Evdə rus dili öyrənmək üsullari
Rus dili günümüzdə böyük təlabat olan dillərdən biri dir həmçinin dünyada ən çox danışılan dillər sırasında beşinci yerdədir. Evdə rus dili öyrənməyi istəyənlər isə kifayət qədərdir. Əgər sizə də evdə rus dili öyrənmək məqsədini qarşınıza qoydunuzsa, bu bloq sizin üçün yararlı ola bilər.
Rus dili öyrənmək sizi qorxutmasin!
Yeni dil bilmək ilk başda sizə qorxuducu gələ bilər çünki minlərlə tanış olmayan söz,tamamilə fərqli qrammatik quruluş və düzgün danışmaq.Lakin bu sizi qorxutmasin mütəxəsislər bildirirlərki,gündəlik bir saat yeni bir dil öyrənməklə məşğul olmaq sizi maksimum dərəcədə inkişaf etdirə bilər.
Öyrəndiyiniz yeni sözləri qeyd edin!
Bütün sözlər ilk dəfədən ağlımızda qalmır.Hətta qalsa belə, zaman keçdikcə mütləq şəkildə unudulur.Bunun üçün yanınızda qeydlər aparacağınız dəftər saxlayın və yaxud telefonunuzun note bölməsindən həmçinin digər proqramlardan istifadə edə bilərsiniz.
Suallar verin!
Rus dili öyrənmə prosessində sizə maraqlı gələn bir çox suallar olacaq.Bacarin bu suallara her zaman cavab tapin.
Suallarınıza cavabları xarici dil öyrədən saytlardan və ya bu dildə danışa bilən dostlarınızdan öyrənə bilərsiniz.
Sevdiyiniz mövzular haqqında araşdırmalar edin!
Sizə maraqlı gələn mövzulari rus dilində araşdırın.Bu motivasiyanızı artıracaq.Burda rus dili öyrənməklə yanaşı sevdiyiniz mövzu haqqında yeni bir şeylər öyrənəcəksiz.
Rus dilində Hekayələr qurun!
Müxtəlif mövzuları əhatə edən şəkilləri internetdə tapıb,onları rus dilində təsvir edin və onların əsasında hekayələr qurun.Bu sizin dil biliyinizi gücləndirməyə kömək edəcək. Evdə rus dili öyrənmək üçün quracağınız kiçik hekayələr dil qabiliyyətinizi irəlilədəcəkdir.
Real həyatda insanlarla rus dilində ünsiyyətdə olun!
Dil öyrənənlərin yarıdan çoxu ‘’başa düşürəm,amma danışa bilmirəm”deyirlər. Hər hansı bir dildə danışmaq,o dildə yazılmış yazıları oxumaqdan və ya həmin dildə yazılar yazmaqdan daha faydalıdır.Bunun üçün gündəlik həyatda insanlarla rus dilində ünsiyyət qurmağa çalışın.
evdə rus dili öyrənmək barəsində Özünüzə hədəflər qoyun!
Bu dili niyə öyrənmək istədiyinizə dair səbəbləri özünüzə davamlı olaraq xatırladın.Müəyyən tarixi qarşınıza qoyun və həmin tarixə qədər özünüzü maksimum dərəcədə inkişaf etdirin.
Rus dilini Məşhurlardan öyrən!
Sevdiyiniz rus müğənni və ya aktyorlarının verdiği reportajları izləyin.İlk öncə bir dəfə izləyin daha sonra istifadə edilən söz və ifadələri qeyd edin.Onların istifadə etdikləri hekayələr,zarafatlar,idiomlar sizin öyrənməniz üçün xeyli material əldə edəcəksiz.Bunu sevərək etdiyiniz üçün həm rus dilini öyrənəcəksiz həm də sizin üçün əyləncəli olacaqdır.
Hər şeyi Rus dilində oxuyun!
İnternet sayıtları,jurnallar,gündəlik xəbərlər,kitabların arxa qapaqları vs.Bildiyiniz sözləri fərqli mətnlərdə görmək sizi sözün istifadesi ilə əlaqədar məlumatlandıracaq və sizin inkişafınız üçün köməkçi olacaq. Bunun üçün evdə etdiyiniz bu kimi faaliyyətlər əvəzolunmazdır.
evdə Rus dili öyrənmək prosesini əyləncəli şəkildə edin!
- Musiqilər dinləyin. Məsələn: Дельфин , ПТВП və s.
- Filmləri rus dilində izləyin.
- Telefonunuzu rus dilində istifadə edin.
- Gündəlik həyatda rus dilindəki frazalardan istifadə edin.
- Rus dilində yayimlanan proqramlar izləyin.
Motivasiyanızı itirməyin!
“Mən bunu bacara bilməyəcəm”və ya “heç vaxt rus dilin də danışa bilməyəcəm”deməyin.Hətta bu cümlələri deməyi özünüzə qadağa qoyun.Bu mənfilik sizin hədəflərinizə çata bilməyinizə mane olacaq.Buna görədə hər gün öz-özünüzə mən “mən rus dilini öyrənə biləcəm” və “hər gün irəlləyişlər əldə edəcəm” kimi cümlələr qurun.
Evdə rus dili öyrənmək üçün “Rus dili öyrənmək üçün pulsuz proqramlar və saytlar” bloqumuzdan da yararlana bilərsiniz.