Visby təqaüdü ilə xaricdə (İsveçdə) magistr təhsili alan Ramil Namazov sizə İsveçdə təhsil almaq üçün nə etməli olduğunuzu izah edir. Universitet seçimi, təqaüd seçim prosesi, şəhərdəki yaşam və s. barədə ətraflı izah edib. Əgər siz də İsveçdə təhsil almaq istəyirsinizsə bu bloq-müsahibə məhz sizin üçündür!

Salam zəhmət olmasa, özünüzü təqdim edin.

Salam, mən Ramil Namazov. Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah Qrupları” ında İqtisadiyyat ixtisası üzrə bakalavr təhsilimi bitirmişəm.

Xaricdə təhsil almaq qərarına necə gəldin?

– Xaricdə təhsil qərarına, 2 ci kursdan Sabah qruplarına daxil olduqdan sonra artıq xaricdə təhsil üzrə fikirləşməyə başladım. Daha sonra özüm də xaricdə təhsil şirkətində işlədiyim üçün birbaşa olaraq fikrim ordan yarandı. Xaricdə təhsilə lap əvvəldən marağım var idi. Əvvəlcə qısa və uzunmüddətli layihələr daha sonrasında xaricdə təhsil.

Hazırda hansı universitet və fakültədə oxuyursunuz? İxtisasınızın adı nədir və nəyə görə məhz bu ixtisası seçmisiniz?

– Oxuduğum universitet Uppsala universitetidir. İxtisasım  “Entrepreneurship for Destination Development”.

İxtisasda əsas 3 faktor var ki:

1. Sahibkarlıq

2. Davamlılıq

3.Turizm

Mən daha çox davamlılıq və sahibkarlıq üçün getmişdim. Yəni əsas getmə məqsədim o idi, o sahələrə marağım var idi. Birdə tərkibində innovasiya olduğu üçün yəni əvvəlcədən innovasiya olan ixtisaslara marağım var idi deyə bu ixtisası seçdim.Turizim isə əlavə bilik idi.Yəni demək olar ki, indi də keçdiyim sahə sahibkarlıq, davamlı inkişafdı, innovasiyadı turizm isə onun biri hissəsidir.

Visby təqaüdündən nə vaxtdan xəbərdar idiniz və hardan məlumat almısınız?

– 2 ci kursda təhsil alanda saytların birində təqaüdlər ilə maraqlanırdım və ordakı videomüsahibəyə baxmışdım. O vaxtan araşdırmağa başlamışdım. Daha sonra xaricdə təhsil üzrə işləyəndə yaddımdadı ki, Visby təqaüdü ilə xaricdə təhsil üçün müraciət edən uşaqlar var idi və onların müraciətini mən aparırdım. Hətta təsadüfən ilk xaricdə təhsil işimdə Visby təqaüdünə müraciət olmuşdu və onda demişdilərvki, Uppsala universiteti çox yaxşı univeristetdi. Azərbaycandan ora heç kim qəbul ola bilmir, çox çətindir və s. Onda artıq fikrimə qoymuşdum ki, ora müraciət edəcəm. Təbii ki, sonradan gördüm ki, Azərbaycandan yetəri qədər qəbul olan tələbələr var.

Visby təqaüd mərhələsi neçə hissədən ibarətdir? Siz universitetlər seçmək mərhələsində hansı çətinliklərlə üzləşdiniz? Oxucularımız universitet seçimi mərhələsində nəyə diqqət etməlidirlər?

– 2 seçim mərhələsindən ibarətdir. Birincisi,universitetlərə müraciət. İkinci isə Visby təqaüdünə müraciətdir. Birinci mərhələdə universitetlərdən qəbul alma mərhələsidir və burda lazımlıdır: IELTS, transkript, bakalavr diplomu (əgər bitiribsə) və s. bunlar tipik sənədlərdi. Visby də isə xüsusi sənədlər tələb edirki, bura daxildir 8 form 3-ü iş arayış formu, 3-ü adi arayış formu, 2-si liderlik qabiliyyətləri ilə bağlı və bunu nə qədər yaxşı yerdən alsalar o qədər müsbətdir. Buna mütləq fikir verməlidirlər. Birdəki, seçdikləri ixtisasdan da asılıdır. Məsələn mən davamlılıq ilə bağlı seçmişəm. Visby təqaüdü ilə xaricdə təhsil almaq istəyənlərin bir diqqət etməli olduğu məqam da odur ki, təqaüdün özü də davamlılıq ilə bağlı olan ixtisaslara üstünlük verir.

İngilis dili dərsləri endirim

Müsahibə hansı dildə keçdi, necə hazırlaşdınız?

– Visby təqaüdündə digər təqaüdlərdən fərqli olaraq, müsahibə olmur. Digər təqaüdlərdə keçirilən müsahibələrdən deyə bilərəm ki, ən çox diqqət olunmalı bizim təhsil nazirliyimiz tərəfindən keçirilən müsahibədir. Ordada əsas verilən suallar tarixlə bağlı və ixtisasınıza aid suallar olur.

Təhsil aldığınız ölkədə yaşam və sizə qarşı münasibət necədir?

– İsveçə getmədən əvvəl avropada 10 ölkədə olmuşdum və mədəniyyətini bilirdim. Buna görə də visby təqaüdü ilə İsveçdə təhsil almaq istəyirdim. İsveç hər birindən fərqlənir, çünki İsveç yeganə ölkədir ki, mən ora gedəndə bir adamın üzündə qəzəb və s. görməmişəm. Hər kəs pozitivdir, nəysə köməklik istəyəndə rahat edirlər. Çünki təhsil səviyyəsi artdıqca, təhsil səviyyələri güclü olduqca insanların yaşam səviyyəsi artdıqca, böyük bir problem olmur deyə çox xoşbəxt yaşayırlar. Amma çətinlikləri təbii ki nədir, qaranlıqla bağlı 2-3 saat gün olur və bu məsələyə görə ən depressiv ölkələrdən sayılır. Baxmayaraq ki, çox xoşbəxtdirlər.

Visby Təqaüdü ilə yaşam xərclərini qarşılamaq olurmu?

Visby təqaüdü ilə xaricdə təhsil almaq istəyən şəxslər narahat olmasın məncə, çünki yaşam xərclərini qarşılamaq olur. Əsasən mən qaldığım yer adadı. Baltik dənizinin ortasında bir adada qalıram. Ən yaxın quru sahəsidə ordan 195 km-dir. Mən qaldığım yer yay-kurort zonası kimi bir yerdi. Stokholmda yaşayanların yay evləri ancaq ordadı və bir universitet var. Amma ada balaca ada deyil sadəcə dənizin ortasındadır. O da böyük bir problem olmur, gəmi hər gün gedib-gəlir. Hələki indiyə qədər təqaüddən başqa əlavə məbləğə ehtiyyac olmayıb. Visby təqaüdü 950 euro-du. Düzdü ərazidən əraziyə görə dəyişir, amma çatır. Əsas məsələ düzgün qiymətə ev tapmaqdı.

Əgər yataqxanada qalırsınızsa və ya məlumatlısınızsa, yataqxana şəraiti haqqında danışa bilərsiniz?

– 11 nəfər Azərbaycanlı təhsil alırıq bu təqaüd üzrə demək olar ki və hər birinin yataqxanalarında qonaq olmuşam. Məsələn Uppsalada şəhərin özündə yataqxanalar ikisi orta səviyyəli, biri isə super səviyyəli idi yəni oranı çox bəyənmişdim. Mənim yataqxanama gəldikdə isə, mənim şəhərimə gələn olmayıb indiyə qədər ilk Azərbaycanlı mənəm. Amma bundan sonra gələn olsa mən tövsiyyə edərdim ki, yataqxana deyildə ev tutsunlar. Çünki mənə yataqxana biraz darıxdırıcı gəldi. Yataqxana həyatı əksinə maraqlı olur, amma bizdə darıxdırıcı idi. Deməzdim ki, pis səviyyədi. Orta səviyyədədi yəni hər bir şeyi yerli yerindədi, evin içərisində qazı və s. amma burdakı evlər o qədər qəşəngdir ki, yəni eyni məbləğin üstünə 50-60 euro qoyub daha yaxşı ev tuta bilərsiniz. Ümumi olaraq Visby təqaüdü ilə xaricdə təhsil sizin üçün rahat olur, əgər qazana bilsəniz. Uğurlar.

Müsahibəyə görə təşəkkürlər!

Xaricdə təhsil ilə bağlı daha ətraflı məlumat üçün XARİCDƏ TƏHSİL ŞİRKƏTLƏRİ VƏ XARİCDƏ TƏHSİL – 2021 bloqumuza da nəzər yetirə bilərsiniz.