ingilis dili üçün ən yaxşı podcastlar

İngilis idiomları və slanglarını, o cümlədən ingilisləri daha aydın başa düşmək üçün podcastlara qulaq asa bilərsiniz. Podcast-lar ingilis dili öyrənmək üçün ən yaxşı video və səs qeydləridir, çünki bu mənbələr  həm insanları öyrədir, həm də əyləndirir, hətta diqqətinizi tam ora vermədən də podcast-lara qulaq asa bilərsiniz, məsələn ev işlərilə məşğul olarkən, maşın sürərkən, digər işlərlə məğul olarkən və s. Beləliklə, ingilis dili öyrənmək üçün ən yaxşı 6 podcast-ı bu blogda sıralamışam. Bu podcast-lar sizə nə öyrədəcək?  İlk əvvəl sözləri, frazaları yadda saxlamaq üçün, daha sonra isə bu sözləri və ifadələri  harada və necə istifadə edə biləcəyinizi öyrədəcək. Elə isə ingilis dili öyrənmək üçün podcastlar-a nəzər salaq:

Learn English podcast from the British Council

Learn English Podcast başlanğıc səviyyədə olan insanlar üçün mükəmməl bir podcast-dır. Bu podcast ingilis dili öyrənmək üçün podcastlar-dan danışarkən ilk yerdə ağlımıza gəlir, A1-dən B1 səviyyəsinə qədər bütün dil öyrənən insanlar üçün nəzərdə tutulub, bütün epizodları müzakirə yönümlüdür və ümumi hər gün baş verən hadisələri əhatə edir.  Əsasən epizodlar Britaniyanın mədəniyyətini, cəmiyyətini, idmanını və elmini əks etdirir. Sizin daha yaxşı ingilis idiomları və ifadələrini anlamağınız üçün hər bir epizodun alt yazısı var və nə dərəcədə mövzunu qavradığınıza kömək məqsədilə imtahanları da mövcuddur. Bu podcast-a əsasən Apple Podcasts, Google Podcasts və British Council-ın rəsmi saytında dinləyə və baxa bilərsiniz.

Podcast-a keçid üçün bu linkdən baxa bilərsiniz:

https://learnenglish.britishcouncil.org/general-english/audio-series/podcasts

ingilis dili kursu

Voice of America: Learning English

Əgər Amerikan ingiliscəsini öyrənmək istəyirsinizsə, Voice of America: Learning English podcast-ı sizin üçün ən yaxşı seçimdir. Bu podcast başlanğıc səviyyəsindən tutmuş, yüksək dil  səviyyəsinə qədər olan bütün insanlar üçündür.

Bu podcastda başlanğıc dil səviyyəsində olan insanlar üçün sadə dil bacarıqlarına əsaslanan proqramlar mövcuddur. Məsələn “İngilis dilini öyrənək”, “Hər gün qrammatika”, “Sözlər və onların hekayələri” və s.

Yüksək dil səviyyəsində olanlar üçün isə podcast-da müxtəlif başlıqda mövzular var, bu mövzular sağlamlıqdan tutmuş, mədəniyyət və xəbərlərdən bəhs edir.  Burada da bütün epizodlarda alt yazı mövcuddur. Bu podcast-a  Apple Podcasts, Google Podcasts və Voice of America-nın rəsmi saytından baxa və dinləyə bilərsiniz.

Podcast-a keçid üçün bu linkdən baxa bilərsiniz:

https://learningenglish.voanews.com/podcasts

 

6-Minute English from the BBC

İşlərdən çox vaxt tapa bilmirsiz? O zaman 6-Minute English sizin iş qrafikinizə ən uyğun gələn podcast-dan biridir. Artıq bəhanələrə ehtiyac yoxdur, qısa dəqiqədə belə dil öyrənməyiniz üçün yaradılmış bu podcast-da müxtəlif lüğətlər, düşündürücü suallar və bir söz belə qaçırmamağınız üçün altyazılar mövcuddur.

İngilis dili burada normadan daha az sürətdə danışılır, və başa düşməni dil öyrənən insanlar üçün  daha da asanlaşdırır. Əlavə olaraq bu podcast-da yüzlərlə epizodlar var və bu epizodlara hər gün  Apple Podcasts, Google Podcasts, və BBC-nin saytından baxa və dinləyə bilərsiniz, gün keçdikcə lüğətinizin necə zəngin olduğunun şahidi olacaqsız.

Podcast-a keçid üçün bu linkdən baxa bilərsiniz:

https://www.bbc.co.uk/learningenglish/english/features/6-minute-english

 

The English We Speak

The English We Speak, hər həftə BBC tərəfindən nümayiş etdirilir. Bu podcastda olan epizodlar hətta 6-Minute English podcastındakı epizodlardan da azdır və yalnız 3 dəqiqə davam edir. Hər epizod Birləşmiş Krallıqda istifadə olunan müxtəlif İngilis idiomlarından və ifadələrindən ibarətdir, bunlara misal olaraq “take the biscuit” bu fraza kimsə axmaq və məntiqsiz bir şey edəndə onların hərəkətinə təəccübü göstərmək üçün istifadə olunur. Bir digər misal olaraq “to cut a long story short” frazasında isə məna olaraq heç bir detala girmədən ən son nəticəyə gəlməyi bildirir.

Əgər Birləşmiş Krallıqda yaşamaq üçün İngilis dilini öyrənirsinizsə, bu podcast sizin üçün ən məsləhətli podcast-dır. Britaniya mədəniyyəti, idiomları, slanqları və həyat tərzini öyrənmək üçün kifayət qədər söz ehtiyatı var, bu podcast-ın lüğəti mürəkkəb olsa da 3 dəqiqədən sonra məzmundan hər şey anlaşılır. Bu podcast-a da Apple Podcasts, Google Podcasts və BBC-nin rəsmi saytında dinləyə və baxa bilərsiniz.

Podcast-a keçid üçün bu linkdən baxa bilərsiniz:

https://www.bbc.co.uk/programmes/p02pc9zn/episodes/downloads

ingilis dili kursu

Espresso English

Bu podcast başlanğıc və orta dil səviyyəsində olan insanlar üçün nəzərdə tutulub və bu proqram Shayna adlı müəllim tərəfindən keçirilir, lüğətdən başlayaraq, qrammatika və tələffüz də daxil olmaqla, 350+ epizodu özündə cəmləşdirir. Bu podcast-ın ən möhtəşəm özəlliyindən biri də dil öyrənilməsindən tutmuş idiomlara qədər bütün mövzuları əhatə edir, dil öyrənən insanlar hansı çətinliklərdən keçir və bunları necə aradan qaldırmaq olar, bunlara misal olaraq, dil öyrənəndə necə motivasiyalı qalmaq olar və s. Bu podcast-a Apple Podcasts, Google Podcasts və Espresso English rəsmi saytında dinləyə və baxa bilərsiniz.

Podcast-a keçid üçün bu linkdən baxa bilərsiniz:

https://www.espressoenglish.net/podcast/

 

The Writer’s Voice

Əgər elmdən çox mədəniyyəti və incəsənəti sevirsinizsə, New Yorker jurnalı tərəfindən çap olunan   Writer’s Voice podcast-ı tam sizin üçündür. Bu jurnal hər həftə Writer’s Voice podcast-dan qısa hekayələr nümayiş etdirir. Yazıçı həftəlik hekayələri ucadan səsləndirir, bu hekayələr əsasən  Amerikanın həyat tərzindən, ədəbiyyatından bəhs edir. Bəzi epizodları başa düşmək çətin olsa da, bəzilərinə qulaq asmaq çox əyləncəlidir. Bu podcast-a da Apple Podcasts, Google Podcasts və New Yorker jurnalının rəsmi saytında baxa və dinləyə bilərsiniz.

Podcast-a keçid üçün bu linkdən baxa bilərsiniz:

https://www.newyorker.com/

 

Ümid edirik ki, bu podcast-lar sizin üçün çox əhəmiyyətli və faydalı olacaqdır, əgər mütəmadi olaraq, bu podcastlar-ı dinləsəz, eşitmə bacarıqları başda olmaqla bir çox bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

İngilis dilini daha motivasiyalı və planlı şəkildə öyrənmək istəyirsinizsə İngilis dili öyrənmək üçün 5 diqqət etməli olduğunuz məqamlar bloqumuza keçid edə bilərsiniz.

Uğurlar!

Günay Xəlilova

#ingilis dili öyrənmək #ingilis dili öyrənmək üçün podcastlar #ingilis dili #ingilis dili oyrenmek ucun podcastlar #ingilis dili #ingilisce oyrenmek ucun podcastlar #ingilis dili öyrənmək üçün podkastlar