Xaricdə təqaüdlü təhsili təhsil şirkətləri olmadan da təqaüd əldə etmək olar.

Xaricdə Tehsil almaq bir çox gəncin arzusudur. Xaricdə təhsil arzusunu bir çox gənc təqaüd əldə edə bilmədiyi üçün və ya maddi səbəblərdən reallaşdıra bilmir. Bu saytlar vasitəsilə siz xaricdə təhsil almaq arzunuza çata bilərsiniz

1. https://www.scholarshipportal.com/ saytında daxil olan kimi sizin üçün ölkə seçimi gələcək. Sizə uyğun və ya arzusunda olduğunuz ölkəni seçməklə həmin ölkə tərəfindən təklif olunan xaricde tehsil proqramları ilə tanış ola bilərsiniz. Bir neçə ölkəni seçərək məlumatlara sahib ola bilərsiniz. Bu ölkələrdən sizə uyğun ölkədə təhsil üçün təqaüd tapa bilərsiniz.

2. Sıralamamızda ikinci xaricde tehsil üçün sayt https://www.scholarships.com/ saytıdır. Bu sayt daxil olaraq bütün təqaüdlərlə tanış ola bilərsiniz. İlkin olaraq qeydiyyatdan keçməlisiniz, daha sonra scholarship-search bölməsindən scholarshiplər arasında sizə uyğun olan təqaüdü axtarıb tapa bilərsiniz. Müraciət edin və xaricdə təhsil almaq üçün ödəniş etməyə ehtiyac qalmasın.

3. www.scholars4dev.com saytı vasitəsilə siz özünüzə uyğun təqaüdləri tapa bilərsiniz. Bunun üçün siz oxumaq istədiyiniz dərəcəni (bakalavr, magistr, doktorantura və s.) həmçinin ixtisası , ölkəni seçirsiniz sizin üçün ən uyğun təqaüdlərdən seçib müraciət edə bilirsiniz. Bundan əlavə bu sayt vasitəsilə siz həmçinin beynəlxalq təlimlər, layihələr haqqında da məlumatlar əldə edə bilərsiniz.

4. https://www.internationalscholarships.com/ sayta daxil olarkən siz həm sürətli axtarış hissəsi ilə qarşılaşacaqsınız. Bunun vasitəsilə siz oxuduğunuz ixtisas, yaşadığınız ölkə və doğulduğunuz ölkəni qeyd edərək tez bir zamanda uyğun təqaüd proqramlarını tapa bilərsiniz. Həmçinin əsas səhifədə biraz aşağı sürüşdürsəniz son əlavə olunan təqaüdlərlə də tanış ola biləcəksiniz.

5. www.scholarship-positions.com saytına da daxil olsanız sizin üçün uyğun olan təqaüd proqramını tapmaq çətin olmayacaqdır. Burada – Ölkəyə görə, təhsil səviyyəsinə görə və ixtisasa görə təqaüdlər bölünür. Siz isə hansı lazımdırsa onu axtarın.

ingilis dili öyrənmək üçün peşəkar müəllimlər

Xaricdə tehsil üçün bu saytlar sizə faydalı olacaq

6. www.wemakescholars.com saytı təqaüd və xaricdə təcrübə toplamaq üçün ən yaxşı saytlardan hesab olunur. Bu saytda hətta “deadline” bitmiş təqaüd proqramları haqqında da axtarış zamanı məlumatlar çıxır. Bu isə sizə növbəti il üçün xaricde tehsil almaq və həmin təqaüdə hazırlaşmaq imkanı verir. Hələ gecikməmisinizsə müraciət edin.

7. https://www.petersons.com/ sizi xaricde təhsil üçün hazırlamağa və təqaüdlər tapmağınıza yardım ola biləcək saytlardandır. Bu sayt ilə siz beynəlxalq sertifikatlara hazırlaşa və təqaüd qazanmaq üçün lazım olan meyarlara bu sayt vasitəsilə yiyələnə bilərsiniz. Təqaüdlər bu saytda daim yenilənir.

8. https://www.fastweb.com/ Əsl tələbə saytıdır. Siz bu sayt vasitəsilə təkcə təqaüd proqramları haqqında yox həmçinin iş imkanları haqqında da araşdırma edə bilərsiniz. Belə ki sayt ilə siz part time işlər haqqında məlumat əldə edə bilirsiniz. Bundan əlavə olaraq internlər haqqında da yetərincə informasiya əldə edə bilərsiniz.

9. https://www.wemakescholars.com/ Bu sayt da sizə ən son, ən populyar təqaüd proqramları haqqında məlumatları təqdim edir. Bir müddət satda gəzişsəz artıq bir xeyli scholarship haqqında məlumatlı olacaqsınız.

10. https://www.chegg.com/scholarships 25000 scholarship sizin üçün necədir? Bu sayt özündə 25 mindən artıq təqaüd proqramını birləşdirir. Düşünürəm ki 25 mindən biri sizin üçün uyğun ola bilər. Onda gecikməyin. Bu arada 25 min təqaüdün hamısına baxmağa çalışmayın, çalışın sizin üçün uyğun olanlara diqqət edib müraciət edəcəklərinizə baxasınız.

11. https://www.unigo.com/ Universitetlər, təqaüd proqramları, aylıq scholarsiplər, müraciəti asan scholarshiplər, tələbə kreditləri haqqında məlumatları əldə edə biləcəyiniz bir saytdır.

Ümid edirik bu saytlar vasitəsilə özünüzə uyğun xaricde tehsil təqaüdü tapa biləcəksiniz. Əgər tapmasanız təbii ki, şirkətlərə müraciət edə bilərsiniz. Sadəcə xaricə getməzdən əvvəl qənaət etmək təbii ki, pis seçim deyil. Sizə uğurlar arzu edirik. Ümid edirik bu yazı sizin üçün faydalı oldu.

ink academy instagran