İngilis dili kursu

İngilis dili kursları

İngilis dili kursları tələblərin ingilis dili öyrənmə məqsədi və müddətinə görə fərqli formatda təklif olunur. İngilis dili öyrənmək istəyən şəxslərin sayı çox olduğu kimi öyrənmə məqsdələri də fərqlidir. Tələbərin qısa zamanda istədikləri nəticəyə çatmasını təmin etmək məqsədi ilə fərqli metodalarla ingilis dili kursları proqramları təşkil etmişik. Ödənişsiz konsultasiyalarımızda iştirak edərək sizə hansı ingilis dili kurslarının daha uyğun olduğunu öyrənə bilərsiniz. 

“İngilis dili biliyiniz var?, İngilis dilində danışa bilirsiniz?“ Yəqin ki, bu suallardan biri nə vaxtsa, elə indi də sizə ünvanlanır. Bu suallara cavabınız “Xeyr” olubsa, bu bloqumuz sizin üçündür.
Bu bloqda ingilis dili kurslarımız haqqında ətraflı məlumat verəcəyik. İnk Academy olaraq, ingilis dili kurslarımız müxtəlif istiqamətlərdə keçirilir.

İngilis dili kursları:

General English

İngilis dili Danışıq Kursları

İntensiv İngilis dili Kursları

Biznes İngilis dili Kursları

Korporativ İngilis dili kursları

Uşaqlar üçün İngilis dili Kursları

ingilis dili kursu

General English Kursları

General English kursları ingilis dilini hərtərəfli inkişaf etdirmək istəyən, sıfırdan öyrənən, təhsil məqsədli, IELTS sertifikatı əldə etmək üçün və yaxud iş həyatında ingilis dilinin bütün bölmələrini istifadə edən şəxslər üçün nəzərdə tutulmuş proqramdır.

Ümumi ingilis dili kurslarında siz ingilis dilini (listening, reading, speaking və writing) olmaqla hərtərəfli inkişaf etdirə bilirsiniz. Proqrama həm sıfırdan, həm də hazırda olduğunuz səviyyədən qatıla bilərsiniz. İngilis dili kurslarında tələbələr səviyyələr üzrə qruplara bölünür və qrup dərslərində iştirak edən bütün tələbələr eyni dil səviyyəsində olur. General English dərsləri həm fərqi, həm də qrup formatında təşkil olunur. Siz həmçinin onlayn, əyani və öz ofisinizdə də dərslərə qatıla bilərsiniz.

Ümumi ingili dili dərsləri həftədə 2 dəfə 1.5 saat olmaqla keçirilir. Danışıq və qrammatika paralel şəkildə tədris olunur. Həftədə 1 dəfə əlavə “conversation” təşkil edilir. Ümumi ingilis dili dərslərində bir levelin bitmə müddəti isə 2-2.5 aydır. Daha ətraflı məlumat üçün General English kursları səhifəsinə keçid edə bilərsiniz.

İngilis dili Danışıq Kursları

İngilis dili Danışıq kursları ancaq ingilis dilində danışı öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Danışıq kurslarında dərsin 90 faizi danışa əsaslanır, sadəcə 10 faiz qramatik boşluqlar doldurulur. Danışıq dərslərində hər dərs bir mövzuda danışmağı öyrənirsiniz. Hər dərs keçilən mövzuya uyğun lüğət, söz birləşmələri və idiyomları öyrənirsiniz. Dərsdə danışarkən müəllim etdiyiniz səhvlərə düzəlişlər edir və lazım gəldikdə dərs sonu 10 dəqiqə zaman ayıraraq boşluq olan qramatikanızın üzərindən qısa izahlar verilir.

Danışıq dərslərimiz həftədə 4 dəfə 1 saat olmaqla keçirilir. Ay ərzində təşkil olunan dərslərdə 16 fərqli mövzuda danışmağı öyrənəcəksiniz. Ümumilikdə 1 səviyyədə danışıq 2-2.5 aya tamamlanır. İngilis dili danışıq kurslarına qəbul miumum Elementry səviyyəsindən aparılır. Həmçinin, əlavə olaraq hər həftənin şənbə günü təşkil olunan “Conversattion”da da iştirak edə bilərsiniz. Sıfırdan başlayanlar üçün Ümumi İngilis dili Kursları və yaxud İntensiv İngilis dili Kursları uyğundur.

ingilis dili kursu

İntensiv İngilis dili Kursları

İntensiv İngilis dili Kursları qısa zamanda ingilis dili öyrənmək istəyən şəxslər üçün xüsusi olaraq hazırladığımız proqramdır. İntensiv dərslər zamanı siz ingilis dilini hərtərəfli və qısa zamanda öyrə bilərsiniz. İntensiv ingilis dili kurslarında siz 40 günə bir səviyyəni tamamlayırsınız. Sizə mərkəz tərəfindən səviyyəni tamamlayacağınıza dair rəsmi zəmanət verilir.

İntensiv İngilis dili kursu ilə siz sıfırdan 3 aya normal danışıq səviyyəsinə çatırsınız. İntensiv dərslərə qəbul həm sıfırdan, həm da hazırda olduğunuz səviyyədən aparılır. İntensiv İngilis dili dərsləri həftədə 5 dəfə 1.5 saat olmaqla tədris olunur. Həmçinin, əlavə olaraq hər həftənin şənbə günü “Conversation”larda iştirak edə bilirsiniz.

Biznes İngilis dili Kursları

Biznes İngilis dili Kursları tələbələrin iş dünyasında istadə etdikləri ingilis dilini öyrənmələri üçün təşkil olunan proqramdır. Biznes İngilis dili ilə siz ofis daxilində istifadə olunan söz və idiomlara əsaslanır və sizin öz sahənizə uyğun sözlərlə ingilis dilində danışmağınızı təmin edir. Beynəlxalq əməkdaşlıqların çoxluq təşkil etdiyi dönəmdə artıq hər bir əməkdaşın biznes ingilis dilini bilməsi zəruri hala çevrilib

Biznes İngilis dili Dərslərində iştirak üçün tələbələrin ümumi ingilis dili üzrə bazalarının olması lazımdır. Biznes ingilis dili dərsləri fərdi şəkildə və ya iş yoldaşlarınızla birlikdə qrup formatında təşkil oluna bilir. Dərslərin gün və saatları sizə uyğun olaraq təyin edilir. Əlavə olaraq ödənişsiz şəkildə təşkil olunan “Conversation”-lardan yararlana bilərsiniz.

Korporativ İngilis dili Kursları

Korporativ İngilis dili Kursu əməkdaşlarının ingilis dili biliklərini artırmaq istəyən şirkətlər üçün hazırlanmış proqramdır. Korporativ kurslarla şirkətlər öz əməkdaşlarına dəyər qataraq loyallığın yüksəldilməsini təmin edir. Hazırki bazarda şirkətlərin böyük hissinə ingilis dilini bilən əməkdaşlar lazımdır. Şirkət yeni ingilis dili bilən əməkdaş qəbul etmək yerinə öz əməkdaşlarının dil biliklərini artıraraq həm daha artıq xərcdən xilas olur, həm də əməkdaşlarının yanında dəyəri artırır. 

Korporativ İngilis dili kursları şirkətin ofisində, onlayn və yaxud bizim mərkəzimizdə təşkil olunur. Dərslərin müddəti, saatı və günü şirkətin istəklərinə uyğun olaraq müəyyən edilir. Dərslər həm fərdi, həmçinin də eyni dil səviyyəsində olan əməkdaşlardan ibarət qruplarla təşkil olunur.

ingilis dili kursu

Uşaqlar üçün İngilis dili Kursları

Uşaqlar üçün İngilis dili kursları onların maraq dairəsi və yaşlarına uyğun olaraq hazırlanan proqramlarla tədris olunur. Uşaqlar öz yaşlarına uyğun və eyni səviyyədə olan tələbələrlə dərslərdə iştirak edir. Dərslərdə istifadə olunan vəsaitlər həm uşaqların dil dil biliklərinə, həm də maraq dairəsini uyğun olaraq seçilmişdir. Uşaqlar üçün ingilis dili dərsləri  həftədə 3 dəfə 1 saat olmaqla tədris olunur. İngilis dili dərslərində uşaqların tapşırıqları yerinə yetirməsi, davamiyyət və inkişaf sürəti daimi olaraq valideynlərlə bölüşülür.

 

Son yazılar

Sualınız var?

Kurslar haqqında məlumat əldə etmək və ödənişsiz sınaq dərsində iştirak üçün əlaqə saxlaya bilərsiniz

(+994 50) 684 05 65