.)
- Motivasiya məktubu . Müraciət etdiyiniz universitet və ixtisası seçməkdə əsas məqsədiniz? – sualına ətraflı şəkildə cavab verməli və bu sahədə təhsil üçün yüksək motivasiyada olduğunuzu göstərməlisiniz.
- Referans məktubu –Tövsiyyə məktubu(Recommendation Letter) kimi də bilinir.Bu məktub əsasən müəllimlər tərəfindən yazılır.Müəlliminiz və ya hər hansı bir işdən tanış olduğunuz rəhbər şəxs sizin bilik və bacarıqlarınız, bu sahədə istedadlı və uyğun namizəd olduğunuz haqqında ətraflı məlumat verir.
Müraciət edəcəyiniz universitet və təqaüd proqramından asılı olaraq sizdən sağlamlıq haqqında arayış və digər başqa sənədlər də tələb oluna bilər.Bunlar əsasən Hepatit A,B,C və QİÇS haqqında sağlamlıq kağızı ola bilər.
Əgər xaricdə təhsil üçün sənədlər hazırdırsa, təqaüd axtarırsınızsa Xaricdə təhsil üçün təqaüd proqramlarını necə tapmalıyam məqaləsini oxumanızı tövsiyə edirik.