“Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiyada dövlət təqaüd proqramı üçün qəbul prosesi başlamışdır. Proqrama sənəd qəbulu 29 yanvar 2021-ci il tarixinə qədər davam edəcəkdir.

“Kyokensei- Gənc müəllimlər üçün təlim” proqramı nədir?

“Kyokensei” müəllimlər üçün nəzərdə tutulmuş magistr təqaüd proqramıdır. Yaponiya dövlət təqaüd proqramında ibtidai və orta təhsil müəssisələrində işləyən müəllimlər iştirak edə bilərlər. Ehtiyac olarsa, namizədlər arasından seçilən müəllimlərə 6 ay müddətinə yapon dili öyrədiləcək və 1 il ərzində müəllimlər təlim proqramı çərçivəsində dərslərdə iştirak edəcəklər.

Yaponiya dövlət təqaüd proqramına müraciət edəcək olan namizədlər 2 aprel 1986-ci ildən sonra dünyaya gəlmiş olmalıdırlar. Bundan başqa namizədlər universitet və ya müəllimlik institutu bitirmiş olmalı və 5 ildən artıq müəllimlik təcrübəsinə sahib olmalıdırlar.

Yaponiyada dövlət təqaüd proqramı üçün müraciət üsulu

Proqrama müraciət etmək istəyirsinizsə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin saytında verilən ardıcıllıqla mərhələli addım-addım prosesi həyata keçirə bilərsiniz.

Bundan başqa, İctimai Səhiyyə Sahəsində Çalışan Şəxslər üçün Çində Təqaüdlü Təhsil Proqramı ilə maraqlanırsınızsa xəbərimizə nəzər yetirməyi unutmayın.