İngilis dilini öyrənmək üçün ən yaxşı metdolar!
Dövrümüzün ən əsas tələblərindən biri xarici bir dildə bilmək, o dildə sərsbəst şəkildə danışmağı bacarmaqdır. Xüsusilə də ingilis dili. İstər təhsil, istər iş, istərsə də xaricdə yaşamaq üçün ən birinci sizə lazım olacaq xarici dil biliyi – ingilis dilidir. İngilis dilini öyrənmək üçün ən yaxşı metod danışmaqdır.
Bəs ingilis dili danışıq öyrənmək necə mümkündür? Necə effektiv və qısa zaman ərzində öyrənə bilərik? İngilis dili oyrenmek üçün hansı metod və vəsaitlərdən istifadə etmək lazımdır? İngilis dilini öyrənmək üçün istifadə edilən metodlardan hansı daha yaxşıdır?
İngilis dilini öyrənməyə başlamadan öncə niyə bu dili öyrənmək istədiyinizi dəqiqləşdirməlisiniz. İngilis dili sizə niyə lazımdır? Siz IELTS və ya bu tipli digər bir dil sertifikatlarını əldə etmək istəyirsiniz yoxsa sadəcə ingilis dili danışıq öyrənmək bilmək sizin üçün yetərlidir? Səbəbi müəyyənləşdirdikdən sonra hansı səviyyəyədək öyrənməli olduğunuzu dəqiqləşdirmək lazımdır:
♦ Beginner level A1
♦ Elementary level A2
♦ Pre-intermediate level B1
♦ Intermediate level B2
♦ Upper-intermediate level C1
♦ Advanced level C2
İngilis dilini öyrənmək üçün, əsasən, 4 bacarıq üzərində inkişaf etmək lazımdır. Bunlar yazma, oxuma, dinləmə və danışma bacarıqlarıdır.
Elmi olaraq alimlərin açıqlamasına görə dil öyrənməyin xüsusi standart bir metodu yoxdur. Dili öyrənmə prosesi hər bir şəxs üçün fərdi və özəl olmalıdır. Təbii ki, burada ümumi olaraq hər kəsin edə biləcəyi metod və dərs vəsaitləri vardır ancaq əsas olan sizin dili sevdiyiniz hansı yolla öyrənə bilməyinizdir. Mahnı dinləməyi sevirsinizsə, mahnı dinləyərək öyrənin. Film, serial izləməyi sevirsinizsə, film və ya serial izləyərək dili öyrənin. Kitab oxumaq kimi vərdişiniz və həvəsiniz varsa, kitab oxuyuraq bunu edin. Burada əsas məsələ bu proseslərin hər birini davamlı olaraq hər gün, müəyyən etdiyiniz bir saat müddətində etməyinizdir.
Rahat və effektiv bir şəkildə ingilis dili danışıq öyrənmək yollarında ən rahat və tez bir zamanda baş verəni və ən əsası hər bir kəsə uyğun ola bilən metod olduğunu düşündüyümüz “Danışaraq danış” metodudur. Bu metod azyaşlı uşaqlardan ilhamlanararaq düzəldilib. Belə ki, azyaşlı uşaqlar heç bir qrammatika, yazı və oxuma bacarıqları olmadan bir dili qısamüddətdə öyrənə bilirlir. Həm də öyrəndikləri dildə zamanla heç bir səhv etmədən, qrammatik cəhətdən düzgün cümlələr quraraq danışırlar. Bəs bunu necə edirlər?
- Ətrafı müşahidə edir, dinləyirlər
- Səhv etməkdən qorxmadan danışırlar
İngilis dili danışıq dərslərimizə qeydiyyatdan keç və 3 aya ingilis dilində danışmağa başla.
Biz bunu danışaraq danış metodunda necə tətbiq edə bilərik?
1. ingilis dili danışıq öyrənmək üçün mühiti formalaşdırın. Ətrafınızda bu dili danışa biləcək şəxsləri əlavə edin. Həmin şəxslər ilə gün boyunca ancaq ingilis dilində danışın.
2. İngilis dilində danışılan sosial media vasitələrini istifadə edin. Buna Cambly, Tandem kimi vasitələri nümunə göstərə bilərik. Ətrafınızda öyrəndiyiniz dildə danışan insanlar olmadığı halda bunu sosial media məcralarında edə bilərsiniz.
3. İngilis dilində əzbərləməyin, danışın. İngilis dilini və ya başqa xarici bir dili öyrənərkən qrammatika, lüğət kimi vasitələri istifadə edə bilərsiniz. Ancaq bunları tətbiq etmək üçün səhv belə etsəniz danışmalısınız. Danışmadan bu dili öyrənə bilməyəcəksiniz.
4. Dinləməyi unutmayın. Danışa bilməyin yolu dinləməkdən keçir. Buna görə də, qulağınızı öyrənəcəyiniz dilə aşina etmək üçün bu dildə gündəlik olaraq mahnılar dinləməyi unutmayın. İngilis dilində səviyyələr üzrə mahnıların siyahısı:
5. Hər gün təkrarlayın. Öyrənmə metodlarınızın effektiv ola bilməsi üçün bunları hər gün müəyyən etdiyiniz vaxtlarda təkrar edin. İngilis dili bilikləri öyrənmək ilə yanaşı onları yadınızda saxlamaq və lazımi anlarda istifadə edə bilmək üçün bu proses olduqca vacibdir.
Bu 5 şərt ingilis dili danışıq öyrənmək üçün sizə kömək edəcək.
Məqaləni oxduğunuz üçün təşəkkür edirik. Bu məqaləni oxuyub ingilis dili oyrenmek qərarına gəlmisinizsə və bunu kursa getmədən etmək istəyirsinizsə İngilis dili öyrənmək üçün ödənişsiz proqramlar yazımızı oxuya bilərsiniz. Evdə yalnız öyrənməkdə çətinlik çəksəz və ya darıxsaz sizə kömək etməkdən məmnun olarıq.
Sualınız var?
Kurslar haqqında məlumat əldə etmək və ödənişsiz sınaq dərsində iştirak üçün əlaqə saxlaya bilərsiniz