ingilis dili öyrenmek ucun kitablar

İngilis dili öyrənmək üçün kitablar və hər birinin tərkibi, üstünlükləri ilə birlikdə tanış ola bilərsiniz. İnk Academy ilə dil bilməyən qalmayacaq!

Essential Grammar In Use – Raymond Murphy

İngilis dili öyrənmək istəyənlər üçün ən önəmli kitablardan biri olan Essential Grammar in Use, qrammatika mövzusunda son dərəcə faydalı mənbələrdən biridir. İngilis dil öyrənməyə yeni başlamış şəxslər, ingilis dilini inkişaf etdirmək istəyənlər və ingilis dilində hansısa mövzunu təkrar etmək istəyən şəxslər üçün ideal seçimlərdən biridir. “Cambridge Press” tərəfindən nəşr olunan “elementary learners” üçün bu kitab ilə İngilis dili qrammatika biliklərinizi inkişaf etdirə və testlər edə bilərsiniz. Kitabın müəllifi Raymond Murphy-dir . O, qrammatika öğrenmeye aid lazım olanları çox yaxşı bilən bir akadademik və müəllifdi.

Raymond Murph tərəfindən yazılan “Essential Grammar in Use” ingilis dili kitabında ingilis dili qrammatika mövzularının detallı izahı və mövzularla bağlı araşdırmalar yer alır. Bu kitab həm də, ingilis dili öyrənənlər üçün məktəblərdə də tövsiyyə edilir. Bu kitabda siz Nəzəri öyrənmə və praktika etmək məqsədinizə çata bilərsiniz. Mövzular başlıqlara bölünüb və bilinməsi lazım olan bütün vacib məlumatlar izah edilir. Mövzu sonlarında çalışmalar var və bu çalışmaların cavabları kitabın sonunda yerləşdirilib.

    • Kitabın yazıldığı dil – ingilis dili
    • Müəllif: Raymond Murph

 

New English File

“New English File” əsasən gənclər üçün hazırlanmış ingilis dili kitabları seriyasıdır. “New English File”-ın bütün dil səviyyələri üçün uyğun vəsaitləri mövcuddur. 0-dan başlayaraq bu kitabla sistemli şəkildə ingilis dili öyrənmək mümkündür.  Kitabda ingilis dilinin bütün bölmələrinə yer ayrılmış və hər biri üzrə geniş materiallar mövcuddur. Vəsaitdən faydalanaraq danışıq, dinləmə, yazı və oxuma bacarıqlarınızı səviyyələr üzrə inkişaf etdirə bilərsiniz. Kitabın praktika üçün iş dəftəri, video və audio bölmələri də mövcuddur ki, bu sizin hərtərəfli öyrənməyinizi təmin edir.

ingilis dili kursu

Oxford Picture Dictionary

Sözləri şəkillər vasitəsilə öyrənmək üçün ideal vəsaitdir. Kitabda sözlər şəkillləri və açıqlamaları ilə birlikdə yerləşdirilmişdir. Bu isə sözləri göz yaddaşı ilə yadda saxlamağa kömək edir. Bu xüsusiyyətinə görə ingilis dili öyrənmək istəyən şəxslərin sevimli kitabları arasındadır

 

“Fluent English: Perfect Natural Speech, Sharpen Your Grammar, Master Idioms, Speak Fluently” by Barbara Raifsnider

Bu kitab ingilis dilini daha təbii, səlis şəkildə danışmaq istəyəm tələbələr üçündür. Kitab daxilində idiomlar, frazalar yer alıb.

 

Practical English Usage” by Michael Swan

İngilis dilinin qramatikasını daha detallı öyrənmək üçün uyğundur. Kitabdan daha çox ingilis dilinin qarışdırılan qaydaları və istisnaları üçün faydalana bilərsiniz.

 

Cambridge IELTS series

IELTS imtahanına hazırlaşan tələbələrin ən çox istifadə etdiyi vəsaitdir. Kitabda imtahan strukturana uyğun olaraq çalışma və tapşırıqlar yer alıb

 

Son yazılar

Sualınız var?

Kurslar haqqında məlumat əldə etmək və ödənişsiz sınaq dərsində iştirak üçün əlaqə saxlaya bilərsiniz

(+994 50) 684 05 65