Ətrafınızdakı insanlara ingilis dili öyrənmək istədiyinizi dediyiniz zaman sizə dil öyrənmək üçün çoxlu məsləhət verəcəklərini görəcəksiniz. İngilis dili öyrənməyin yolları, qaydaları, hansı metodla daha sürətli öyrənmək olar, hansı mənbələrdən yararlanmaq lazımdır və s. Bugün sizlər üçün bu yazımda hər kəsdən eşitməyəcəyiniz lakin dil öyrənərkən bilməli olduğunuz 5 məqam haqqında danışacam.

İngilis dilinin çətin olduğunu deyən insanları görməzdən gəlin!

Düşünürəm ki, hər birimizin ətrafında fikirləri ilə bizi demotivasiya edən insanlar yetərincə var. Bu kimi insanların bizə zaman-zaman dil öyrənməyin çətin bir iş olduğunu dediklərini eşidirik. Lakin siz siz olun bu kimi insanları diqqətə almayın. Yeni bir şeylər öyrənmək hər zaman asan olmur ancaq günümüzdə dil öyrənmək belə deyil. Artıq ətrafımızdakı  insanların çoxu ikinci və ya üçüncü dil kimi ingilis dillini rahatlıqla öyrənə bilirlər.

Özünüzün birinci günü ilə digərlərinin qırxıncı gününü müqayisə etməyin!

Bir çox mövzuda özümüzü başqaları ilə müqayisə etməyə həvəsliyik. Lakin bunu edərkən özümüzə tez-tez haqsızlıq etmiş oluruq. Ətrafınızda ingilis dilini öz ana dili kimi danışan insanlar ola bilər amma unutmayın ki, onların heç biri bunu  qısa bir vaxtda etməyiblər. Xarici dili tam şəkildə öyrənmək biraz vaxt və məqsədli olmağı tələb edir. Əgər bu ikisi sizdə varsa istədiyiniz dili öyrənə bilərsiniz.

Səhv etməkdən çəkinməyin!

Etdiyiniz səhvlər əgər üzərində yetərincə düşünür və dərs çıxarmağı bacarırsınızsa o zaman sizə qazanc olaraq geri dönür. Bu, həyatda belə olduğu kimi dil öyrənərkəndə belədir. Dil öyrənməyə başladığinız zaman çoxlu səhvlər edəcəksiniz amma unutmayın ki, öyrəndiyiniz çox şeyi də məhz bu səhvlər sayəsində öyrənmiş olacaqsınız. 

Ingilis dilini həyatınızın bir parçasına çevirin!

İngilis dili öyrənməyin yolları müxtəlifdir. İngilis dili öyrənməyin yollarından biri də dili gündəlik yaşantınıza inteqrasiya edə bilməkdir. Buna telefon dilini, oynadığınız oyunun dilini və ya izlədiyiniz videoların dilini ingilis dilinə çevirərək başlaya bilərsiniz. Həmçinin ingilis dilində sadə dillə yazılmış kitablar oxumaq, filmlər izləmək və musiqi dinləmək sizin dili tez bir zamanda öyrənmənizə köməklik edəcək.

Qorxusuzca danışın!

İnsanların dediyi  və sizə ruh düşkünlüyü yaradan sözlərə qulağınızı tıxadız, özünüzü başqalarının uzun vaxt sonra əldə etdiyi uğurlarla müqayisə etməyi sonlandırdız,  səhv etməkdən çəkinmədən, dil öyrənməyə məqsədli şəkildə davam etdiniz, ingilis dilini əlinizdən gəldiyi qədər həyatınızın bir parçasına çevirdinizsə təbriklər son bir addımınız qaldı. Qorxusuzca danışmaq! Hazırda bu məqaləni oxuyan insanların yəqinki heç birinin ana dili ingiliscə deyil. Məhz bu səbəbdən yeni dil öyrənərkən onu danışmağa qorxuruq. Hər zaman səhv etməkdən, sözləri düzgün tələffüz etməməkdən, qrammatik yanlışlara yol verməkdən və s. Lakin unutmayın ki, siz bu dili yeni öyrənirsiniz və bu səbəbdən edilən bütün səhvlər çox normaldır. 

Qorxusuzca danışmaq sadəcə bir hərəkət deyil həmçinin dil öyrənməyin ən effektiv metodlarından da biridir. Qısaca sizə bu metodun ən yaxşı nümunəsi olan Scott ve Vatt haqqında danışmaq istəyirəm.

Ana dilləri ingilis dili olan bu dostlar sözü gedən metodu sınağdan keçirməkdən ötrü birbaşa İspaniyaya yollanırlar. İspan dili haqqında heç bir anlayışı olmayan 2 dost orada sadəcə ispan dilində danışmağa çalışır və heç bir şəkildə ingilis dilini istifadə etmirlər. İlk həftə təbiki uğursuzluqlarla keçir lakin 12-ci heftədə artıq irəliləmə var. Daha sonra portuqalca öyrənmək üçün Brazilyaya yollanırlar. İlk günlər eşitdikləri sözləri belə deməkdə  çətinlik çəkən dostlar, artıq 12-ci həftədə demək olar ki axıcı bir şəkildə portuqal dilində danışa bilirlər. Əslində illərlə bir ölkədə yaşayıb o ölkənin dilini tam şəkildə öyrənə bilməyən də milyonlarla insan var. Bəs Scott və Vatt bunu necə bacardılar? İşin sirri Scott və Vatt özlərini dil öyrənməyə fokuslamış və bunu  qorxmadan, no-English qaydası ilə bacarmışdılar.

İngilis dili öyrənmək sizin məqsədiniz olmalıdır.

Dil öyrənərkən bilməli olduğunuz 5 məqam bunlar idi. Gördüyünüz kimi cəsarətli olmaq, addımlarınızı qorxmadan, özünə inamlı şəkildə atmaq həyatınızın digər məqamlarında olduğu kimi dil öyrənərkəndə sizə kömək olacaq. Elə isə indi oxuduğunuz 5 məqamı tətbiq etməyə qorxmadan, çəkinmədən bugündən başlayın!

İngiliscə öyrənməyin digər metodları üçün ingiliscə öyrənməyin 3 asan yolu blogumuza keçid edə bilərsiniz.

Daha faydalı və ətraflı məlumat üçün bizi instagramdan izləməyi unutmayın 🙂

ink academy instagram

Aytac Abbasova