ingilis dili öyrənmək metodları

İngiliscə öyrənmək üçün 3 asan yol

İngiliscə öyrənmək sizə də çətin gəlir? Asan şəkildə ingiliscə öyrənmək üçün yollar axtarırsız? Əgər siz də aylardır öyrənməyə çalışıb,yenə də bacarmamızsızsa, sizə xoş xəbərim var, düzgün yerdəsiz. Bu bloqda asan şəkildə ingiliscə öyrənmək üçün 3 əsas yoldan bəhs edəcəyik. Bu metodları böyük ehtimalla siz də eşitmisiniz, bəlkə də tətbiq də eləmisiz. Ancaq, əsas önəmli olan bu metodları düzgün dəyərləndirməkdir. Bloqumuzda sizə bu metodları effektiv tətbiq etməyin yollarınını göstərəcəyik.

1. “Əhatələmə” Metodu (Immersion Method)

İlk metodumuz olan “Əhatələmə” metodunun əsas məntiqi ətrafında olan hər şeyi İngilis dilinə çevirməkdir.Elm adamlarının dediyinə görə bu metod tək ingilis dili öyrənməyə yardım etməklə qalmır,həmçinin də ana dili ingilis dili olan biri kimi düşünməyə yardım edir.Əhatələmək metodu beynin düşüncə tərzini dəyişdirir.Həmçinin,bu metod gündəlik daha çox İngilis dilinə məruz qalmağınıza səbəb olacaq ki,bu da “native” səviyyədə ingilis dili öyrənməyinizə birbaşa təsir edəcək.

“‘Əhatələmək metodunun necə işə yarayacağını düşünürsüzsə,körpələrin necə dil öyrəndiyinə diqqət yetirin.Körpələr heç bir ifadəsinin nə məna verdiyini anlamadıqları bir dili eşidərək öyrənməyə başlayırlar.Yavaş-yavaş sözləri dinləyərək,insanları izləyərək bəzi sözləri öyrənirlər.Sonrakı mərhələdə isə bu sözlərin birlikdə necə işləndiyini öyrənərək addım-addım inkişaf edirlər.”Əhatələmək” metodu tam olaraq bu sistemlə işləyir.

ingilis dili kursu

Bu metodu necə istifadə edək?

-İlk olaraq telefon,sosial media və bütün proqramların dilini ingiliscəyə çevirin.

-Real və ya online aktiv şəkildə ingiliscə danışan qruplara qoşulun.

-İngiliscə filmləri,proqramları izləyin.

-İngilis dilində xəbər paylaşan BBC,CNN kimi kanalları mütəmadi olaraq izləyin.

-İngilis dilində yazılmış sadə məqalələri oxuyun.

 

2. “Sinif otağı” Metodu (The Classroom Method)

Adından da göründüyü kimi bu metod bir çoxlarımızın orta məktəbdə öyrəndiyi metodla eynidir.Yəni,ilk olaraq ingilis dilində olan bəzi təməl qaydaları,sözlərin düzgün tələffüz qaydaları və gündəlik istifadə olunan sözlər öyrənilir.Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,bir dilim öyrənməyin ən yaxşı yolu əvvəlcə təməl qaydaları öyrənməkdən keçir.

Bu metodla öyrənməyə başlarkən,ən sadə “I walked school”,”I love my mother” kimi sadə cümlələr qurmalı,daha sonra zamanla digər qaydaları da öyrənərək daha mürəkkəb məsələn:”I walked to school with my mother” kimi cümlələr qurulmalıdır.Bu proses təbii olaraq bir az vaxtını alacaq.Buna görə bir az səbrli vəiradəli şəkildə öyrənməyə davam etmək lazımdır.

Bu metodu necə istifadə edək?

-İngilis dili tədris edən kurslardan birinə yazılın.

-Kursa yazılmaq istəmirsinizsə,fərdi dərslər keçən tutor yanına gedə bilərsiniz.

-Daxilində ingilis dilində tapşırıqlar olan kitabçalardan istifadə edin.

-Online qaynaqlardan test və quizlərə baxın.

ingilis dili kursu

3. “İkili” Metod (Dual Metod)

Bu metod yuxarıdakı “Əhatələmə” və “Sinif otağı” metodlarının birləşməsindən yaranan metoddur.Bu metodla ingilis dili öyrənməyə başlayanlar ilk olaraq “Sinif otağı” metoduyla başlamalı,növbəti mərhələdə isə “Əhatələmə” metoduyla davam etməlidirlər.Yəni ilk olaraq İngilis dilinin təməl qaydalarını öyrənməli,daha sonra isə addım-addım lüğətə yeni sözlər əlavə edərək bu sistem davam etdirilməlidir.