“Dilinizi bilən biri” sloqanını əsas götürən “ink academy” hal-hazırda onlayn və əyani ingilis və rus dili tədrisi ilə məşğuldur. İngilis və rus dili öyrənmək istəyən şəxslər “ink academy” vasitəsilə bu məqsədlərinə çata bilərlər.

Karantin günlərində əksər təhsil mərkəzlərinin fəaliyyətini dayandırmasına baxmayaraq “ink academy” dil öyrənmək məqsədi olan hər kəsi arzusuna çatdırmağı planlayır.

Effektiv, praktiki və bir o qədər də əyləncəli tədris sistemi vasitəsilə ətrafımızda xarici dil bilməyən şəxslərin qalmamasını təmin etməyi  “ink academy” qarşısına hədəf qoyur.

Həmçinin “ink academy” yalnız dil kursu axtaranlar üçün deyil, həmçinin dil öyrənmək istəyən hər kəs üçündür. Bloqlarımızın daimi oxucusu olmaqla özünüz öz müəlliminiz ola bilərsiniz.

“ink academy” loqotipi mürəkkəb və kitabın ümumi konsepsiyasından ilhamlanaraq hazırlanmışdır. Burada mürəkkəb simvolu bilik resurslarını, yəni, bizi əks etdirir.

Əgər “ink academy” haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bunun üçün bura daxil ola bilərsiniz.

İnk academy kimdir sualına belə cavab veririk:

Rus və İngilis dillərinin peşəkarlıqla praktiki şəkildə tədrisini həyata keçirən və ətrafımızda “dil bilməyən qalmasın”-ı təmin etməyə çalışan komandayıq

Fərqimiz:

Bizi fərqli edən yanaşma, metod, hədəflərimizin düzgün seçilməsi, sistemlilik və əyləncəni bir arada peşəkar şəkildə sintez edə bilməyimizdir.

Missiyamız :

Komanda olaraq sadəcə bir missiyamız var. Bizim xidmətlərdən yararlanan və özü dil öyrənmək istəyən şəxslərin məqsədlərinə çatmasına yardım etmək.

Xidmətlərimiz:

Biz bizə inanan və dil bilməyənlərdən olmaq istəməyən şəxslərə əyləncəli, peşəkar və fərqlilik dolu İngilis dili və Rus dili kursları xidməti təklif edirik.

Dilinizi bilən biri olaraq hər birinizin platformadan faydalandığını görmək bizi sevindirər.

Hər kəsə xeyirli-uğurlu olsun !