ingilis dili öyrənmək üçün seriallar – ƏN YENİ 5 SİTCOM SERİAL

Hazırda ingilis dili öyrənmək üçün seriallar izləmək, ən yaxşı metod hesab edilir.

Sizə də İngilis dilini qramatika kitablarından öyrənmək sıxıcıdır?

İngilis dili öyrənmək üçün verilən eyni tipli çalışmalardan bezmisiniz?

Çətin bir iş günündən sonra evə yorğun gəlib, sıxıcı, çox zaman da heç bir işə yaramayan ev tapşırıqlarını etmək yəqin ki istəyəcəyiniz ən son şeydir, elə deyil mi?

Günün sonunda insan üçün televizor qarşısında uzanıb istirahət etməkdən rahatlıdıcı nə ola bilər ki? (təbii ki, içki partisinə dəvətli deyilsəniz 😉 )

Yenə şanslısınız, İnk academy olaraq sizə əla bir xəbərimiz var! Ingilis dili oyrenmek ucun seriallar başlığı altında sizin üçün ən maralı və əyləncəli amerikan sitcomlarını toplamışıq.

Ingilis dilinde seriallar sizə söz bazanızı genişləndirməkdə, tələffüzünüzü inkişaf elətdirməkdə, amerikan mədəniyyətini öyrənməkdə və ən əsası da İngilis dilində axıcı danışmaqda çox kömək edəcək.

Bəs niyə məhz modern amerikan SİTCOMLARI ingilis dili öyrənmək üçün ideal seçimdir?

Sitcomları həyatınızın bir parçası etməyiniz üçün sizə 9 səbəb:

  1. Sitcom seriallarda daha realistik və məişət dilinə yaxın ingilis dilindən istifadə olunur. Bu danışığı kitablarda tapmaq çətindir, hətta mümkün deyil. Ingilis dilinde seriallar sizə gündəlik istifadə olan sözləri öyrədir.
  2. Söhbət etmə bacarığınızı inkişaf etdirəcəksiniz. Sitcomlar əsasən dialoqlardan ibarət olduğu üçün hər bölümündə onlarla dialoq eşitmiş olacaqsınız.
  3. Listening bacarıqlarınız hiss olunacaq səviyyədə inkişaf edəcək. Amerikan ingiliscəsində onlarla aksent mövcuddur. Sitcomlarda çəkildiyi yerdən asılı olaraq, aktyorlar o aksentlə danışırlar. Bir neçə sitcom izlədikdən sonra siz rahatlıqla hansı sitcomun Kaliforniya, hansının New-yorkda çəkildiyini aktyorların aksentindən başa düşəcəksiniz.
  4. Ingilis dilinde seriallar izlədikcə, Amerikan mədəniyyəti ilə tanış olacaqsınız. Bu isə öz növbəsində sizdə həm dilə, həm ölkəyə qarşı sevgi və yaxınlıq hissi yaradacaqdır. Unutmayın dili sevmək öyrənməyinizdə çox böyük motivasiya olacaqdır.
  5. Yeni bir yumor hissi qazanacaqsınız. Türk seriallarından fərqli seriallara baxmaq sizin yumor hissinizdə də inkişaf yaradacaqdır.
  6. Sitcomlar əsasən beş – on nəfərlik aktyor heyəti ilə çəkilir və serial əsas fiqurların gündəlik həyatlarında baş verən gülməli hadisələr əsasında davam edir. Buna görə də senarinin asan olması sizi yormayacaq və dilə, danışığa fokuslanmağa kömək edəcəkdir.
  7. Sitcomlarda eyni sözlər, ifadələr, hətta zarafatlar tez-tez təkrarlandığı üçün bir sözü iki – üç dəfə eşitmək sizə bu sözü öyrənməkdə çox kömək edəcəkdir.
  8. Sitcomlarda növbəti səhnədə nə baş verəcəyini təxmin etmək asandır. Buna görə də, hətta bilmədiyiniz bir söz belə olsa serialın ümumi axışını başa düşmək sizin üçün asan olacaqdır.
  9. Əgər sitcomu çox bəyənərək izləməyə başlasanız, davamında serial sizin gündəlik həyatınızın bir parçası olacaqdır ki, bu da igilis dili öyrənmək üçün ideal metoddur. İNGİLİSCƏ ÖYRƏNMƏYİN 3 ASAN YOLU

            Sizin üçün araşdırıb, Amerikan mədəniyyətini özündə bol-bol göstərən, demək olar ki, dünya üzərində çox popular olan və hərkəs tərəfindən sevilən ən əsası da ingilis dilini xarici dil kimi öyrənənlərin ingilis dili oyrenmek ucun seriallar kimi tanıdığı sitcomları bir araya gətirmişik.

THE MODERN FAMİLY

Sofía Vergara, Julie Bowen, Sarah Hyland, Ariel Winter. Modern family cast. Modern aile seriali

            Serial, Jay Pritchett adlı orta-yaşlı bir kişi və onun qızı Claire, oğlu Mitchell-in ailələrinin gündəlik həyatınan bəhs edir. Pritchett-lərin hərəsiniz öz ailəsi var. Jay Gloria adlı Kolumbiyalı qadınla ikinci ailə həyatı qurub, Claire Phil adlı həyat yoldaşı ilə 3 uşaqlı bir ailəyə sahibdir. Mitchell isə həyat yoldaşı Cameron ilə birlikdə Asiadan övladlığa götürdükləri qızları ilə xoşbəxt yaşayırlar.

            Sitcom müxtəlif obrazlarla dolu olduğu üçün müxtəlif növ gündəlik ingilis dili sözlərini eşitmək mümkündür. Çox səsli küylü ailə olduqlar üçün, hər bölüm fərqli amma bir birindən uzaq olmayan mövzular əsasında çəkilib. Gülüş və sevgi dolu bir serial sizi gözləyir.

The Big Bang Theory

Kaley Cuoco, Jim Parsons, Mayim Bialik, Melissa Rauch. The big bang TV show cast.

            Hələ də The Big Bang Theory-ni izləməmisinizsə elə bloqu burada bağlayıb, başlayın baxmağa. “The Big Bang Theory” bəlkə də TV tarixində ən çox baxılan serialdır. Hətta aktyor heyətinin bölüm başına bir milyon dollar aldıqları deyilirdi. Serial bir qrup gənc işlərində və akademik həyatlarında uğurlu lakin, sosiallaşmaqda çətinlik yaşayan alimlərin həyatından bəhs edir. Bu alimlər eşitdiyimiz alimlərdən fərqli olaraq, online oyunlar oynayırlar, komikslər oxuyurlar hətta Marvel fanatıdırlar.

            Serialda çoxlu sayda terminlər və akademik sözlər istifadə olunur. Bu serialı daha çox İELTS -ə hazırlaşanlara məsləhət görərdik, amma mütləq izlənilməsi lazım olan seriallardan biridir. Ingilis dilinde seriallar arasında bəlkə də ən qəliz cümlə quruluşları istifadə edilən serialdır.

How I Met Your Mother

Neil Patrick Harris, Cobie Smulders, Alyson Hannigan, Josh Radnor, Jason Segel. How I met your mother cast.

            Serial çox maraqlı və gülməlidir. 2030cu ildə artıq iki uşağı olan Ted uşaqlarına anaları ilə necə tanış olduqlarının hekayəsini danışır. Düzdür bu hekayə 9 sezon davam edir, amma hər saniyəsindən həzz ala biləcəyiniz bir 9 sezon sizi gözləyir.

            Ted-in hekayəsi 2005-ci ildə 27 yaşı olanda başlayır. Ən yaxın dostunun nişanlanlanmasından sonra, Ted də artıq stabil bir münasibət istədiyini başa düşür və ruh əkizini axtarmağa başlayır. Ted-in digər dostu Barney isə Ted-in stabil münasibətinin olmasını istəmir. Çünki Ted də evlənərsə, Barneyin ətrafında gecələri onunla barlara gedib, qızlarla tanış olmağa heçkəs qalmayacaq.

            Serialda əfsanəyə çevrilmiş ifadələr onlarladır. Yüksək yumora sahib senari sizi sıxılmağa qoymayacaq. Amerikanlıların dating və romantika anlayışlarını başa düşmənizdə və mədəniyyətlərini yaxından tanımağınıza çox kömək edəcək. “high five,” “legendary” və “awesome” ifadələrinin dəfələrlə işləndiyinə şahid olacaqsınız. Bu səbəblər sitcomu ingilis dili oyrenmek ucun seriallar arasında populyarlaşdırır.

 Ugly Betty

Ugly betty cast. İngilis dili oyrenmek ucun Ugly betty sitcom

            Əsas obrazı, New York-da yaşayan amma əslən latino olan sakit, mehriban Betty Suarez-dır. Betty şirin biridir, lakin o yaxşı sosial münasibətlər qura bilmir. Bundan əlavə, onun öz-güvən əksikliyi var və dəbdən heçnə anlamır. Betty “MODE” jurnalında çalışmağa başladıqdan sonra həyatında hər şey dəyişməyə başlayır.

            “MODE” Jurnalının rəhbəri Bradford Meade imkanlı biridir və Bettyi şirkətə baş redaktor kimi işə alır. Ancaq Bettyin işi sadəcə bundan ibarət deyil o həmçinin Bradfordun oğlu olan Daniel nə etdiyinə nəzarət etməli və başını bəlaya soxmamasından əmin olmalıdır. Başlarda Betty ilə Daniel yola getməsə də sonradan münasibətləri düzəlir.

            Serialda əsasən Betty və onun ailəsi göz önündədir. Ailə latino olduğu üçün, ana dilləri ingilis dili deyil. Bu səbəbdən aşağı səviyyə ingilis dili sözlərindən serialda bol-bol istifadə edilir. Modaya, dəbə marağınız varsa, bu sahələr üzrə də çoxlu sözlər öyrənmiş olacaqsınız.

FRIENDS

Friends cast. İngilis dili oyrenmek ucun friends seriali

            Friends serialını yəqin ki eşitməyən yoxdur. Hamımızın ən azı bir nəfər “FRIENDS” fanatı olan dostu var. Rahatlıqla deyərdim ki, dünyadakı ən məşhur sitcomdur. Serial 1995 – 2005-ci illər arasında efirdə olub. Buna baxmayaraq hələ də sevilərək izlənilir. Serial əsasən ingilis dilini öyrənənlər tərəfindən çox sevilir. Çünki çox sadə və gündəlik dildə yazılmış senari, serialı rahatlıqla başa düşməyə kömək edir.

            Sitcom New York-un Manhattan əyalətində yaşayan 6 nəfər dostun gündəlik həyatından bəhs edir. Komediya janrında olan serial, həqiqi dostluq necə olmalıdır? Sualına da sezonlar boyunca cavab verir. Baş qəhrəmanlarımızın adları Ross, Rachel, Monica, Phoebe, Chandler və Joeydir.

            Rachel imkanlı ailədən olan, məktəb vaxtə hamı tərəfindən tanınan o məşhur qız idi. Monica isə onun ən yaxın dostu, indi aşbaz və kontrol dəlisi biridir. Ross Monicanın böyük qardaşıdır və uşaqlıqdan bəri Racheli sevir amma heç vaxt cəsarətini toplaıb, ona deyə bilməyib. Ross paleontoloqdur.( nə olduğunu bilmirsiniz? Narahat olmayın, heç dostları da onun işini başa düşmürlər). Chandler universitet illərində Ross ilə otaq yoldaşı olub. Ross evləndikdən sonra, Joey Chandlerin yeni otaq yoldaşı olub və indi isə ən yaxın dostudur. Joey aktyor olmağa çalışır amma hər dəfə seçimlərdə uğursuzluq yaşayır. Onun məşhur “How you doing?” replikası isə artıq dillər əzbəridir.

            Friends sitcomunda zarafatlar çox aydındır. Zarafatları başa düşməyiniz üçün dərin ingilis dili bilməyinizə ehtiyyac yoxdur. Bu səbəbdən də Friends serialı ingilis dili oyrenmek ucun seriallar arasında ən idealıdır. Özünüzə uyğun olan serialı tapa bilsəniz, İngilis dilini öyrənmək sizin üçün çox asan olacaq.

# ingilis dilində öyrənmək üçün seriallar #ingilis dili oyrenmek ucun seriallar

ən yaxşı ingilis dili kursu