Chill Out Learning proqramı
Biz hər birimiz qısa bir vaxtda İngilis dilini mükəmməl və axıcı şəkildə öyrənmək və buna heç bir zəhmət çəkmədən nail olmaq istəyirik. Müəyyən axtarışdan sonra bunun mümkün olduğunu gördüm və sizin üçün bu mükəmməl proqramı araşdırıb tapdım. Bu proqram uzun zamandır üzərində işlənilən, bir çox universitetlərin və təhsil şirkətlərinin tətbiq etdiyi proqramdır. Əsas sloqanı “ingilis dilini istirahət edərək öyrənin” olan “chill out learning program”ı çox yenidir. Proqramın məqsədi insanların öyrəndikləri şeyləri daha da möhkəmlədirmək və lüğəti zənginləşdirməkdir. Chill out learning proqramı haqqında detallı məlumat üçün bloqu sona qədər oxuyun.
Artıq yuxu saatlarını ingilis dili öyrənmək üçün qurban verməyə ehtiyac yoxdur, yuxuya gedərkən belə bu dili öyrənmək şansınız var. Necə? Elə isə sizi gözlətmədən birbaşa mətləbə keçək.
Gözləntilərinizin üstündə olan proqram:
Biz hər birimiz çox zaman yuxu saatlarımızı dərs saatlarımıza qurban veririk, təbii ki, biz nə qədər az yatsaq, performansımız da bir o qədər aşağı olur və bu isə bizim həvəssiz işləməyimizə gətirib çıxarır. Bu proqram ilə artıq yuxu saatlarınızı qurban verməyəcək və yatarkən belə beyninizi işlədərək, ingilis dilini öyrənə biləcəksiniz. Bundan öncəki bloqumda podcast-lardan danışarkən, cüzi də olsa fokuslanmalı olduğunuzu bildirmişdim, bu proqramda isə qulaqlıqlarınızı taxıb, fokuslanmadan yuxuya gedə bilərsiniz. “Chill out learning program” metodu ilə öyrənməni tezləşdirin.
“Chill out learning” proqramı: İngilis dili öyrənmək üçün ən yaxşı yollardan biridir.
Bu innovativ proqram elmi araşdırmalara əsasən yaradılıb, elmi araşdırmalara görə biz yatarkən beynimizin araşdırma və məlumat toplama gücü 10% artır. Bunların hamısı sizə qarışıq gələ bilər, lakin panikaya düşməyin. Sizə bu proqramın ən əsas xüsusiyyətlərindən danışacağam və yuxu ilə öyrənmənin assossasiyasını görəcəksiniz.
Xüsusiyyətlərə keçməzdən əvvəl yatarkən dinləməli olduğunuz link-lərə buradan keçid edərək baxa bilərsiniz:
Qulaq asdığınız audio-lara aşağıda qeyd etdiyim xüsusiyyətləri əlavə etdikdə öyrənmə prosesi daha da sürətlənəcək, hər gecə yatarkən audio dinləməyi rejim halına salsanız, söz ehtiyatınız güclənəcək, beyniniz artıq ingilis dilini normal qarşılayacaq və siz ingilis dilində düşünməyə başlayacaqsınız.
Proqramın əsas xüsusiyyətlərindən biri:
Dincəlmə
Daha yaxın əyləşin, ingilis dili öyrənmək heç bu qədər asan olmamışdı, dincəlmə prosesində ingilis dilini istirahət edərək öyrənin dedikdə ağıla gələn ən önəmli şeylərdən biri və başlıcası dincəlmə prosesidir, bu proses həm də ötürən səslə əlaqəli olur, qulaq asdığınız audio sakit səsdə olmalıdır ki, sizi həm narahat etməsin, həm də məzmun beyninizə yaxşı ötürülsün. Bu belə davam etdikdə, artıq siz məzmuna öyrəşirsiniz, səs sizə daha da yumşaq gəlməyə başlayır, beləliklə yeni sözlər yaddaşınıza həkk olunur və lüğətiniz zənginləşir. “Chill out learning program” metodu ilə yuxunuzu avantaja çevirin.
Yerinə uzan, dincəl və öyrən
İpucları
“Chill out learning program” metodunun ən möhtəşəm cəhətlərindən biri qrammatikanın da əyləncəli şəkildə olmasıdır. Heç kəs istəməz ki, yatarkən sırf sıxıcı qrammatika ilə bağlı olan audio-lara qulaq assın. Bu metodda dialoqlar təkraralanaraq sözlərin daha yaxşı yadda qalmasına kömək edir və artıq iki dəfə təkrarlanarkən beyniniz sözləri yadda saxlayır, bu isə passiv yaddaşa keçir və sözlərlə əlaqəli cümlələr işlədərkən isə aktiv hala gəlir.
Qısalıq
Bəzi audio-lar uzun olsa da bəziləri qısadır, qısa audio-lar 5 dəqiqədən-15 dəqiqəyə qədər çəkə bilər. Bu isə insana görə dəyişir, bəzi insanlara 5 saatlıq audio-lar xoş gəlsə də bəziləri qısa audio-lara qulaq asmağı sevirlər. Yuxuya gedərkən, qısa müddət ərzində audi-lara qulaq asaraq söz ehtiyatınızı artıracaqsınız.
Sözlərlə tanışlıq
Tez -tez podcastlara qulaq asdıqda, artıq “native speaker”-in səsinə öyrəşmiş olacaqsınız, qulaq asma bacarıqlarınız inkişaf edəcək, ingilislərin aksentinə bələd olacaqsınız. Audio-ya qulaq asdıqdan bir neçə dəqiqə sonra artıq sözlərlə tanışlığınız baş tutacaq.
Rejim
Hər bir işdə rejim yaratmaq o işin 96% uğurlu olması ilə nəticələnir. Siz hər gecə yatmazdan əvvəl dişinizi fırçalayırsınız ki, dişləriniz sağlam olsun, eləcə də bu proqramda da rejimə düşmək önəmlidir, bu proqram sizi ingilis dili öyrənmək üçün rejimə salır və buna məcbur edir. Proqramın başlıca özəlliklərindən biri istirahət edərək bilik verməsidir, bu isə proqramı digər metodlardan fərqləndirir.
“Chill out learning program” metodu stressinizi azaldaraq, həm sizə sakitlik verəcək, həm də dilinizi inkişaf etdirəcək. Məqsədlərinizi təxirə salmadan, yuxuya gedərkən belə öyrənin. Beyninizin “daha çox məlumat toplama bacarığı” vaxtlarını düzgün qiymətləndirin və indi başlayın.
İngilis dilini effektiv və əyləncəli şəkildə öyrənmək istəyirsinizsə https://inkacademy.az/ingilis-dilini-oyrenmek-ucun-en-yaxsi-6-podcast/ bloqumuza keçid edə bilərsiniz.
Uğurlar!
Günay Xəlilova