ingilis dilini öyrənməyin ən yaxşı yollarından birini unudursunuz: İngilis dilində danışıq praktikası etməyi.

Bu saytlar sizə ingilis dilində danışıq praktikası etmək, sizə daha səlis danışmağa, daha inamlı hiss etməyə, öyrəndiyiniz lüğət və qrammatik qaydaları tətbiq etmək təcrübəsi qazandırmağa kömək edəcəkdir. İngiliscə danışıq praktikası, öyrənmə prosesinizdə vacib bir addımdır!

Amma ingiliscə praktika edə biləcəyiniz heç kimsə yoxdursa, sizə ingilis dilində danışmağı öyrənməyə kömək edə biləcək minlərlə insan var və onların hamısını burada yəni, internetdə tapa bilərsiniz. Harada yaşamağınızdan asılı olmayaraq, özünüzə tərəfdaş tapa biləcəyiniz mükəmməl internet saytları var. Budur onların siyahısı!

Ödənişsiz Saytlar

1. Fluent in 3 Months Formu

 Qiymət: Pulsuzdur.

Azərbaycanca “3 ayda səlis danış” mənasını verən bu  prqoram yeni dil öyrənən insanlar üçün məsləhətlər və faydalı məzmunları olan vebsaytdır. Saytın ən yaxşı tərəfi onun topluluqdan ibarət olmasıdır. Siz bu forumu ziyarət edərək rahatlıqla sizin kimi ingilis dilini öyrənən,  söhbət tərəfdaşları axtaran çoxlu insanlar tapa və ingilis dilində danışıq praktikası edə biləcəksiniz.

2. Go Speaky

Qiymət: Pulsuz.

Səsli və ya video söhbətlər üçün xüsusi proqramı yükləmək istəmirsinizsə, Go Speaky’dən qeydiyyatdan keçə bilərsiniz. Bu vebsaytda daxili video söhbət funksiyası var və siz internet brauzerinizi bağlamadan birbaşa saytda danışıq praktikası üçün insanları tapa bilərsiniz. Go Speaky oxşar maraqları olan insanlara uyğun gələn bir platforma olduğu üçün burada  tərəfdaşlar ilə ümumi söhbət mövzularını tapa bilərsiniz.

3. Lingoglobe

Qiymət: Pulsuz.

Lingoglobe 6000 istifadəçisi olan kiçik bir platformadır, lakin dil mübadiləsi üçün dost tapmaq üçün əladır. Burada sizinlə eyni vaxtda danışan birini tapa bilərsiniz və ya canlı Dil Forumunu ziyarət edə bilərsiniz. Həmçinin sizin kimi birlikdə danışmağı təcrübədən keçirəcək birini axtaran çoxlu dil öyrənənləri tapa bilərsiniz. Bu platforma kiçik veb sayt ola bilər, amma insanlar çox mehribandır və siz onların öyrənmək istədikləri dil üzrə axtarış edə bilərsiniz. Siz hətta hobbi və maraqlarınıza görə axtarış edə bilərsiniz. Hardan başlayacağınızı bilmirsinizsə, sayta daxil olduğunuz anda onlayn olaraq insanları görə biləcəyiniz və onlara salam deyə biləcəyiniz əsas söhbət otağına qoşula bilərsiniz!

ingilis dili kursu

4. Coeffee

Qiymət: Pulsuz.

Coeffee, oyunlar vasitəsilə dilləri öyrədən əyləncəli bir veb saytdır. Cümlələri tamamlamaq üçün düzgün sözləri seçməli olduğunuz “İfadə Yarat” kimi oyunlarda başqalarına qarşı oynaya bilərsiniz. Saytda söz təxmin edən oyunlar da var. Siz digər insanlarla əylənərək öyrənə, əsas oyunlar vasitəsilə dostluq edə və cəmiyyətin bir hissəsi ola bilərsiniz. Coeffee-də oyun oynayarkən sizin kimi bir neçə dil öyrənənlə görüşdükdən sonra söhbətinizi audio və ya video çat proqramlarına köçürə və orada ingiliscə danışmağı məşq edə bilərsiniz.

5. İngilis dilində canlı söhbətlə komputer oyunları oynayıb danışmaq

Qiymət: Ödənişli oyunlar istisna olmaqla, pulsuzdur.

Siz kompüterinizdə Xbox və ya PlayStation kimi oyun konsollarında oyun oynayırsınız? Onda artıq ingiliscə danışan tərəfdaşlarınız var! Bu gün bir çox oyunda daxili səsli söhbətlər var. Beləliklə siz mikrofonlu qulaqcıqdan istifadə edərək digər oyunçularla ingilis dilində danışıq praktikası edə bilərsiniz. Əslində, heç kim sizin kim olduğunuzu bilmədiyindən video oyunlarda söhbət etmək sizin üçün real dünyada söhbət etməkdən daha asan olmalıdır. Əgər səhv etməkdən narahat olursunuzsa bir daha eyni insanlarla danışmalı olmayacaqsınız. Nəzərə alın ki, siz bu yolla mükəmməl qrammatika öyrənə bilməyəcəksiniz, lakin ana dilində danışanların nitqini eşitmək şansınız olacaq.

6. Fiziki görüşlər

Qiymət: Ödənişsiz

İnternetdə ingiliscə danışan bir dostunuzun olması gözəldir. Amma üz-üzə dostluqlar, ingilis dili inkişaf etdirməyiniz baxımından bir başqadır. Əgər mümkündürsə, özünüzü ingiliscə danışan insanlarla əhatə edin. Yaşadığınız yerin yaxınlığında sizinlə ingilis dilində danışan və sizinlə eyni hobbiləri olan bir qrup insanı, eləcə də sizin kimi ingilis dilini öyrənmək istəyən digər insanları tapa bilərsiniz.

Meetup veb saytı vasitəsiylə yaşadığınız yerə yaxın görüşlər təşkil edən insanları tapmaq mümkündür. Hətta dil mübadiləsi aparmaq istəyən insanlar üçün görüşlər də vardır. Bu dil mübadilələrində siz kiməsə ana dilinizi öyrədirsiniz və qarşınızdakı şəxs də sizə ingilis dilini öyrədir.

İngilis dili danışıq praktika etmək üçün Kiçik Ödənişli Saytlar

1. Skype Tutors

Qiymət: Müəllimdən asılı olaraq dəyişir.

Bir çox İngilis və ESL müəllimləri onlayn dil öyrətmək üçün Skype-dan istifadə edirlər. Skype mətn, səs və ya videodan istifadə edərək insanlarla söhbət etməyə imkan verən bir proqramdır. Bu, video telefon zəngi etmək kimidir və müəlliminiz yaxınlıqda yaşamırsa, çox faydalı bir üsuldur. Tədris etmək üçün Skype-dan istifadə edən bir çox insan vardır ki, sizin üçün uyğun müəllimi tapmaq bir qədər vaxt apara bilər. English Tutors Live və Preply kimi vebsaytlarda çoxlu repetitorlar var, ona görə də seçiminizi etməzdən əvvəl bir çox variantları nəzərdən keçirə bilərsiniz. Siz həmçinin müəllimlərin şəxsi internet saytlarında repetitorlarla tanış ola bilərsiniz. Bu üsuldan yararlanaraq ingilis dilind danışıq praktikası edə bilərsiniz.

2. Verbling

Qiymət: Baxmaq pulsuzdur. Qoşulmaq seçdiyiniz üzvlük səviyyəsindən asılı olaraq ayda 32 – 76 AZN təşkil edir.

Skype onlayn repetitor tapmaq üçün yeganə yer deyil. Fərqli səviyyələr üçün fərqli təhsil haqqı olan Verbling üzrə çoxlu repetitorlar var. Müəllimlər Verbling tərəfindən diqqətlə seçilir. Üstəlik seçim etməzdən əvvəl hər bir müəllimin dərsə giriş videosunu izləyə bilərsiniz. Siz həmçinin qeydiyyatdan keçməklə bəzi planlaşdırılmış onlayn dərslərə baxa bilərsiniz. Bəzən sayta daxil olanda dərs gedirsə, qeydiyyatdan keçmədən dərsə qatıla bilərsiniz.

Keçid üçün link: https://www.verbling.com

3. Wyzant

Qiymət: Müəllimdən asılıdır.

Wyzant sizə yaxınlıqda yaşayan etibarlı, peşəkar ingilis dili müəllimi tapmaq üçün ideal saytlardan biridir. Ancaq hazırda yalnız ABŞ-da mövcuddur. Əgər siz ABŞ-da yaşayırsınızsa, burada ingilis dilini öyrətmək üzrə ixtisaslaşmış bir çox ingilis dili müəllimləri tapa bilərsiniz. Üstəlik, bu müəllimlər qrammatika və düzgün yazı qaydası üzrə mütəxəssis olanlardır. Bu sayt vasitəsiylə rahatlıqla onlayn tanış olub ingiliscə praktika edə biləcəyiniz repetitorlar tapa bilərsiniz.

Keçid üçün link: https://www.wyzant.com

ingilis dili kursu

4. Toastmasters (Tost ustaları)

Qiymət: Qonaq kimi ziyarət etmək pulsuzdur. Üzv kimi qoşulmaq istəyirsinizsə, hər klubun ayrıca ödənişi var. Danışıq öyrənmək üçün Qiymətlər kluba görə dəyişir.

Toastmasters Club ictimai nitq bacarıqlarınızı tətbiq etmək üçün bir yerdir. Bu, sadəcə ingilis dilli bir təşkilat deyil, daha çox ümumi nitqlə məşğul ola biləcəyiniz bir təşkilatdır. Burada başqalarının qarşısında danışmağı öyrənə və məşq edə bilərsiniz. Bu, insanlarla ingilis dilində praktika edərkən özünüzü daha inamlı hiss etmək üçün əla platformadır. Bu platformanın axtardığınız nitq təcrübəsi olub-olmadığını görmək istəyirsinizsə, onlayn izləyə biləcəyiniz bəzi videoları var və dünyanın bir çox yerində klub evləri fəaliyyət göstərir.

Digər bənzər məqaləmizə keçid etmək üçün: İngilis dilində danışmağı inkişaf etdirmək

 

Nigar İsmayılova

 

#ingilis dili danışıq öyrənmək #ingilis dili danisiq oyrenmek. #ingilis dili #ingilisce danisiq oyrenmek. #ingiliscə danışıq öyrənmək # ingilis dili # ingilisce. # ingilis dili oyrenmek #ingilisce danismagi oyrenmek #ingilis dilinde danismaq.